adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Yanvar 2021 13:50
43692
HÜQUQ
A- A+

8 prokurorluq işçisi vəzifəsindən azad edilib

Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış etmişdir.

Bildirilmişdir ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2-si prokurorluq orqanlarından xaric edilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilmişdir.