SON DƏQİQƏ:

İnsanlıq tarixinin ən dəhşətli faciəsi: Xirosima-Naqasaki - 75 il

  39869   |  
Şriftin ölçüsü  

Bu gün dünyanın ən böyük və yeganə faciəsi kimi qeydə alınan Amerikanın Yaponiyanın şəhərlərinə atom bombası atmasından 75 il keçir. İnsanlıq tarixinə qara hərflərlə yazılmış ilk hadisə 1945-ci ilin 6 və 9 avqust tarixlərində verib. Amerikanın inkişaf edən texnologiyası atom bombasını kəşf etmişdi və ABŞ rəhbərliyi onu Yaponiyanın günahsız insanları üzərində sınaqdan keçirmək qərarına gəldi.

6 avqust 1945-ci il tarixində ABŞ-ın "B29 Enola Gay" təyyarəsi Uran 235 tipli "little boy" (balaca oğlan) adı verilən 15 min ton TNT-lik atom bombasını günahsız Xirosima sakinlərinin üzərinə atdı. 1945-ci ilin sonuna qədər da atomdan ölənlərin sayı 140 mini keçmişdi.

İkinci bomba isə Naqasaki şəhərinə atılmışdı.

Naqasaki Yaponiyanın Kyusu adasının cənubunda Naqasaki körfəzində yerləşən liman şəhəridir.

İkinci Dünya Müharibəsinin sonunda tarixdə yalnız Amerika Birləşmiş Ştatları tərəfindən istifadə edilən atom bombasının ikincisi və sonuncusunun atıldığı Yaponiyanın Naqasaki şəhəri də üzləşdiyi faciəni 75-ci ilini yad edir.


Xirosimaya atılan bombadan 3 gün sonra avqustun 9-da saat 10:45 radələrində Platinyum 239 tipli təyyarə "Fatman” (kök adam) adlı atom bombasını Naqasakiyə atır. "Fatman” 21 min ton TNT-ə malik nüvə reaktoru idi.

Partlayış nəticəsində 200 min əhalisi olan şəhərin 27 mini həyatını itirdi.

Hadisədən 6 gün sonra Yaponiya höküməti qeyri şərtsiz təslim olub. O zamandan bu günə qədər ərazidə hələ də mövcud olan radiasiya ucbatından ölənlərin ümumi sayı 143 mini ötüb.

Bu gün isə nüvə gücünə malik dövlətlər Xirosima və Naqasakiyə atılan bombaların düz 2500 qat güclüsünü istehsal edə bilir.

Hazırda Xirosima və Naqasakiyə atılan atom bombalarından dəfələrlə artıq dağıdıcı gücə malik nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, Şimali Koreya və s. ölkələrin arsenalına daxildir.



Alimlərin hesablamalarına görə dünya dövlətlərində 3000–dən cox nüvə başlığı var. Amma dünyanı darmadağın etməyə cəmi bir neçə (ötən əsrin 80-ci illərində cəmi 7)atom başlığı kifayətdir.

1945-ci ilin 6 avqust faciəsinin xatirəsinə həmin gün Ümumdünya Nüvə Silahlarının Qadağan edilməsi Günü kimi tarixə düşüb.

Yaponiya hər il faciənin 75 illiyini beynəlxalq səviyyədə qeyd edir.

Teodor Van Kirk

Həmin hadisələrin birbaşa iştirakçısı və icraçısı olan, avqustun 6-da birinci atom bombasını daşıyan "Enola Gay” təyyarəsinin 12 nəfərlik heyət üzvündən biri Teodor Van Kirkxatirələrində yazırdı:” 1944-cü ilin sonlarından biz Yuta ştatında xüsusi təlimlərə başlamışdıq. Bu təlimlər tam məxfi keçirilirdi. 12 nəfərdən ibarət heyət üzvləri bu təlimlərin ciddi və xüsusi olduğunu dərk edirdilər. Heç kim atom bombası sözünü dilə gətirmirdi və bu haqda bizə məlumat verilmirdi. Keçiriləcək əməliyyata məsul olan yüksək çinlilər sadəcə bizə söyləyirdilər ki, təyyarədə apadığınız hərbi sursat bütöv bir şəhəri məhv edəcək. Təlimlərdə tez-tez alimləri də görürdük. Sözsüz ki, biz yaxşı başa düşürdük ki, nəzərdə tutulmuş hədəfə atom bombası atmalıyıq. Avqustun 5-də Tinian adasında sonuncu əməliyyat müşavirəsi keçirildi. Müvafiq göstərişlər və tapşırıqlar verildikdən sonra bizə dedilər ki, indi gedib yatıb yaxşıca dincəlməlisiniz. Təyyarənin bortunda atom bombası olan heyət üzvləri yata bilərdimi? Sözsüz ki, yox. Düz uçuş başlanana qədər poker oynadıq. Avqustun 6-da saat 2.45-də adadan hədəfə doğru uçuşa başladıq. 2800 km məsafə qət etməliydik. Lazım olan yerə cəmisi 45 saniyə gecikmişdik. Bu çox yaxşı göstərici idi. Mən saat 9.15-də bort jurnalında qeydiyyat apardım: "Saat 9.15. Atom bombasını atırıq”.


43 saniyədən sonra Xirosima şəhərinin 580 metr hündürlüyündən bombanı aşağı buraxdıq və dərhal təyyarəni sürətli sıçrayışla daha hündürlüyə qaldırdıq. Bir göz qırpımında baş verən dəhşətli partlayışı hamımız hündürlükdən seyr edə bildik. Partlayışın tükürpədici səsindən isə bizə elə gəldi ki, təyyarə parça-parça olacaq. Əməliyyat uğurla başa çatmışdı. Möhkəm yorulmuşdum. Geri qayıdan kimi rahat yatdım”.

Atomu daşıyan təyyarə "Enola Gay”

Van Kirk 2007-ci ildə Yaponiyaya atom bombasını aparan "Enola Gay” təyyarəsinin bort jurnalını hərraca çıxardıb. Tarixi jurnal 358 min 500 amerika dollarına alınıb.

"Enola Gay” təyyarəsi isə hal-hazırda Amerika Birləşmiş Ştatlarının Aviasiya və Kosmonovtika Milli Muzeyində saxlanılır.

Əntiqə Rəşid


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK