SON DƏQİQƏ:

BARIT ÇƏLLƏYİ PARTLAYARSA...

  28593   |  
Şriftin ölçüsü  

Cəbhə xətti bu yerlərdən keçir

 

... Ermənilər tək  bizim ölkə, bizim məmləkət üçün deyil, böyük dünyamız üçün dəhşətli bir təhlükədir. Və bu təhlükə barıt çəlləyinə bənzəyir. Düşünürlər ki, nə qədər çox silah toplasalar, nə qədər çox hərbi qüvvələr yığsalar, bir o qədər də çox uğur qazanacaqlar. Bu bədbəxt millətin bir ağıllı, bir müdrik ağsaqqalı yoxdur ki, onları bu qaranlıq yoldan xilas eləsin. Əksinə, ölkənin başçısından tutmuş hərbçilərinə qədər erməni xalqını fəlakətə sürükləyir, onlarda müharibə əhval-ruhiyyəsi yaradır və düşünürlər ki, nəsə böyük bir qələbə qazanacaqlar. Və onların ağzında 90-cı illərin əvvəllərindəki şirə qalıb. O düşüncə ilə və o təfəkkürlə də ölkədə möhkəm silahlanma gedir. Rusiyadan hərbi təyyarələr vasitəsilə Xəzər dənizinin üzərindən İranı keçməklə Ermənistana silah daşınır. Tülkü bəzən başını kolluğa salır və elə bilir ki, onun bicliyini heç kim bilməyəcək. Amma tülkü bilmir ki, onun quyruğu çöldə qalıb və bu quyruğu da hamı görür. Və Ermənistan da bu gün tülkü bicliyi və hiyləsi işlədir. Bu hiylə də artıq gün kimi aydındır. Onlar bir onu bilmirlər ki, çoxlu sayda silah-sursat yığıb onun üstündə oturmaq və barıt çəlləyini yırğalamaqla elə birinci bu bədbəxt ölkənin özünü və insanlarını məhv edəcək...

 

Çıxışa doğru

 

AzTV-nin “Çıxışa doğru” proqramından mənə tez-tez dəvətlər gəlir. Xüsusən də oranın gənc əməkdaşı Aqşin İman mənimlə telefon əlaqəsi yaradır, AMEA-nın qarşısındakı parkda görüş təyin edir və hər hansı mövzu ilə bağlı fikirlərimi səsləndirməyimi istəyir. Təbii ki, mən də bu gənc jurnalistin fikirləri ilə razılaşıram, günün mövzuları ilə əlaqədar sual verilərkən onu özünəməxsus bir formada cavablandırmaq istəyirəm. Və deyəsən mənim cavablarım da o proqramı hazırlayan redaktorların və layihə rəhbərinin xoşuna gəlib. Təbii ki, bizim bu əməkdaşlıq davam edir. 

Sentyabrın 22-də “Çıxışa doğru” verilişində layihə rəhbəri, aparıcı Nailə Babayeva çox maraqlı bir mövzunu gündəmə gətirmişdi. Söhbət vətənpərvərlik məsələlərindən gedirdi. Mən də evdə əyləşib həmin verilişi çox böyük maraqla izləyirdim. Telefonu götürüb proqramda göstərilən nömrəyə zəng vurdum. Və  mövzu ilə bağlı məni dinləyən əməkdaşa fikirlərimi söyləmək istəyirdim. O da çox sağ olsun, mənə hörmətlə yanaşdı və axıra qədər dinləyərək müəllim, nədən danışmaq istəyirsən? – deyə soruşdu. Mən də bildirdim ki, sabah, yəni ayın 23-də bir jurnalist kimi Füzuliyə gedirəm, Horadizdən və cəbhə xəttindəki yerlərdən reportaj hazırlayacam. Bir neçə dəqiqədən sonra canlı bağlantı yarandı və məni efirə qoşdular. Aparıcı Nailə Babayeva bir daha məni tamaşaçılara təqdim edəndən sonra, Füzuliyə yola düşəcəyimi bilib efirdə danışmaq üçün hərtərəfli şərait yaratdı və mən də fikirlərimi tamaşaçılara çatdırdım. Nailə xanım “Faiq müəllim, sizə yaxşı yol” – deyib veriliş iştirakçıları ilə söhbətini davam etdirdi.

 

Bir payız yağışı

 

Sentyabrın 23-də səhər saat 6:00-da yaxın dostum və qonşum Ariflə Füzuliyə yola düşdük. Səhər olduğu üçün bir qədər yorğun görünürdük. Elə yorğunluğu canımızdan çıxarmaq üçün Hacıqabuldakı  yeməkxananın yanında maşınımızı saxlayıb bir stəkan çay içdik, sonra da Allahın verdiyindən daddıq. Səhər-səhər çay içəndən sonra ovqatımız bir qədər də yaxşılaşdı və elə düşündüm ki, qanımız da duruldu. Və qanımız niyə durulmamalıydı? Axı vətənə doğru gedirdik. Mən Füzuliyə gedəndə həmişə qəribə hisslər keçirirəm. Sanki öz-özümə hesabat verirəm ki, doğma yurdum, mən sənə nə eləmişəm?! Sən mənə hər şey vermisən. Heç olmasa, tez-tez gəlib sənin torpağın üstündə gəzim, sənin havanı udum və sənli günləri xatırlayım. Və bir də 90-cı illərdən bəri həmişə rayonun ən ağır günündə mən bir jurnalist, bir ziyalı olaraq xalqın, camaatın arasında olmuşam. Hətta əlimə silah alıb, yekəlik olmasın, səngərdə döyüşmüşəm də. Bunu heç kim bilməsə də, Füzuli rayonunun təqaüddə olan sabiq polis rəisi, polkovnik Binnət Məmmədov və digərləri daha yaxşı bilirlər. Və həmişə də Bunnət müəllim mənə deyərdi ki, səni döyüş yerinə aparmağa qorxuram. Birdən bir şey olar, nə cavab verərəm?! Mən də Binnət müəllimə deyirdim ki, səndən artıq oğlan deyiləm, sənə bir şey olacaqsa, qoy mənə də nəsə olsun. Bir neçə dəfə mühasirəyə düşsək də, şükür Allaha, o mühasirədən çıxa bilmişdik. Amma onda sonra mən ürək xəstəliyi, Binnət müəllim də şəkər xəstəliyi tapmışdı.

... Səhər saat 11:30-dur.  Füzuli rayonunun girəcəyindən keçib əraziyə  doğru gedirik. Amma hava çox qaşqabaqlıdı. Sanki bir azdan yağış yağacaq. Dostum Arif də deyir ki, Faiq müəllim, nə yaxşı gödəkcəmizi götürmüşük. Gör bulud necə dolub? Bir azdan möhkəm yağış yağacaq. Onun sözü ağzında qalır. Heç bir-iki dəqiqə keçmir ki, payız yağışı yağmağa başlayır. Yağış necə möhkəm yağırsa, maşının şüşəsiləni çətinliklə çatdırır. Yəni şüşəsilən şüşəni təmizləyib qurtarmamış, yenidən yağış alın şüşəsini görünməz edir. Hər fəslin öz gözəlliyi var. Elə payızın da gözəlliyi onun küləyində, yağışındadır. Amma bu vaxt yağış çox yağanda pambıq sahəsini əkənlərin və pambıq yığanların qanı çox qaralır. Çünki yağışın yağması pambığın yığımını ləngidir və eyni zamanda onun keyfiyyətini aşağı salır. Yolun sağında və solunda həm pambıq əkilib, həm də taxıl! Yağış taxıl zəmisinə can verir, pambığı isə döyəcləyir. Hər halda, hər iki məhsulu əkib-becərən adamlar zəhmətkeş insanlardı.

