SON DƏQİQƏ:

Cəlilabadda tarixi abidəyə müdaxilənin qarşısı alınıb - FOTO

  16680   |  
Şriftin ölçüsü  

Cəlilabad rayonunda yerləşən, yeni aşkar olunmuş tarixi abidəyə müdaxilənin qarşısı alınıb.

Bu barədəOxu.Az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

O bildirib ki, Cəlilabad rayonu Musalı kəndində yerləşən və yeni aşkar edilmiş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən "Qazan köşkü” arxeoloji abidəsinə müdaxilə olunub:

"Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin vəCəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə səyi nəticəsində qanunsuz qazıntı işləri aparan şəxslər saxlanılıb”.

Qeyd edək ki, hündür təpə üzərində yerləşən "Qazan köşkü” abidəsi ətraf əraziləri müşahidə altında saxlamağa imkan verən istehkam (qala) funksiyasını daşıyıb.

Orta əsrlərə (təqribən VIII-XIII əsrlər) aid "Qazan köşkü” müşahidə məntəqəsi, qala, istehkam, sığınacaq yeri kimi istifadə olunub.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK