adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
22 Yanvar 2021 14:43
29101
GÜNDƏM
A- A+

Ziyalılar Eldar Həsənov üçün Prezidentə müraciət etdi - FOTO

Bir qrup ziyalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə sabiq səfir Eldar Həsənovun zaminə buraxılması ilə bağlı müraciət edib.
 

Adalet.az xəbər verir ki, ziyalılar Prezidentə müraciət edərək, Eldar Həsənovla bağlı həbs qətimkan tədbirinin zaminliklə dəyişdirilməsi və onun sözügedən şəxslərin zamininə buraxılmasını xahiş ediblər. Müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Cənab İlham Əliyevə Xalq şairi Vahid Əziz, xalq artisti Rasim Balayev, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Ramiz Rövşən və əməkdar jurnalist Əlövsət Ağalarov tərəfindən
 

Ünvan :Bakı şəhəri , Binəqədi rayonu,6-cı MKR, keçid1410,ev 4, mənzil 50

Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş komandan!

Siz, həm hərb, həm də siyasət meydanında bizi uzun illər həsrətində olduğumuz Böyük Qələbəyə qovuşdurdunuz. Tarixdə xalqını öz ətrafında bir yumruq kimi birləşdirməyi bacaran ,ordusuna bu cür fatehlik edən komandanlar çox az olmuşdur.Siz Azərbaycan üçün yeni tarix,yeni səhifə açdınız.İllər keçəcək,lakin qazandığınız bu zəfər qızıl hərflərlə Azərbaycan tarixində Sizin adınızla qalacaq.

Möhtərəm cənab Prezident!

Bu Böyük Qələbənin sevincini yaşamaqla yanaşı,Qarabağımızın ,o cümlədən doğma Kəlbəcərin mənfur düşmən tapdağından azad olunması ilə nəticələnən Böyük Qələbəmizin sevincini ailəsinin,əzizlərinin əhatəsində yaşamağı haqqı olan,hər zaman qəlbi Qarabağımızla döyünən Eldar Həsənovun həpsdə qalması bizdə dərin təəssüf hissi yaradır. Ulu Öndər Heydər Əliyevə və Sizə hər zaman sədaqətlə xidmət edən, xidmətləri Ulu Öndər və Sizin tərəfinizdən dəfələrlə qiymətləndirilən,çalışdığı dörd Avropa ölkəsinin ikisində-Rumınıya və Serbiyada xalqımızın Ümummilli lideri Heydər Əliyevi əbədiləşdirən Eldar Həsənov həsrətlə gözlədiyi qələbə xəbərini çox təəssüf ki, DTX-nin təcridxanasında həpsdə qarşıladı. Bizə çatan məlumatlara və tanış olduğumuz rəsmi tibbi sənədlərə əsasən ,Eldar Həsənov çox ciddi xəstəliklərdən əziyyət çəkir,təxirəsalınmadan ixtisaslaşmış xəstəxanada cərrahi müdaxiləyə və müalicəyə ehtiyacı vardır. Məlum olduğu kimi, hazırda ölkəmiz də daxil olmaqla, bütün dünya COVİD-19 virusunun həyacanını yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının meyarlarına əsasən , Eldar Həsənov yaş həddinə ( 66 yaş) və səhhətindəki ciddi problemlərə görə xüsusi risk qrupuna daxildir. Onun xəstə vəziyyətdə həpsdə qaması və həpsinin təsirindən məruz qaldığı mənəvi-psixoloji sarsıntı xəstəliklərini daha da kəskinləşdirə,orqanizmini daha da zəiflədə və sağlamlığına geri dönüşü olmayan çox ciddi zərər vura bilər. Hesab edirik ki, Eldar Həsənovun mövcud durumu onun barəsində olan həps qəimkan tədbirinin dəyişdirilməsinə əsas verir. Digər tərəfdən , sevindirici və ümidverici hal kimi qeyd edirik ki, Eldar Həsənovun həps olunduğu cinayət işinin çərçivəsində həpsə salınmış XİN-nin bütün əməkdaşları artıq həpsdən azad olunmuşlar.

Hörmətli cənab Prezident!

Ölkə rəhbəri olduğunuz 17 il ərzində hər zaman ictimaiyyətin , o cümlədən bizim müraciətlərimizə diqqətlə yanaşmısınız. Növbəti dəfə də müraciətimizlə bağlı ədalətli və humanist qərar qəbul edəcəyinizə inanaraq, Eldar Həsənovun barəsində seçilmiş həps qətimkan tədbirinin şəxsi zaminliklə əvəz olunmasına və onun bizim zaminliyimizə verilməsinə yardım etməyinizi Sizdən xahiş edirik.
Hörmətlə,

Xalq şairi Vahid Əziz

Xalq artisti Rasim Balayev

Xalq yazıçısı Çingiz Abdullayev

Xalq şairi Ramiz Rövşən

Əməkdar jurnalist Əlövsət Ağalarov

Tarix :19.01.2021"