SON DƏQİQƏ:

"Oxu!", "Oxuma!" - Əzizə İsmayılova yazır

  15960   |  
Şriftin ölçüsü  

"Oxu!", "Oxuma!"- film kimi maraqlı gündəmimiz var..

Əladı, e. Qərargah çıxır bir şeyi qərar deyə elan edir, ortaya "enn" qədər cavabsız suallar çıxır və çox usluca bu qərarı necə şəkilləndirmək olar?-üzərində iş gedir.

Dünən Qərargah yığışdı, qərar açıqlandı, izah verirlər ki, bəs "icazə məsələsi ləğv olundu".

Müxbirin "Rayona necə gedib-gələcəyik?"- sualına, sual kimi qalmasın deyə, rəsmilərimiz bir-birlərinə baxa-baxa cavab verirlər ki, "portaldan keçənlər gedəcək".

Müxbir yenə sual verir ki, "axı portal icazələri ləğv edildi, deyirsiniz axı. Bəs, necə olacaq onda?".

Rəsmimiz yenə özünü itirmir və deyir ki, "əvvəl elektron variant idi, indi çap variantda olacaq. Ezamiyyə kağızı ilə. Amma bu barədə sabah cavab verərlər yəqin".

Yəni yerindəcə, "biz bu suala hələki dəqiq cavab fikirləşməmişik" deyilmir. Söz ağızdan çıxır, hamı ilik deyilişi beyninə yazır və dağılışır. Sonra başlayır ən komik və dramatik hissə.. - sonradan deyilən və izah olunan fikrin dəyişdirilməsindən xəbərsiz olan vətəndaşla polis arasında "al gəldi, tut gəldi" oyunu başlayır. Nəticədə ya cərimə olunur, ya da inzibati həbsi də özü üçün yaddaqalan mükafatlar siyasına yazmalı olur.

Heyf ki, ötən gün müxbir anındaca, "sayın, Qərargahçılar, əgər bu ezamiyyə məsələsi portalın kağız daşıyıcıya köçürülməsidirsə, o zaman niyə əlavə kağıza israf edək ki? Elektron variantda olan bir şeyi çap etmək dəyişiklik deməkdir? Lütfən, dəyişən şey nə oldu, bir də izah edərsinizmi?" - sualını vermir. Çox heyf, maraqlı dialoq alınardı.

İndi bu gün səhərdən də rayonlara gedib-gəlməklə bağlı 3 açıqlama yayıblar, hələ biri də olacaq bu gedişlə.

Məsələn maraqlıdır - əgər icazə portalladırsa, o zaman sabah üçün icazə almalı olanlar, ləğv olunmuş portalda qeydiyyata düşə biləcəklərmi? Əgər düşə biləcəklərsə, o zaman Qərargahın "ləğv olunub" dediyi nə idi, yox bilməyəcəklərsə, o zaman necə nizamlanacaq?

Ona görə tələsməyin. Səhərdən 3 açıqlama verilsə də, şəxsimə heç nə aydın deyil.

Baxaq görək gecə 12-yə kimi nəticə hansı yönə dəyişəcək.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK