Aleddin bəy Osmanlı tarixində ilk saray kürəkəni idi. Birinci Muradın qızı Nefise Melek xatunla evlənmişdi, qaynatasına savaş elan etdi, qaynı Yıdırım Bəyazid tərəfindən edam edildi.
Parqalı İbrahim paşa Qanuni Sultan Süleymanın bacısı Hatice sultanla evləndirildi, sədrəzəm oldu, sədrəzəmliyin havasına ona düşmədi, padşahın saləhaiyyətlərindən istifadə etməyə başladı. İftar üçün saraya dəvət olundu, yedirtdilər, içirtdilər, dörd cəllad tərəfindən boğuldu.
Kara Ahmet paşa Yavuz Sultan Səlimin qızı, Süleymanın bacısı Fatma sultanla evləndirildi, sədrəzəm oldu, Hürrəmin fitnəsinə uyan Süleyman tərəfindən divani-humayunun ortasında boğduruldu.
Moralı Hasan paşa Ovçu Mehmetin qızı Hatice sultanla evləndirildi, sədrəzəm oldu, qaynı III Ahmet tərəfindən sürgünə göndərildi, vəbaya yoluxub öldü.
Çorlulu Ali paşa II Mustafanın qızı Əminə sultanla evləndirildi, sədrəzəm oldu, saray intriqaları nəticəsində gözdən düşdü, sürgünə göndərildi, sonra da edam edildi.
Nevşehirli İbrahim paşa III Ahmetin qızı Fatma sultanla evləndirildi, sədrəzəm oldu, “Lalə dövrü” başladı, nəticədə Patrona Halil qiyamı başladı, qiyamçılar kürəkən İbrahim paşanı hədəfə aldılar, “gecə-gündüz zövqi-səfa içindədir, qadınlarla kişiləri yellənçəyə mindirir, qucaqlaşdırır, mahnı oxutdurur” dedilər, III Ahmet qiyamı yatırtmaq üçün kürəkənini boğdurur, cəsədini qiyamçılara təhvil verir və cəsəd parça-parça edilir.
Ali Qalib Paşa Abdülmecidin qızı Fatma sultanla evlənidirildi, amma kürəkən Ali Qalib paşa xəstə idi, müalicəsi günbəgün uzanırdı və heç cürə sağalmaq bilmirdi. Fatma sultan təklikdən bezirdi. Bir gecə “kürəkən paşanın qayığına Yeniköydə gəmi çırpıldı, dənizə düşüb boğuldu” dedilər, cəsədini Beykozda tapdılar. Sonra məlum oldu ki, köməkçisi ilə birlikdə balıq toruna sarıyıb dənizə atıblar.
Dul qalan Fatma sultan Mehmet Nuri paşayla evləndi. taxta çıxan Abdülhamid tələlərdən şübhələndi, kürəkənini tutdurdu, əvvəlcə edam vəzası verdi, sonra ömürlük həbsə çevirdi. Ərəbistana sürgün etdi, Taif qalasına məhkum etdi, Fatma sultandan boşatdı, 9 il burada əzab çəkən kürəkən son nəfəsini verib haqq dünyasına qovuşdu.
Kürəkən Ferit Abdülmecidin qızı Mediha sultanla evləndirildi, paşa oldu, Vahdettin taxta çıxan zaman sədrəzəm oldu. Vətən xaini idi, Sevr müqaviləsini imzaladı, Vahdettin ona “məlun” (lənətəgəlmiş) deyirdi. Qurtuluş Savaşının sonunda xaricə qaçmaq üçün qaynatası Vahdettini gözləmədi, əlbir olduğu padşahdan əvvəl Orient Ekspreslə Fransaya qaçdı.
Qaynatalarının əliylə dövlətdə zirvəyə qalxdılar, elə qaynatalarının əli ilə də o zirvədən aşağı yuvarlandılar.
Dilimizə uyğunlaşdırdı: Eminquey