adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2020 12:26
115884
ŞOU-BİZNES
A- A+

Tolikdən yersiz "müdafiə": "Minanı qınayanlar başını divara vursun"

Müğənni Mina Hüseyn dünən ARb kanalında sərgilədiyi geyim və oturuş "performans" ı ilə qalmaqala səbəb olub. Xatırladırıq ki. onun oturuşuna tamaşaçılar öz etirazını bildirib. Konkret olaraq gitara ustası Rəmişin həyat yoldaşı Gülü xanım və Azərbaycanın əməkdar artisti Zöhrə Abdullayeva kanala zəng vuraraq iradlarını bildirdilər və Minanın etinasız davranışına görə, telefon zənglərini yarımşıq kəsdilər.

Adalet.az xəbər verir ki, prodüser Tarix (Tolik) Əliyev ARB kanalına qısa şortikdə çıxan müğənni Mina Hüseyni tənqid edənlərə cavab verib.

Tarix Əliyev gənc ifaçının müdafiəsinə qalxıb: "18 ildir ki, prodüserəm və bəzi verilişlərin reytinq naminə nə oyundan çıxdığını bilirəm. Bu da "Soy" prodakşının növbəti oyunu. Yazıq Mina Hüseyni verilişə qonaq çağırıblar və deyiblər ki, şortik geyinərsən, o da şortik geyinib gəlib.

Verilişi qaldırmaq üçün bu nə oyundur? Səhər-səhər Zöhrə Abdullayevaya zəng edirlər. Biz bilirik ki, efirə kimlər baxır, kimlər qoşulur. Qınamıram heç olmasa belə reytinq versin, gündəm olsun. Amma Mina Hüseyni kim qınayırsa, getsin başını divara vursun. Yazıq qızın günahı yoxdur".

Yəqin ki, bu mövzuda Minanı qınayanlar və müdafiə edənlər tapılacaq.

Əntiqə Rəşid