adalet.az header logo
  • Bakı 18°C
24 Sentyabr 2020 10:48
15582
DÜNYA
A- A+

Lukaşenko gizli inaqurasiya keçirdi

Rəsmi elan olunmadan, qanuna görə dövlət telekanalları ilə canlı yayımlanmalı olan, lakin gizli keçirilən Belarus prezidentinin inaqurasiya mərasimindən dərhal sonra, paytaxt Minskdə və digər şəhərlərdə minlərlə insanlar küçələrə axışıb. Etirazçılara qarşı kütləvi həbslər başlayıb. Hökumət qüvvələri mitinqçiləri su minamyotlarından , gözyaşardıcı qazlardan və dubinkalardan istifadə etməklə dağıtmağa çalışıblar.

Kitləvi etirazlar fonunda gizli keçirilən Belarus prezidenti Aleksandr Lukaşrnkonun inaqurasiyasını, bir çox dünya dövlətləri tanımadıqlarını bəyan ediblər.

Belarus prezidenliyinə keçirilən seçkiləri qanunsuz sayan ABŞ Dövlət Departamenti bəyan edib ki, " 9 avqustda azad və ədalətli seçkilər keçirilməyib. elan edilən nəticələr saxyalaşdırılıb və legitim deyil. Birləşmiş Ştatlar Aleksandr Lukaşenkonu Belarusun qanuni seçilmiş lideri kimi tanımır".

Lukaşekonun ligitimliyini, həmçinin Almaniya, Böyük Britaniya, Polşa, Latviya, Litva, Estoniya, Slovakiya, Ukrayna, Çexiya və s. dövlətlər də tanımadıqlarını bəyan ediblər.

Rusiya prezidenti Putin isə, Lukaşenkonu seçkilərdə qazandığı qələbəyə görə, hətta MSK tərəfindən rəsmi elan edilməmişdən əvvəl, ilk təbrik edən dövlət başçisi olub.

Belarus Kordinasiya Şurasının üzvü Pavel Latişko, Lukaşenkonun gizli inaqurasiya keçirməsini, "növbəti "qanuni oğru"nun taclandırılması "sxodkasına" bənzədərək", əhalini ligitim olmayan hakimiyyətə qarşı müddətsiz itaətsizliyə çağırıb.

Artıq bir ay yarımdır ki, Belarus vətəndaşları 9 avqusta keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bildirərək, kütləvi etiraz aksiyaları keçirirlər.

 

Rüstəm Hacıyev