adalet.az header logo
  • Bakı -°C
01 Aprel 2026 12:15
98
İDMAN
A- A+

Türkiyə millisi dünənki oyundan nə qədər qazandı?

Türkiyənin A Milli Futbol Komandası 2026-cı il FIFA Dünya Kuboku Avropa seçmə mərhələsinin pley-off finalında səfərdə Kosovonu 1:0 hesabı ilə məğlub edərək 24 ildən sonra yenidən Dünya Kubokuna vəsiqə qazanıb.

Adalet.az xəbər verir ki, Fadil Vokrri stadionunda keçirilən qarşılaşmanın yeganə qolunu Kerem Aktürkoğlu vurub və komandaya qələbə qazandırıb.

Bu nəticə ilə milli komanda 2026 Dünya Kubokunda iştirak hüququ əldə edib.

Qələbə sayəsində Türkiyə millisi turnirə qatıldığı üçün 10,5 milyon dollar məbləğində mükafat qazanıb. Komandanın turnirdə göstərəcəyi nəticələrə əsasən bu məbləğ daha da arta bilər.

Qeyd edək ki, Türkiyə yığması pley-off mərhələsində keçirdiyi hər iki oyunu qol buraxmadan başa vurub. Komanda yarımfinalda Rumıniyanı 1:0, finalda isə Kosovonu eyni hesabla məğlub edib.