İlin ən yaxşı məşqçisi kim olacaq? - Namizədlər
FİFA 2020-ci ilin ən yaxşı məşqçisi adına namizədlərin adını açıqlayıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, namizədlər sırasında Marselo Byelsa ("Lids Yunayted"), Hans-Diter Flik ("Bavariya"), Yurgen Klopp ("Liverpul"), Xulen Lopeteqi ("Sevilya") və Zinəddin Zidan ("Real") yer alıb.
Ötən mövsüm Byelsa 16 il sonra ilk dəfə "Lids"i Premyer Liqaya qaytarıb. Flik "Bavariya" ilə Çempionlar Liqasını, Bundesliqanı, Almaniya kubokunu qazanıb. Klopp 30 ildən sonra ilk dəfə "Liverpul"u İngiltərə çempionu edib. Lopeteqi "Sevilya" ilə Avropa Liqasını qazanıb. Zidan isə "Real"la İspaniya çempionu olub.
Qeyd edək ki, qalibin açıqlanacağı tədbir dekabrın 17-də onlayn formada gerçəkləşəcək.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03