... On-on beş dəqiqədən sonra yağış yavaşıyır. Və yağışın yavaşıması ilə hava da bir qədər təmizlənir. Sanki bu payız yağışı havanı təmizləmək üçün yağırdı...

 

Dördyol

 

... Bu yol Füzulinin əksər kəndlərini və yaşayış məntəqələrini bir-birilə birləşdirir. Dördyolun da yanında böyük bir bazar var. Biz də maşınımızı saxlayıb yerə düşürük. Və yerə düşəndə tanıdığım bir neçə kəndlimizi və qohmumuzu görürəm. Onlarla öpüşüb-görüşürük. Soruşuram ki, xeyir ola bura gəlməkdə? Veysil deyir ki, kənddən çıxıb gəldim ki, bazardan bir-iki ayın-oyun alım, yarımçıq işim var, onu tamamlayım. O da tikinti materiallarından ibarətdir. Mən də fikriləşirdim ki, yəqin bu qohumlarım bazardan mer-meyvə, ət almaq istəyirlər. Ürəyimdən keçənləri duyurmuş kimi əmim oğlu İnşallah dilləndi: “Şükür Allaha, bizim heç vaxt bazardan mer-meyvə almağa və ət almağa ehtiyacımız yoxdu. Həyət-bacamızda kartofumuz da var, xiyarımız da, soğanımız da. Qapımızda da nə qədər desən mal-qoyunumuz və nə qədər istəsən toyuq-cücəmiz. Elə deyirik ki, bir qonaq gəlsin, qapımızı açsın, biz də Allahın verdiyindən onun qabağına qoyaq. Veysil dillənir ki, bu yağış qoysa, pambığımızı yığardıq. Əmim oğlu İnşallah da onun fikrinin əleyhinə gedir. Deyir ki, ay rəhmətliyin oğlu, Allahın işinə qarışmaq olmaz. Yağışın yağması, günün çıxması, havanın sakit olması ancaq Ulu Yaradandan asılıdır...

 

Donuz darıdan öz xoşuna çıxan deyil

 

Mən “dördyol”da kimlə söhbət elədimsə, onların hamısı çox nikbin idi. Deyirdilər ki, artıq bıçaq sümüyə dirənib. Bu, ermənilərin burnunun və ağzının əzilməsi vaxtı çatıb. Biz onlarla çox danışdıq. 27 il gözlədik. BMT-nin dörd qətnaməsini veclərinə almadılar. Bu ATƏT-di, matətdi, nə bilək nədi, bizim başımızım altına bu 27 ildə yastıq qoyub, gəlib çörəyimizi yeyib, suyumuzu içib, yaxşı istirahət edib sonra da gedib beynəlxalq təşkilatda bizim sözümüzü yox, ermənilərin sözünü deyiblər. Yəni onları müdafiə eləyiblər. Axı, it itin ayağını basdamaz. 

Bir dəfə it kiməsə hürür. Soruşurlar  ki, ay it, niyə hürürsən? Deyir ki, qorxumdan. Soruşurlar ki, bəs quyruğunu niyə bulayırsan? İt də bildirir ki, quyruğumu ona görə bulayıram ki, kimsə üstümə hücum eləsə, ona yaltaqlanım və bu təhlükədən xilas olum. Bax, ermənilər də çətinə düşəndə həmişə itin keçirdiyi bu hissləri yaşayırlar. Və onlar yaxşı bilirlər ki, artıq bizim səbr kasamız dolub. Və bu səbr kasası dolubsa, deməli, hər bir azərbaycanlı içi biz qarışıq  silaha sarılacaq və vətənin müdafiəsinə qalxacaq. Bu gün biz hamımız yaşımız yol verməsə də, döyüşməyə hazırıq. Övladlarımız könüllü olaraq hərbi komissarlığa gedib qeydiyyatdan keçiblər və döyüşmək istədiklərini bildiriblər. İnanın, uşaqdan qocaya qədər hamımız silaha sarılmağa, ermənilərlə vuruşub onları torpaqlarımızdan qovmağa hazırıq. Və bir də ki, donuz heç vaxt öz xoşluğu ilə darıdan çıxan deyil. Onu ancaq darıdan dəyənəklə çıxarmaq mümkündür. Bax, bu gün biz o dəyənəyi, biz o silahı əlimizə götürüb onların üstünə getməliyik. 2016-cı ilin aprelində biz onların necə qorxaq və aciz olduqlarının şahidi olduq. Lələtəpə yüksəkliyini və digər ərazilərimizi azad edərkən onların döyüşçüləri yalvarırmışlar ki, öldürməyin, çıxıb gedirik.  Amma bu sözü deyən ermənilərin səmimiyyətinə heç vaxt bizim əsgərlər inanmayıb və onları döyüşdə it kimi gəbərdiblər. Elə bu döyüşdə də it kimi gəbərdəcəklər...

 

Bu da Horadiz!

 

... Dünyanın ən gözəl şəhərinə bənzəyir Horadiz. 1993-cü ilin avqustun 23-də Füzuli işğal olunanda bu şəhər də ermənilər tərəfindən ələ keçirildi. Böyük və gözəl şəhərin bir sosila obyekti, məktəbi, xəstəxanası, yaşayış binası qalmadı. Ermənilər onların hamısını vəhşicəsinə yandırıb külə çevirdilər. Adam o səhnəyə tamaşa edəndə ürəyindən qara qanlar axırdı. Mən də həmin səhnənin hamısını görmüşdüm və bir müddət özümə gələ bilməmişdim. Çünki həmin dövrdə mənim kəndim Bəhmənli də işğal olunmuşdu. Amma  5 aydan sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 1994-cü ilin yanvarın 4-ü və 5-də Horadiz şəhərini və 22 yaşayış məntəqəsini erməni işğalından azad etdi. Ulu Öndər ilk gündən Horadizə və onun bərpasına böyük diqqət yetirdi. Eyni zamanda prezident İlham Əliyevin hakimiyyəti dövründə Horadiz şəhərində çox böyük möhtəşəm abadlıq və quruculuq işləri görüldü. Və bu gün Horadiz Avropanın ən gözəl bir şəhəri ilə yarışa bilər. Cənab prezident İlham Əliyev dəfələrlə Füzuliyə səfər edib, rayonun sosial və iqtisadi inkişafı üçün milyonlarla vəsait ayırıb. Və bu vəsait hesabına da Horadiz şəhəri və digər 22 yaşayış məntəqəsi yenidən bərpa edilib. Və cənab prezident İlham Əliyev də çıxışında bəyan edib ki, cəbhə bölgəsində, o cümlədən Horadizdə yaşayanlar qəhrəmandılar...

... Şəhərin küçələrilə addımlayırıq. Hər tərəf tərtəmiz, səliqə-səhmanlıdı. Bir-biirndən gözəl ağaclar, güllər, çiçəklər adamın qəlbinə bir sakitlik gətirir. Amma bu sakit şəhərin rahat günlərini kimlərsə  pozmaq istəsə, öz cavablarını beş qat alacaqlar. Hər tərəf adi qaydada işləyir, həyat öz axarında davam edir, küçələrdə, səkilərdə və parklarda insan var. Və onlar da çox nikbindilər. Çünki qarşıda onların həyatını Azərbaycan ordusu qoruyur. Şəhər rahat, adi, günlədən birini yaşayır və insanlar da bu şəhər də özünü çox təhlükəsiz hiss eləyirlər.

 

(Ardı var)

 

Faiq QİSMƏTOĞLU

“Ədalət”in xüsusi müxbiri

Bakı-Füzuli-Bəhmənli-Horadiz

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-30
2020-10-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK