SON DƏQİQƏ:

Aqil Abbas: “Oğlanlarımın toyunda Məmməd Araz yox idi, Fəttah dayı onu əvəz etdi...”

  17301   |  
Şriftin ölçüsü  
"Mənim altmış yeddi yaşım var, amma Heydərovu tanıdığım gündən ona dayı demişəm. Çünki qarabağlılar çox istədikləri adamlara dayı deyirlər”

Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. O, Fəttah bəyin övladlarının xeyir işində ağsaqqal olduğunu bildirib:

"Fəttah Heydərov çox ağsaqqal, ağayana, xeyirxah və dövlətcil, ictimai-siyasi xadim idi. O, hamının ağsaqqal kimi qəbul etdiyi şəxs idi. Onu haqqında çox danışa bilmərəm, çünki o, mənim iki oğluma elçi gedib, nişanında və toyunda ağsaqqal olub. Çünki oğlanlarım evlənəndə artıq Məmməd Araz yox idi və Fəttah müəllim onu əvəz edib. Xeyir-duanı baba kimi övladlarıma o, verib. Ona görə də mənim üçün onun haqqında danışmaq çətindir. Parlementdə də həmişə birinci görüşərdik. Ona həmişə dayı deyirdim və o, da bundan incimirdi. Mənim altmış yeddi yaşım var, amma Heydərovu tanıdığım gündən ona dayı demişəm. Çünki qarabağlılar çox istədikləri adamlara dayı deyirlər”.

Qeyd edək ki, bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov 82 yaşında vəfat edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK