adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Noyabr 2020 20:30
24962
İDMAN
A- A+

Pirlo Ronaldunu heç kimdən fərqləndirmədiyini açıqladı

Yuventus”un baş məşqçisi Andrea Pirlo çalışdırdığı komandanın ulduz futbolçusu Kriştianu Ronaldu ilə münasibətlərindən danışıb.

41 yaşlı futbol mütəxəssisinin fikirləri Goal.com saytında dərc olunub.

“Onunla bütün digər oyunçularla olduğu kimi davranıram. Təvazökar insanlarla yaxşı münasibət qurmaq asan olur. Mən özüm beləyəm. Futbolçu olduğum zaman etdiyim hər şeyi edirəm.

Kriştiano ilə münasibətim gənc futbolçularımız olan Canluka Frabotta ya da Manolo Portanova ilə olduğu kimidir. Mənə istər meydanda, istərsə də ondan kənarda həmişə müraciət etmək olar”, - deyə A.Pirlo qeyd edib.