adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Noyabr 2020 18:00
61519
MÜSAHİBƏ
A- A+

MƏN XALQIMIN ALDANMAMASI ÜÇÜN BACARDIĞIMI ELƏYİRƏM

«Dolu» romanı! Qarabağ müharibəsinə həsr olunmuş bu roman az bir vaxtda böyük əks-səda yaradıb. Yazıçı romanın əvvəlində: «Xahiş edirəm, bu əsərdə kim isə, nə isə axtar¬masın, bu yazıçı təxəyyülündən başqa bir şey deyil» desə də, burda çox axtarmalı məqamlar var, yəni həmin dövrdəki hadisələr və şəxslər tam çılpaqlığı ilə təqdim olunub. Ceyhun Mu- saoğlu bəzi məqamlara aydınlıq gətirmək üçün Aqil Abbasla görüşüb.

- Azərbaycan ədəbiyyatında yazılanlara reaksiya verilmədiyi, böyük mənada oxucunun yoxa çıxdığı zamanda «Dolu» romanını yazmaq bu qədərmi vacib idi?

- Oxucu həmişə olub, var və olacaq. Sadəcə ola¬raq azalıb çoxala bilər. Onun tam yoxa çıxması ilə bağlı fıkirlərinizlə razılaşmıram. Şəxsən mən roman¬larımdan, povestlərimdən tutmuş, publisistik yazıla- rımadək yetərincə reaksiya almışam. Bir də ki, filan əsəri yazmaq nə dərəcədə vacib idi sualının özündə səhv var. Necə yəni nə dərəcədə vacib idi?.. Əgər bu əsəri yazmışamsa, deməli, vacib bilmişəm.
 

- Demək istəyirsiniz ki, «Dolu» romanı yazılmaya bilməzdi...

- Demək istəyirəm yox, deyirəm. Romam oxu- musunuzsa, yəqin xəbəriniz var ki, əsərdə söhbət Qa¬rabağ müharibəsindən gedir. O müharibədən ki, hələ bitməyib. Azərbaycan prezidenti cənab İlham Əliyev də Ağdam və Ağcabədiyə son səfəri zamanı bir daha vurğuladı ki, Ermənistanın Azərbaycanla apardığı müharibənin yalnız birinci dövrü başa çatıb. Yəni biz işğalda olan torpaqlarımızı geri qaytarmayana qədər bu müharibə qurtarmayacaq. Belədə hamımız əsgər olmalıyıq. Hələ ki, Baş Komandanın silaha sarılmaq əmri yoxdu, hər kəs bacardığı şəkildə düşmənlə mü¬haribə aparmalıdır. «Dolu» romanı Dünyanın Ən Varlı Şəhərinin erməni işğalçılarına qarşı dirimsiz ölüm savaşının apardığı dövrdə orada yaşayan, döyüşən insanların yaşantılarını, həmin dövrdə ölkə¬yə rəhbərlik edən məmurların faciələrini əks etdirir. Əslində bu qiyamət günüydü, sağlığımızda gördük. Azərbaycan xalqı həqiqətlərdən çox uzaqdı. Bəlkə elə tarix boyu başımıza gətirilən oyunların səbəbi də həqiqəti gör məməyimizdən, daha doğrusu görmək is¬təməməyimizdən irəli gəlir. Mən «Dolu» romanı ilə çılpaq həqiqəti ortaya qoymağa çalışmışam.

-    O necə həqiqətdir ki, obrazların dili ilə təqdim olunur. Olmazdımı hər kəsi, mərdi də, namərdi də adıyla çağırardınız?

-    Siz dediyiniz publisistikanın işidir. Obrazsız, fan- taziyasız bədii əsər olmur. Əgər əsər kütləvi oxucu üçün nəzərdə tutulubsa, orada hər kəs görmək istədiyi insam görməli, yaşamaq istədiyi hadisələri yaşamalıdır. Digər tərəfdən romandakı obrazlar real insanlardı. Mən onla¬rın heç birini özümdən qondarmamışam. Bizim Qara¬bağ müharibəsində Komandir kimi oğlanlarımız azmı olub? O qədər Pələnglər özünü tankın altına atıb ki. Mən müharibə vaxtı olduğum cəbhə bölgələrinin de¬mək olar hamısında Drakona rast gəlmişəm. Onları bir-birindən heç nə ilə fərqləndirmək olmurdu. Əslində bütün mərdlər əkiz doğulurlar, elə əkiz də ölürlər.

- Romanda təsvir etdiyiniz hadisələrin üstündən on beş il keçəndən sonra onları qələmə almaqda gecikmə- misiniz ki?

