SON DƏQİQƏ:

Mustafa Kamal Türkiyəni hansı bataqlıqdan çıxartdı?! - Yılmaz Özdil yazır

  69125   |  
Şriftin ölçüsü  

Mustafa Sabri.

Sarayın şeyxülislamı idi.

İngilis kuklası idi.

Sevr müqaviləsinin imzalanması üçün xüsusi canfəşanlıq göstərirdi.

İngilis Muhipləri Cəmiyyətinin qurucularından idi.

Anadoludakı dirənişi qırmaq üçün ingilislər tərəfindən yaradılan İslam Teali Cəmiyyətinin qurucularından idi.

"Kuvayı Milliyə”-yə nifrət edirdi.

"Mustafa Kamal və Ankara höküməti namərddir”- deyirdi.

"Qudurmuş quldurlar, canilərdir” – deyirdi.

"Ey Allahdan qorxmayan, ey Peyğəmbərdən həya etməyən məxluqlar” – deyirdi.

"Bunların dinsizlik dərəcəsi təsəvvür belə edilməz, Allahu-Təalanın qəzəbi və lənəti bunların üzərinə olsun!” – deyirdi.

Milli mübarizənin ovqatını pozmaq üçün əlindən gələni edirdi.

"İngilislərin, fransızların və sair dövlətlərin beş qəpiklik Mustafa Kamal qüvvəsinin təzyiqinə boyun əyərək İstanbuldan çıxıb getmələrini yalnız Kamalist türk ağlı qəbul edə bilər” – deyirdi.

"Yunanlara daha çox ziyan vurmaq bizim üçün xeyirli və mənfəətli olmaz, ingilisləri əsəbiləşdirərik, amma ingilis kimi böyük dövlətə qalib gəlmək şansımız, ehtimalımız qəti yoxdur” – deyirdi.

"Yunan ordusu xəlifənin ordusudur, kəlləsi qoparılmalı olan əsl məxluqat Ankaradır” – deyirdi.

" Ey əsgərlər, Mustafa Kamalın qanunsuz əmrlərinə boyun əydiyiniz yetər, bunların vücudlarını yerli-dibli dünyadan silmək bəşəriyyət üçün, müsəlmanlıq üçün fərzdir, sizin bu xainlərə itaətiniz məscidlərimizi, məbədlərimizi xaraba qoyacaq, bu zalımlara, bu qatil canavarlara alət olduğunuz yetər, padşahımız, xəlifəmiz, əfəndimizin mərhəmət qucağı sizə açılmışdır, Allahın peyğəmbərini sevən bu tərəfə gəlsin” – deyirdi.

Bu əhval-ruhiyyə ilə Mustafa Kamal haqqında edam fətvasını qələmə aldı.

Mustafa Kamalla savaşmaq vacib idi.

Bununla kifayətlənmədi ki…

"Kuvayı Milliyə”- nin yanında olan Dənizli, İsparta, Uşak, Antalya, Sinop müftilərini vəzifədən çıxartdı, Ankara müftisi Börəkçizadə Rıfatın edamına fərman verdi.

İzmirdəki "Yunan Yüksək Komissarlığı”- na təklif verdi. "Mustafa Kamalın pəncəsindən qurtulmaq üçün Qərbi Anadoluda sizin nəzarətinizdə muxtar respublika quraq” – dedi.

Qurtuluş Savaşımız zəfərlə nəticələnincə, ingilis gəmisiylə qaçdı, Yunanıstana sığındı.

Afinada qəzet dərc etdirdi.

O qəzetdə "Allahın hüzurunda türklükdən istefa edirəm, Ya Rəbbim, tövbə türklüyümə, məni türk millətindən sayma” – deyə məqalə yazdı.


"Əlimdən gəlsə bütün türkləri ərəb eləyərəm, bunların vaxtilə ərəbləşmədiyinə təəssüflənirəm” – deyə yazdı.

Xilafətin yenidən qurulması üçün Papaya məktub yazdı, İslamiyyət adına Vatikandan kömək istədi.

Yunanıstandan qovuldu.

Səudiyyə Ərəbistanına keçdi, axırıncı dəfə Misirə köçdü, ölənə kimi orada Türkiyə Cümhuriyyətinin əleyhinə fəaliyyət göstərdi.

Dürrizadə Abdullah.

Sarayın şeyxülislamı idi.

Mustafa Kamalın edamına fətva verdi.

Sadəcə, 3 ay 25 gün şeyxülislamlıq etdi, bu qısa müddətdə həm edam fətvasını çıxararaq, həm də Sevr müqaviləsinə "hə” deyərək Vətənə xəyanətdə sürət rekordunu qırdı.

"Kuvayı Milliyə”- yə nifrət edirdi.

"Allahu-Təalanın qəzəbi və lənəti bunların üzərinə olsun!” – deyirdi.

Qurtuluş Savaşımız zəfərlə nəticələnincə, ingilis gəmisiylə qaçdı, Yunanıstana sığındı, amma Afina tərəfindən qovuldu.

Yalvar-yaxar Hicaz kralının himayəsinə sığındı, orada da öldü.

Bu şeyxülislamlar Mustafa Kamala "lənət” oxuyarkən Vətənimizdə nələr olurdu?

İstanbul işğal altında idi.

Çanaqqala Boğazı işğal altında idi.

Trakya işğal altında idi.

İzmirdən başlayaraq Ege bütünlüklə işğal altında idi.

Antep, Maraş, Urfa, Adana işğal altında idi.

Antep o qədər güclü mühasirəyə alınmışdı ki, qadınlarımız nar toxumlarını parçalayır, əzir, xəmirə qarışdırırdı və hətta aclıqdan pişikləri də yemək məcburiyyətində qalmışdıq.

Qars, İğdır, Ərdahan işğal altında idi.

Antalya, Mersin, Hatay işğal altında idi.

Bursa, İzmit, Zonquldak, Əskişəhər, Burdur işğal altında idi.

Torpaqlarımızın bir tərəfində Pontus dövləti qurmaq istəyirdilər, bir tərəfində Ermənistan, o biri tərəfində Kürdistan.

Britaniyadan pul alan padşahın tətikçiləri Çapanoğlu, Koçgiri, Anzavur... məmləkətin dörd bir yanında qiyama qalxmışdılar.

İstanbul küçələrində ingilis, fransız, italyan, amerikan, yunan, əl-cəzairli, faslı, hindli, hətta yapon əsgərləri də var idi.

10 yaşlı qız uşaqlarımıza təcüvüs edirdilər.

2 yaşlı körpələrimizi süngülərə keçirib küçə-küçə gəzdirirdilər.

Körpələrimizi əmizdirməsinlər deyə yeni doğmuş analarımızın döşlərinin uclarını kəsirdilər.

Bütün bunları yaşadıqlarına görə dəli olan, intihar edən qadınlarımız vardı.

Bax, ünvan verim, Bursa Osmanqazidə uşaqlar, qadınlar daxil 97 nəfəri məscidə doldurub diri-diri yandırmışdılar, pəncərələrdəki dəmir barmaqlıqlara uşaqların əlləri yapışmışdı.

İzmir Bergamada 200-dən artıq insanımızı dərin, böyük bir çuxura doldurub tüfənglə güllələyib, cənazələrinə benzin töküb yandırmışdılar.

Aydın Sökedə 57 nəfəri quyuya üst-üstə ataraq öldürmüşdülər.

On minlərlə belə sənədli, şəkilli örnək var.

Qurani-Kərimi parçalayır, səhifə-səhifə nəcis dolu çuxurlara atırdılar, insanlarımız o səhifələri çıxarır, yuyur, ağlaya-ağlaya torpağa basdırırlar.

Çanaqqalada şəhidlərimizin məzarlarına hörmətsizlik edirdilər.


Başqa nələr olurdu?

Yunan jurnalist Tasos Kostopulos kitab yazdı.

"Uşak bölgəsinə yaxın kənddə türk qadınları, uşaqlar və yaşlılar məscidə həbs edilmişdi. Bizim əsgərlər ətrafdan ot topladılar, sonra da o otları yandırıb məscidin pəncərəsindən içəri atdılar. İnsanlar tüstüyə dözməyib çölə çıxdılar. Onda da bizim rəzillər qadınlara və uşaqlara atəş açmağa başladılar”.

"Evə girdim. Ölü bir yaşlı türk cəsədinin üstündən keçdim. İçəridən səslər eşidilirdi. Ona yaxın əsgərimiz bir türk qızının donunu qaldırmışdılar, zorla rəqs etdirirdilər. Məni görən kimi "gəl, sən də məzədən dad” – dedilər. "Ayıbdır” – dedim. Türk qızı yanıma qaçdı, ayaqlarımı qucaqlayıb yardım istədi. Əsgərlərə yalvardım, "qadındır, eləməyin” – dedim. Biri süngüsünü çıxarıb mənə tərəf gəldi. Qaçmaq məcburiyyətində qaldım. Qızın çığırtılarını isə unuda bilmədim”.

"Tərk etdikləri hər yeri yandırırdılar. Dəhşətli bir mənzərədir. Verilən əmr aydın idi. Nəyi daşıya bilmirsinizsə, yandırın. Onlarla kənddə yaşlılar, xəstələr, şikəstlər, uşaqlar neylədi? Bilinmir”.

"Kəndə girdik. Qızlara ailələrinin gözü önündə təcavüz edildi. Əsgərlərimiz o gecə yağmaladıqları ipək yorğanlarda yatdılar”.

"Türklər qorxudan aiələlərini məzarlıqlarda saxlayırdılar. İki əsgərin təcavüz etməyə çalışdığı qızı xilas etdim. Anası qaçaraq gəldi, əllərimi öpməyə başladı. Biraz qabaqda iki qız cansız uzanıb qalmışdı”.

"Bir də gördüm ki, yaşlı bir adamın qarşısındayam. Eləyə biləcəyim yaxşılıq isə onu dərhal və qəfil öldürmək idi. Bəziləri çox ağrıyırdılar, boğazı kəsilən danalar kimi böürürdülər. Kənd atəşə tutuldu”.

Başqa nələr olurdu?

Fransız qadın jurnlalist Berthe Gaulis yazdı…

"Yunanların geri çəkilməsinin qurbanı Söyütdəyəm. Bursaya çox yaxındı. Xarabaya dönmüşdü. Müharibəni uduzub geri çəkilməyə başlayanda belə işlər üçün xüsusi olaraq yetişdirilmiş döyüşçülər tərəfindən yandırılmışdı. Önəmli miqdarda dinamit, yanğın bombası və partlayıcılardan istifadə etmişdilər”.

"Müharibə əsiri yunan zabitləri bu təxribatın ingilis zabitlərinin nəzarəti altında edildiyini dedilər. Qəsəbənin görkəmli şəxsləri də bu işin ingilislərin nəzarətində edildiyini anlatdılar”.

"Dağıntıların altından insan cəsədləri qalmışdı. Bu cəsədlərdən o qədər dözülməz bir qoxu havaya qarışmaqda idi ki, müharibə gedən ərazilər bunun yanında toya getməli idi”.

"Axşamın alaqaranlığı çökdü. Yanmış evlərin üzərində ulayan bayquşların səsləri eşidilir. Ağaclar kömürə dönüb”.

"Məscidlərin hamısı dağıdılıb”.

"Maddi zərər çox böyük idi, yunanlar hər şeyi aparmışdılar. Fəqət yağmalanan dükanlardan daha pisi evlər yandırılmış və qadınlara, qocalara və uşaqlara təcüvüz edilmişdi. Bunlar Aydında edilənlərin eynisidir”.

"Ərtoğrul Qazinin türbəsindəyəm. Müsəlmanların ən müqəddəs ziyarət yerlərindən biri. Müxtəlif formalarda kirlədilib, məhv edilib.. Türbənin qapısı ilə içindəki qranit tabutlar açılıb”.

"Biləcikdə böyük faciələr baş verib. Buraların əhalisindən sağ qalanlara böyük ruh düşkünlüyü içindədir. Təcavüzə uğramamış gənc qız və ya qadın qalmayıb. Bilec Pompey kimidir. Hər yer kül, hiss və qurum içindədir”.

Bəli, Sarayın şeyxülislamları Mustafa Kamala "lənət” oxuyarkən, Vətən torpaqlarında bunlar baş verirdi.

Dilimizə uyğunlaşdıran: Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK