SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  44298   |  
Şriftin ölçüsü  

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


***

İlqar Rəsul:Kimsədə səmimiyyət axtarışına vaxt itirməyin. İnsanlığın inandığı və itaət etdiyi ən böyük həqiqət belə, yalandı”.


***

Rəşad Məcid:"Kimin layihəsiydisə sevinə, rahat ola bilər, niyyətinə çatıb, arzuladığı mənzərəni yaradıb; bomboş, məzlum dünya, kimsəsiz küçələr, bədbin adamlar... Həvəssiz, yorğun Günəş...”


***

Nigar Adil:lkədə Azərbaycan vətəndaşından çox gənc yazar var”.


***


Mehriban Zeynalova:Bir gün qaynar xəttimizə birinin əri zəng vurub. Söyür ey… telefonu da qızım götürüb, söyüşə cavab vermir, eləcə deyir "özünüzsünüz, özünüzsünüz,özünüzsünüz...Telefonu qoyub,deyirik ki, nə məsələdir,deyir söyürdülər,deyirik bəs day Sizlə niyə cavab qaytarırsan deyərdin özünsən.


***


Vüsalə Məmmədova:"Əslindəkoronavirus-zad boş şeydir, nahaq yerə əl-ayağa düşürük. Əsas məqsəd insanımıza əlini yumağı və balkondan zibil atmamağı öyrətməkdir”.


***

Cavid Zeynallı:"Beş-altı il əvvəl belə bir tragikomik əhvalat eşitmişdim. ANS-in əməkdaşları Xətaidəki qadın həbsxanasına reportaja gediblər. Operatorla həbsdə olan qadınlardan biri ordan-burdan danışıblar. Sağollaşanda qadın deyib ki, 8 ilim qalıb, nömrəmi götür, çıxandan sonra danışarıq...”


***

Rauf Qərib Alagöz:Bir də Koronavirusa inanmayanlar var. Sanki onların inanıb-inanmamağı nəyisə dəyişdirir də.
"Sən inanmırsan deyə, çıx küçədə kef elə, şəhərdə gəz, işə get, hər bildiyini elə" deyirlər sənə?
İnansan da, inanmasan da, olsa da, olmasa da, bir fakt var ki, bütün dünya dayanıb, hamı evinə tıxılıb.
Tək fakt budur.


***

Nuridə Allahyarova:"Ölüsü-dirisi məhdud sayda şedevr yaradan sənətkar qalıb, onları da gözdən salmayaq. Gah Zeynəb Xanlarovadan yapışdıq, gah Polad Bülbüloğluda səhv axtardıq, indi də Afaq Bəşirqızı. İnsanlığı qoyaq bir kənara, söhbət sənətdən gedir. Zeynəblə Polad SSRİ-də Azərbaycan mədəniyyəti adına iz qoyanlar idi, sosial şəbəkədə hər cik edən vətənşünas adlarına status yazdı. Afaq Bəşirqızını heç vaxt xarakter olaraq bəyənməmişəm. Amma rolları şedevrdir. Qadın ən azından ən güclü kənd qadınıobrazını yaradıb: Söylünü verib tamaşaçıya. Sadəcə bizim insanın ifadə tərzi yanlışdır. Biz canı da zəhrimar kimi deyirik çox vaxt. Səhv idi açıqladığı tərz. Daha yumşaq ifadə etməliydi. Ancaq cəmi bir neçə ay əvvəl o Afaq Bəşirqızı öz həmkarlarının problemini çatdırmışdı deyə statuslarınızda qəhrəman idi. Qəhrəmanlar çox nadir yaranır. Onlardan düşmən düzəltməyək. Qınayaq, "sizə yaraşmadı, Afaq xanım" deyək, amma təhqirsiz.”


***

Aqşin Evrən:"Yüz ildən, bəlkə də min ildən bir yaşanan tarixi hadisəyə şahidlik edirik. Yer kürəsində həyat iflic olub, insan əsrlərdir məhv etdiyi dünyada öz faciəsi ilə tək qalıb. Bəşəriyyət gözünü ali həqiqətə - elmə dikib dayanıb. İndi bir amansız həqiqəti tam mənası ilə başa düşürük: Bizim Yer kürəsindən başqa gedəcək yerimiz yoxdur”.

***

Akşin Rafiqoğlu:"Əvvəllər vəziyyət ruscaydı. İndi bilmirsən çincədir, yoxsa italyanca....


Sübhan Mahmudov


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19
2020-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK