SON DƏQİQƏ:

Azad olunmuş ərazilərdə 87 yeni abidə aşkarlanıb - Xidmət rəisi

  13807   |  
Şriftin ölçüsü  

İşğaldan azad edilən ərazilərdə monitorinqlər aparmaqla oradakı abidələrimizin durumu, mədəniyyət müəssisələrinin hazırkı vəziyyətini təftiş edirik.

Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Azad Cəfərli deyib.

Onun sözlərinə görə, bu günə kimi 303 tarix və mədəniyyət abidəsi monitorinq edilib:

"Onların əksəriyyəti tamamilə dağıdılıb. Bundan əlavə tarixilik və memarlıq xüsusiyyəti olan 87 yeni abidə aşkarlamışıq. 461 sayda mədəniyyət müssisəsi, muzey, mədəniyyət evləri, kitabxanalar təftiş olunub. Onlardan 212-si kitabxana, 199-u mədəniyyət evi olmaqla tamamilə dağıdılıb. Bu hələ bütün qeydə alınmış abidələr deyil və proses davam edir. Bu günə qədər 1 000-ə yaxın abidənin qeydiyyatı aparılıb. Onların tam əksəriyyətinin tamamilə dağıdılması Ermənistanın vandallıq siyasətindən xəbər verir. Onlar bizim mədəni irsimizi ərazidən tamamilə silmək, adibədələrin bizə məxsus olması ilə bağlı bütün faktları aradan göstürmək istəyiblər".(trend)

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK