adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Oktyabr 2016 19:14
31897
ELM VƏ TƏHSİL
A- A+

Polşa Təhsil Nazirliyinin nümayəndələri BSU-da

Bu gün Polşa Təhsil Nazirliyinin Avropa Əlaqələr bölməsinin Beynəlxalq Münasibətlər Departamentinin baş mütəxəssisi Mixal Sobçik və nazirliyin ali məktəblər üzrə əlaqələndiricisi xanım Justyna Kulpa Bakı Slavyan Universitetinin (BSU) qonağı olub.

BSU-nun Mətbuat Xidmətidən verilən məlumata görə, qonaqları universitetin rektoru, professor Nurlana Əliyeva qəbul edərək təhsil sahəsində Azərbaycanla Polşa arasında əlaqələrin tarixindən, tələbə mübadilələrindən, BSU-da fəaliyyət göstərən Polşa Dili və Mədəniyyəti Mərkəzinin gördüyü işlərdən danışıb. Polşalı qonaq öz növbəsində bildirib ki, Polşa Təhsil Nazirliyi Azərbaycan, Qafqaz və Orta Asiya respublikaları ilə əlaqələrdə maraqlıdır və bu əlaqələri genişləndirmək istiqamətində yeni-yeni layihələrlə çıxış edir.

M.Sobçik onu da vurğulayıb ki, o, Qafqaz və Orta Asiya Respublikaları üzrə təhsil sahəsində məsul şəxsdir və inanır ki, BSU ilə bu əlaqələr bundan sonra daha da sıx inkişaf edəcək.

Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Polşa Dili və Mədəniyyət Mərkəzində polyak dilini və ədəbiyyatını öyrənən azərbaycanlı tələbələrlə görüşüblər. Polşa Təhsil Nazirliyinin ali məktəblər üzrə əlaqələndiricisi xanım Justyna Kulpa polyak dilində Polşanın tanınmış ədəbiyyat və sənət xadimləri barədə suallar verib və tələbələr onları elə həmin dildə də cavablandırıblar.