SON DƏQİQƏ:

Bakıda havanın temperaturu mənfi 6 dərəcəyə enib

  13066   |  
Şriftin ölçüsü  

Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxtadır.

Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, fevralın 24-ü saat 15:00-a olan məlumatına əsasən Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47 sm, Şahdağda 27 sm, Lerikdə 16 sm, Qrızda 14 sm, Gədəbəydə 12 sm, Xaltan, Ağsu, Şamaxıda 11 sm, İsmayıllıda 10 sm, Mərəzədə 9 sm, Qusarda 8 sm, Qubada 7 sm, Kişçayda (Şəki) 6 sm, Lənkəran, Şabran, Altıağacda 4 sm, Xınalıq, Oğuz, Qəbələdə 3 sm, Göyçay, Astarada 2 sm, Şəki, Xaçmaz, Zərdab, Yardımlıda 1 sm, Bakıda 23 sm, Sumqayıtda 8 sm, Binədə 7 sm, Maştağada 5 sm olub.
Şimal-qərb küləyi Neftçalada 28 m/s, Naftalanda 24 m/s, Salyanda 23 m/s, Hacıqabul, Ceyrançöldə 20 m/s, Mingəçevir, Tərtərdə 18 m/s, Ağstafa, Xaçmaz, Beyləqan, Tovuzda 16 m/s, Biləsuvarda 15 m/s, Qum adası, Maştağada 28 m/s, Neft Daşları, Pirallahı, Bakıda 25 m/s, Sumqayıtda 23 m/s, Binədə 22 m/s, Çilov adasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.4 metrə çatıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK