SON DƏQİQƏ:

Erkin Qədirlinin borcu - Nicat Novruzoğlu yazır

  46085   |  
Şriftin ölçüsü  

Hesabat yaxşı şeydi. Məncə hər kəs başqasına hesabat verməsə də özü özünə hesabat verir. Əlini atır cibinə, görür ki, cibində məsələn, 20 manat qalıb. Amma səhər cibində 200 manat var idi. Başlayır daxilində cibi ilə hesab-kitab aparmağa. Buna "otçot-uçot” da deyirlər. Yəni 180 manatı bu gün hara xərclədim. Vay o haldan ki, o 180 manatı hara xərclədiyinin 5 manatını tapa bilməyəsən. Qalırsan qıvrıla-qıvrıla ki, bu 5-lik hara getdi. O vaxt sərinləyirsən ki, yaddaşının dərinliyindən o 5-liyi hara xərclədiyini tapırsan. Ürəyin üstünə gəlir. Bilirsən ki, xərcləmisən, itirməmisən.

Mən özümün özümə hesabat verməyimdən başqa kiminsə mənə hesabat verdiyini görməmişəm. Heç mən də kiməsə hesabat verməmişəm.

Amma söhbət məndən getmir.

Ümumiyyətlə, kiminsə digərinə gəlir və xərcləri barədə məlumat verməsini görməmişəm. Bəlkə hansı məmursa nə vaxtsa qazandıqları barədə hesabat verib?

Elə gedib gəlib yapışırıq məmurlardan. Ümumi sözdür o üzdən.

O qədər məmur olmayan, 300-400 manat maaşla özünə dünya quranlar var ki. Nə vaxt biri hesabat verib?

Amma deputat Erkin Qədirli özünün maliyyə hesabatını açıqladı: "Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min manat alınır. Maaşdan başqa gəlirim yoxdur.

Xərclərim: - 1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);


2) 2,400 (anamın evində təmir işləri);


3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 il sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);


4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);


5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar. Bunları söylədiyim anda maaş kartımda 9,860 manat 59 qəpik qalır.

Nə gözəl. Maskanın dəb olduğu bir vaxtda hesabatını maskalamayıb - qəpiyə qəpik.

Di gəl, oxuyursan ki, maskalanmış qəpişniklər hərə bu hesabata bir vedrə qoşur. Ucuz, mənasız və məntiqsiz danqa-duruq bürüyüb sosialı. Birisi lağ edir, birisi borc istəyir, birisi şübhə yaradır,birisi 59 qəpiyə gülür, birisi nömrə atır və.s.

Bu hesabatı başqalarının da gözünə soxub onlardan da hesabat tələb etməkdənsə, söhbəti cılızlaşdırıb elə günə qoyublar ki, yəqin ki, Erkin müəllim öz-özünə fikirləşir ki, mənə lazım idi kartımın hesabatını bunlara vermək. Hələ bəlkə deputat həmkarları da onu qınayıblar ki, sənə lazım idi bu hesabat?! Di, bunların ağzını yığ görüm?! Bizi də oyuna saldın özünü də.

Bax, beləcə bu hesabatla Erkin müəllim düşüb çətin bir duruma. Hesabat verdikləri bir tərəfdən, hesabat verməyə borclu olanlar bir tərəfdən.

Amma yəqin deputat çıxış yolu tapar. Hələ kartında pulu var. Bəlkə də sizlərə borc olsun deyib bir də gəlir və xərclərini hesablatmaz. Qalarsınız 59 qəpik kimi.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK