adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"Sən Allah, tanıdıqlarına da de, səs versinlər" - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
90888 | 2020-01-22 09:20

Bir məsələyə toxunmaq istəyirəm. Nə illah elədim, sual doğrurmayacaq şəkildə, qısa alındıra bilmədim, üzürlü sayın.

Dünəndən əksər insanlar ya link atır, ya hansısa səhifələrə tag edirlər ki, "gir filan sayta filankəs xanıma və ya bəyə səs ver" hansı ki, mən onların seçicisi deyiləm. Bu azmış kimi "sən Allah, tanıdıqlarına da de, səs versinlər"...

Adamı nə qədər aidiyyatsız seçki qruplarına dəvət edərlər? Votsap, instarqram, messenger. Hara əl atırsan eyni şey...

Təsəvvür edin dostluğumda olan və olmayan namizədlərin yan-yörəsində olan hər kəs istəyir ki, harasa girib səs verəsən, like edəsən. İzah etməyə çalışsan ki, "ay dostum, axı mən o dairənin seçicisi deyiləm. O adamı ömrümdə 1-ci dəfə görürəm və ya adını eşidirəm", o dəqiqə həmin o xahişi edən feysbuq dostlarının üzü dönür və başlayırlar trip atmağa... olursan gözü götürməyən xalq düşməni.

Sayənizdə girib baxıram ki, mən heç seçici də deyiləm. MSK seçici siyahısında adımı yazmağı məsləhət bilməyib.Amma dərd bu deyil. Guya adım olsa nə dəyişəcək ki? Dərd başqadır...

Ay hörmətli namizəd dostlar və onların dostları, siz bizdən də yaxşı bilirsiniz ki, məsələ hansısa sayta girib sizə "səs" verməkdə deyil. Sözünüzü yerə salmamağa çalışırıq, amma siz bu səslərlə kimi aldadırsınız? Hələ bir skrin edib paylaşırsınız da ki, "filan yerdə 1-ciyəm, ya 2-ciyəm". Hələ deputat olmamısınız, indidən belə edirsiniz. Özünüzü aldadırsınız ya camaatı? Sizin seçiciniz olmayan birilərinin Sizə hansısa saytda və ya səhifədə "səs" verməsi, şəklinizi like eləməsi sizdə necə özgüvən yaradır, nəyi dəyişir?

Elektorat feysbuk üzərindən təyin olunacaq, yoxsa seçkilər elektron qaydada olacaq?

Bunu niyə yazdım? "Bir səsə görə kiminsə xətrinə niyə dəyimki?" deyib hansısa dairədən kiminsə adının qarşısına klik edirsən, birazdan o biri gəlir və heç cürə izah etmək olmur ki, mən artıq o dairə üzrə 1 xahişi yerinə yetirmişəm, 2-ci adam mümkünsüzdür.

Müttəhimmişsən kimi başlayırlar sorğu-suala...niyə, nə üçün, nə səbəbə?...

Hələ salamsız kəlamsız inboxsa atılan mikroskopla oxunacaq hansısa bukletləri, videoları heç demirəm... Onsuz açmıram.

Hamınıza uğur arzulayıram. Hamınızın seçilməsini ürəkdən istəyirəm amma öz seçicilərinizin səsi ilə. Qohum-əqrəbanın, tanış-tunuşun, onların əqrəbası və tanış-tunuşlarının əslində sizə aid olmayan səsləri ilə yox..

O səslərin, allah eləməsin, allah eləməsin, sabah seçilməyəcəyiniz təqdirdə "mən filan yerdə 1-ci idim, bəs niyə belə oldu?" deyə ürəyinizə yük olmaqdan başqa heç bir faydası yoxdur, əzizlər, vallahi yoxdur... Nə özünüzü aldadın, nə bizi.

Yenə də uğurlar. Yaxşısını siz bilirsiniz əlbətdə. Özünüzü bizim yerimizə qoyun, insafınız olsun.

Tək-tək izah etmək mümkünsüz olduğu üçün, düşündüm ki, deməsəmolmaz. Lentimdə qarşıma çıxan bütün namizdələrin şəkil və videolarını like edirəm, kimliyindən asılı olmayaraq...


TƏQVİM / ARXİV