- Həqiqətlər 50 ildən sonra yazılır. Bir hadisəni isti-isti qələmə alanda o əsər çiy olur. Çünki sən yetə¬rincə düşünməmisən. Həmin hadisənin səbəbləri barə¬sində dəqiqləşdirmə aparmamısan. Amma zaman keçdikcə, necə deyərlər sular durulur və hər şey aydın şəkildə görünməyə başlayır. Belədə oxucuya istədiyi həqiqəti çatdırmaq mümkün olur. Sadəcə, insanlara o həqiqəti elə dildə, elə biçimdə çatdırmaq lazımdır ki, bir daha xəyanətləri unutmasın, növbəti dəfə şirin vədlərə aldanmasınlar. Mən xalqımın aldanmaması üçün bacardığımı eləyirəm. «Dolu» romanı ilə də bu¬na xidmət etməyə çalışmışam. İstəyirəm insanlar yağış dolusu ilə, qrad dolusunu səhv salmasınlar.

- Çox güman ki, adlarını obrazlarda gizlətməyə çalışdığınız mənfi qəhrəmanlar, sizin sözünüzlə desək, namərdlər sizlə düşmən olacaq. Hazırsınızmı?

- Əlbəttə hazıram. Ümumiyyətlə, müsbət, yaxud mənfi qəhrəman anlayışı sovet ənənələrindən qalıb. Obrazlardan biri pisdi, biri yaxşı. İnsanlar hər ikisini qəbul eləyir. Kim deyə bilər ki, At Belində Olan Ada¬mı qəbul edən oxucu olmayacaq. Məgər At Belində Olan Oxucu yoxdu? Kimə hansı obraz doğmadırsa, onu da sevəcək.

Dəqiq bilirəm ki, əsərimdə adını obrazlarda gizlət¬diyim insanlar özlərini mütləq görəcəklər. Və başlaya¬caq ittihamlar. Əlbəttə o adamlar məni məhkəməyə də verə, gizli, yaxud açıq düşmənçilik də apara bilər¬lər. Öz işləridir. Pələngin, Komandirin, Səhiyyə Nazi¬rinin Müavininin, Rəisin, kişiliyindən danışan yazıçı At Belində Olan Adamın, Polyaniçkonun, Birincinin, əclaflığından danışmamalıydı? At Belində Olan Adamlar oxuyub özünü görərsə və məni məhkəməyə verərsə, çox şad olaram. Birincisi, əgər həmən adam deyilsənsə, məni niyə məhkəməyə verirsən? Yox hə¬mən adamsansa, niyə indiyə qədər intihar etməmisən? Mən Dünyanın Ən Varlı Şəhəri deyəndə Azərbayca¬nın bir şəhərini göstərsəm də, bir şəhərini nəzərdə tutmamışam. Kimin üçünsə Ağdam Dünyanın Ən Varlı Şəhəridir, bir başqası üçün Tərtər, Şuşa, Laçın, Zəngilan, Füzuli... «Dolu» romanı ilə Azərbaycanda¬kı müharibə gerçəkliyini qələmə almağa çalışmışam. Nə dərəcədə nail olmuşam, bunu oxucu deyə bilər.

- Əsərdə Dünyanın Ən Varlı Şəhəri uğrunda qəh¬rəmancasına vuruşan, əvəzində yurdunu itirən, qismə¬tinə dəmir barmaqlıqlar düşən Komandirə həbsxanadan çıxandan sonra müxalifət partiyalarından elçi dü¬şür. Yazırsınız ki: «Bu elçilərdən biri onu hövsələdən çıxartdı. İgid oğlanıydı, vaxtilə bir şəhəri qoruyurdu, müharibənin yorğunluğunu və havasını çıxarmaq üçün onu da Bayıldakı bahalı otelin bahalı nömrələrinin bi¬rinə dincəlməyə göndərmişdilər. Canından müharibə havası çıxanadək dincəlmişdi, sonra Prezident əfv elə¬mişdi». Komandirə elçi düşən bu adam sərt təpgi ilə qarşılaşır:

- Utanmırsan?

- Nədən?

- Bir şəhəri qoruyan oğlan indi bir adamı qoruyur¬san. Yəni bu adam o qoruduğun şəhərdən çox bahalı¬dı? Özün də qəzetdə bəyanat verirsən ki, ona bir söz deyən mənim meyitimin üstündən keçməlidir. Sənin meyitin qoruduğun şəhərdə qalmahydı ey.
Kimdi bu adam ki, bir şəhərin uğrunda yox, bir si¬yasətçinin uğrunda ölməyə hazırdır?

- Əvvəla, belə adamlar bir deyil, iki deyil, çoxdu¬lar. Xalq demək olar ki, onları tanıyır. Əlbəttə mən bir ad çəkə bilərəm. Amma onda əsərimdəki qəhrə¬manların hamısını konkretləşdirmiş olacam. Söhbət özünü vətəninə qurban vermək əvəzinə siyasətçiyə qurban verən bir nəfərdən yox, nəfərlərdən gedir. Zamanın hansısa mərhələsində qəhrəmanlıq eləmək olar. Ən böyük qəhrəmanlıq isə necə olmusansa, elə də qalmaqdır. Kim deyirsə ki, həyat qısadı, yalan de¬yir. Həyat uzundu. Ona görə də az adam bu qədər uzun müddətdə öz mənini qoruyub saxlaya bilir.

- «Dolu» romanındakı hadisələr əsərin səs-küyə sə¬bəb olacağından xəbər verir.Əsərdə müharibənin birinci mərhələsinin məğlubiyyətimizlə bitməsində əməyi olan adamların adları çəkilməsə də, hərəkətləri öz əksini ta¬pıb. Onlardan hazırda sağ olanları da var...

- Bilirəm nə demək istəyirsiz. Mənim heç kimdən qorxum yoxdu.Neyləyəcəklər axı. Dünyanın Ən Varlı Şəhəri düşmən işğalı altındadısa Dünyanın Ən Varlı Şəhərində doğulan bir Adam üçün bundan da böyük qiyamət ola bilərmi?

- Azərbaycan xalqına həm də lazımdır ki, onun başına gətirilən oyunlardan dünya xəbər tutsun. Təbii ki, bu işi də ədəbiyyat görməlidir. Konkret olaraq, «Dolu» romanının sərhədləri keçmək imkanı nə qədərdir?

- Əvvəla mən bu romanda bütün sərhədləri keçmişəm. Romanın da ölkə sərhədlərini keçəcəyinə inanıram. Əsərdə söhbət Qarabağ müharibəsindən getsə də, əslində ümumiyyətlə, mən müharibələrin dəhşətlə¬rini, insanlığın faciəsini verməyə çalışmışam. Bu dəqiqə dünyanın altmış faizi bu dəhşəti, bu faciəni yaşayır.

- Romanda Dünyanın Ən Varlı Şəhərini cənnət kimi təsvir edirsiz. Amma onu da yazırsız ki, dünya şöhrətli Rəşid Behbudovun papağını və bahalı daşlardan hazırlanan xəncərini həmin şəhərdə oğurlayırlar. Bu necə cənnətdir ki, orada oğurluq baş verir?

- Elə dünyada ilk oğurluq, ilk günah cənnətdə baş verib də. İkincisi isə mən Dünyanın Ən Varlı Şəhəri¬ni cənnət kimi göstərməyə çalışmamışam. Sadəcə,sizdə belə təəssürat oyanıb. Bəli, Rəşid Behbudovun papağının və xəncərinin oğurlanması real hadisədir. Amma bu oğurluq heç də əclaflıqdan irəli gəlməyib. Romanda da göstərmişəm ki, Rəşid Behbudovun papağını və xəncərini oğurlayan uşaqdır və dostları¬nın yanında qürrələnmək üçün belə addım atıb. Rəşid Behbudov oğurluq hadisəsindən nə qədər əsəbiləşmə¬yinə baxmayaraq, həqiqəti biləndə onu bağışlayır və papaqla, xəncəri uşağa hədiyyə edir. Rəşid Behbudo¬vun papağını və xəncərini gəzdirən uşaq isə mütləq qəhraman olmalıydı. Oxucuya Pələng adıyla təqdim olunan bu uşaq müharibədə elə pələng kimi vuruşur, pələng kimi də həlak olur. Sizə bir acı həqiqəti deyim. Həyat göstərdi ki, bizim küçə uşağı, avara, oğru, da¬laşqan, quldur kimi baxdıqlarımız müharibədə onla¬ra elə baxanlardan daha vətənpərvər, daha qeyrətli çıxdılar. Romanda da bunu verməyə çalışmışam.

- Onsuz da Drakon söz vermişdi ki, uşaqların yanında ona əl qaldırdığı üçün Pələngi öldürəcək.

- Pələng onu öldürəcəyinə and içən Drakonu öz hə¬yatı bahasına ölümdən qurtarır və can verəndə ondan soruşur ki, doğrudan məni güllələyəcəkdin? Drakonsa «hə» cavabı verir, ardıncasa deyir ki, səni Bulvarda öldürəcəkdim. Mən bununla oxucunun diqqətini sözü bütöv kişilərin varlığına çəkmək istəyirəm. Belə kişiləri olan torpaq işğaldan mütləq azad ediləcək.

- Bir oxucu kimi müşahidə etmişəm ki, Aqil Abbas əsərlərində yazıçı azadlığından geninə-boluna istifadə etməyi xoşlayır. Bu dəfə isə bir qədər də qabağa gedib,

Allahı obrazlaşdırmısız. Yazırsız ki, Tanrının başı Qə¬dir Rüstəmovun səsinə qulaq asmağa qarışmışdı. Ya¬xud mələklər güllələrdən deşik-deşik olmuşdu, Əzrayıl əlində çürümüş alma qalıb ortalıqda və sair və daxır. Siyasi təbəqəylə yanaşı, dindarların da hücumuna məruz qala bilər siz axı...

- Burada bir qədər yanlışlığa yol verdiz. Mən «Al¬lah» yox, «Tanrı» ifadəsi işlətmişəm.Tanrı inam obyektidi.Bir ölkədə, konkret Dünyanın Ən Varlı Şəhərində yaşanan dəhşətlərə belə deyək də, məhəl qoymayan Tanrı barəsində necə deməyəsən ki, başı qarışıb?Həm də bu, ədəbi priyomdu.Qədir Qüstəmo- vun ilahi səsə məxsus olduğunu bir daha sübuta yetir¬mək üçün bu priyomdan istifadə etmişəm.Az insan tapılar ki, əlini göyə açıb gözəgörünməzə «tanrı bu zülmlərə niyə göz yumursan» sualı ilə müraciət etmə¬sin. Dünyanın Ən Varlı Şəhərinin sakinləri də tanrıla¬rına bu sualla az müraciət etməyib. Bilirsiz, mən yazı¬çı olmaqla yanaşı, həm də oxucuyam. Romana oxu¬cu kimi yanaşanda məndə elə təəssürat yaranır ki,- Tanrı yaratdığı bəndələrinin hərəkətindən usandığı üçün aşağıya baxmır, Qədirin səsinə qulaq asıb dincə¬lir. Amma belə olmamalıdı. Yoxsa onu yer üzündə ta¬mamilə unudacaqlar.

- Aqil müəllim, Rəşid Behbudovun Pələngə bağışladığı papağın və qiymətli xəncərin aqibətinin necə ol¬ması qaranlıq qalır. Dünyanın Ən Varlı Şəhəri işğal olunandan sonra Pələngin anası hədiyyələri özüylə qaçqın düşdüyü düşərgəyə gətirir. Pullu adamlar nə qədər təkid etsələr də Pələngin anasınə papağı, nə də xəncəri onlara verir...

-    Əslində papaq və xəncər yoxa çıxmalıydı. Azər¬baycanlı mentalitetində papaq da, xəncər də kişilik rəmzidir. 20 faizi işğalda olan bir ölkədə hansı pa¬paqdan, hansı xəncərdən danışmaq olar?.. Azərbay¬canı dünyada tanıdan Rəşid Behbudovun yadigarını qoruya bilsəydik, heç bu əsər də yaranmazdı. Pələng can verəndə Drakona deyir ki, papaqla xəncəri Ko¬mandirə verərsən. Komandirdə ki...

-    .. .Dünyanın Ən Varlı Şəhərinin xaraba qalmasına yardım edənləri, onu həbsxanaya salanları, qəhrəmanlı¬ğını unutmayanları, bir sözlə, hamını tərk edib, balığa qoşularaq müharibə dostlarının yanına gedir.

-    Komandir uduzmağı sevməyən insandır. O, uduzanların yanında qala bilməzdi. O, qalib olmaq üçün doğulmuşdu. Qələbələr üçün doğulan insanların məğlublar ordusunda intihar etməyə haqqı var. Qalib kimi şəhid olanların cərgəsinə qoşulmaq Komandirin də haqqı idi. Mən onun bu haqqını tanıdım.

-    Roman dohıyla başlayır, doluyla davam edir, doluy- la da sona çatır. Həm başlanğıcdakı, həm də sonluqdakı dolu təbiət hadisəsidir. Yalnız əsər boyu göydən tökülən dolu vəhşi insan əməlinin nəticəsidir. Belə çıxır ki, yenə də təbiət insana qalib gəlir. İnanırsızmı, əvvəldə və sonda ya¬ğan dolu ardınca bu məmləkətə günəş gətirəcək.

-    İnanmasaydım, onda heç «Dolu» romanı da yaranmazdı.

 

APA

2008