SON DƏQİQƏ:

Avqust tezisləri - İradə TUNCAY yazır

  413912   |  
Şriftin ölçüsü  

1917-ci ilin Fevral inqilabından sonra Rusiya İmperiyasının qalıqları (o vaxt Qərb elə düşünürdü) üzərində Müvəqqəti hökumət qurulmuşdu. Dünya müharibəsi gedirdi və yaxın zamanlarda Rusiyanın bu müharibədə tamam-davam məsələsi də həll olunmaqda idi. Ölkədə ikihakimiyyətlilik mövcud idi. Müvəqqəti hökumət və Petroqrad Soveti idarə edirdi dövləti. Bolşeviklərin təsir dairəsi məhdud idi, sol çoxluq olsalar da. Vladimir İliç Lenin həmin vaxt xaricdə idi, mühacirətdə yəni. Və onun gizli danışıqları artıq fayda verirdi – nə danışırdı, nə deyirdi maraqlananlar axtarıb oxuya bilərlər . Özüyçün mənzərəni təhlil edən Rəhbər belə qərara gəlmişdi ki, artıq III inqilabın zamanı yetişib – yəni birinci inqilab 1905-ci ildə, ikinci inqilab 1917-ci ilin fevralında olmuşdu. Amma burdan bolşeviklərin xeyiri az olmuşdu. III inqilab sosialist inqilabı olmalıydı. Fəhlə-kəndli inqilabı.Və Lenin Qərbdən öz qarantiyalarını alıb mühacirətdən vətənə döndü – aprel ayında. Və özünün məşhur "Aprel tezisləri”ni bəyan elədi. Biz oxuyanda qulağımız deşilirdi bu tezisləri eşitməkdən, imtahanlarda əzbərləyirdik mənasını dərindən anlamadan – amma indi anlayıram ki, Lenin öz siyasi ağlıyla İmperiyanı dünyanın siyasi xəritələrindən silinməyə qoymadı – sadəcə adını dəyişdi. Nə deyilirdi bu tezislərdə:

1.Müharibənin kəskin tənqidi. Müharibənin demokratik əsaslarda, zorakılıq olmadan bitməsi kapitalın yıxılması ilə mümkün olacaq.

2. İnqilabın liberal-burjua mərhələsi sona çatıb, sosialist mərhələsi başlayıb artıq hakimiyyət proletariatın və yoxsul kəndlilərin əlinə keçməlidir.

3.Müvəqqəti hökumətlə heç bir ittifaq ola bilməz.

4.Fəhlə-kəndli deputatların hakimiyyətinə mane ola biləcək kiçik burjua – opportunist elementlərin blokuna sədd qoymaq.

5.Parlament respublikası qətiyyən ola bilməz –fəhlə -kəndli, muzdur respublikası. Aşağıdan yuxarı bürokratik aparatın ləğvi, polisin ləğvi, ordunun xalqın idarəsinə verilməsi, məmurların dəyişilmə mexanizminin yaradılması, maaşlarının fəhlələrdən az olması.

6. Aqrar islahatlar – mülkədar torpaqlarının müsadirə olunması, ölkə üzrə milliləşdirmə. Yəni torpaqların.

7. Bank islahatları – bütün bankların bir milli bankda birləşməsi. Fəhlə deputatların nəzarəti altında.

8.Sovetlərin istehsalata və məhsul bölümünə nəzarəti.

9. RSDFP(b) – partiya tapşırıqları.

10. İnternasionalın yenilənməsi.


***

Həəə... Belə fikirləşirdi yoldaş Lenin. Vladimir İliç... Və onun fikirləri hər dövrdə kütləni aldadıb, özünə cəlb edib də tələyə salmaq üçün aktual sayıla bilər. Tezislərdə mətbuat haqqında heç nə yoxdur – niyə olsun ki??? Mətbuatın azadlığı həmin dövrdə çox lazım idi. Bolşeviklər mətbuat azadlığının hesabına gəldilər hakimiyyətə. Və sonra məhz həmin yerləri bağladılar. Fevral və Oktyabr inqilabları arası təkcə Lenin təxminən 270 məqalə yazmışdı. Özü!!! Və azlıqdan çoxluğa keçə bilmişdi ... Mətbuat belə qüvvədir...

O vaxt bolşevik fraksiyasının üzvləri ya sürgündən, ya da mühacirətdən yeni qayıtmışdılar. Və əməkdaşlığa razıydılar Müvəqqəti hökumətlə. Lenin isə bunun əleyhinə idi . Yeni mərhələyə keçiddə burjualara yer yox idi onun təsəvvüründə. Münaqişəyə bənzər müzakirələrdə dediyini yeridə bildi...

***

Tezisləri yeridə bilmək və fikrini təsdiq etmək üçün özünü övliya yerində görmək lazım deyil – inqilab (ya da islahat) etmək üçün çox xırdalıqları düşünmək gərək. Lap böyük imperiyalarda da, lap kiçik qəsəbələrdə də... Bənzər hadisələri xatırlayaq – amma hər şey mətbuatın ələ keçirilməsindən başlayır. Deyək ki, indi mətbuat çoxsahəlidir, böyükmiqyaslıdır – ancaq kökü eynidir. Və ərincəklik etmədən mətbuatı (ən azından imzaları) izləmək labüddür. Yalnız tapşırıqla yazılmış nümunələr yardımçı olmayacaq. Kütlə son vaxtlar elə tərbiyə olundu ki, ya söyür, ya da vəcdə gəlir. Orta həddə yer qoyulmayıb. Və hətta söyənləri təqdir edən məmurlar da mərkəz cinahlarda duran adamları GÖRMÜR!!! Yuxarıda oturan şəxslər, belə olmur !!! Görüntü xatirinə iclaslarla – suyu oliqarxların tarlasına axıdılan kəndlini sakitləşdirmək OLMUR !!! Orta təbəqə sürətlə yoxa çıxmaqdadır – onlara üz tutub da gələn acları yola vermək də hər gün bir az da ağırlaşır... Deyərsiniz ki, hamıdan ağıllı çıxmısınız? Bunu biz hamıdan yaxşı bilirik... OK!!! Bəs, niyə dəyişmir ?

İstilər elə gəlib ki, bütün dünya qovrulur. Söz veriblər ki, bizdə də olacaq. Yəni məsələ bundadır ki, insanlar çəpər çəkib ölkələri bölsələr də tsiklonlar, hava axınları sərhəd tanımır. Və kimsə fikirləşirsə ki, başqa ölkələrdəki havalardan mənə nə – böyük səhv eləyir. Eyni fikri siyasi havaya da tətbiq etmək lazımdır. Siyasi tsiklonlar da çox etkiləyici gücdədir. Ən azından pandemiya hamını bir çətir altında birləşdirə bildi.

***

...İstanbulda olub "Topqapı" muzeyini görənlər bilirlər: girəcəkdə sarayın iki həyəti, iki darvazası var. Əvvəllər Osmanlı imperiyasının ehtişamlı dönəmlərində saraya qonaq gələnlər statusuna, ranqına görə bəzən birinci darvazadan ikinciyə keçənə qədər atla, qatırla gedə bilirlərmiş. İkincidən saraya qədər gedən yolu isə istisnasız-filansız piyada getməliymişlər. Rəiyyətin isə sarayın nə birinci, nə də ikinci həyətinə daxil olmaq hüququ yox imiş. Amma hər səhər birinci darvazanın qarşısına yığışıb həmin gecə dövlətin daxili siyasətində baş verənlərdən xəbər tuturlarmış. Yəni gecə başı kəsilmiş dövlət məmurlarının kəlləsini nizəyə keçirib düzürlərmiş birinci darvazanın qabağına. Həmin vaxtlardan çox uzaqlaşsaq da, mahiyyətcə çox şey dəyişməyib. Biz də hər gün xəbərləri həmin o darvazanın qabağına yığışan rəiyyət kimi oxuyuruq. Nəsə yeni bir sərəncammı, fərmanmı eşitməyəndə fikirləşirik ki, nə oldu, bəs filankəs, bəs filan nazir, bəs filan məmur? Sadə adamların marağı təbiidi, onlar nəyinsə dəyişəcəyinə ümidlidirlər. Amma dünənə qədər ağız-ağıza öpüşən, bir-birinin şəninə tərif deyənlər haray-həşir qopardanda düşünürsən ki, qardaş, nə olub? Bir-iki gün gözləyin, görərsiniz nə qədər "səmimi" etiraflar eşidəcəksiniz.

***

Hər dəfə il başlayanda münəccimlər proqnoz verirlər – gələn il ruzili-bərəkətli olacaq!!! Kimin üçün – onu demirlər... Məlumdu zatən... Dava-dalaş sarıdan bərəkətli olur hər ilimiz... Yalan sarıdan xəzinə lap doludu...Və bu yalanları təsdiq edib tarixə salmaq ənənəmiz də var...


Tezis, tezis, tezis... Özünüz yazın (həm də oxuyun) – amma siyasi beyinlə yazın ...Nifrət artır... Qoymayın...

***

... Gecəninmi, sabahınmı 4-də ildırımın, yağan yağışın səsinə yuxudan oyanırsan. Göylərdən tökülən və torpaqdan axan suyun səsi elə bil boğazını qurudur, su icmək istəyirsən. Şimşək odanı işıqlandırır, ələk-vələk edib su axtarırsan. Sonra yadına düşür ki, aldığın sular qalıb maşında, gətirməmisən odaya. Maşın da uzaqda deyil amma, düz qaldığın evin qarşısında. Amma ildırımın qorxusundan , yağışın qorxusundan susuz qalıb, pəncərədən axan sulara baxa-baxa qalırsan....

P.S. Cox olub ömür boyu – əlini uzadıb götürə biləcəyin "SUYU" içməyə cəsarət tapmamısan. Şimşəyin işığı qorxudub səni...

P.P.S . Susuzluğunuza güvənin…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK