28 Mart 2022 21:34
3701
GÜNDƏM

Xarici Kəşfiyyat Xidməti İdarəsinin rəisi general-polkovnik Orxan Sultanov cənablarına

Cənab general-polkovnik!

Sizi və sizin şəxsinizdə Xarici Kəşfiyyat Xidməti İdarəsinin bütün əməkdaşlarını peşə bayramı münasibətilə ürəkdən təbrik edir, dövlətimizin təhlükəsizliyi naminə gördüyünüz işlərdə sizə uğurlar arzu edirik.

Biz yaxşı bilirik ki, ölkəmizin xarici düşmənlərdən qorunması istiqamətində sizin rəhbərliyiniz altında zəruri və önəmli işlər görülür. Ona görə də ölkə prezidenti cənab İlham Əliyev digər dövlət qurumları ilə yanaşı, Xarici Kəşfiyyat İdarəsinə də böyük diqqət göstərir. Sevindirici haldır ki, siz bu diqqət və etimadı doğruldursunuz və ona görə də xalqımız sizə güvənir.

Cənab general- polkovnik!

Bir daha Sizin və həmkarklarınızın peşə bayramını ürəkdən təbrik edirik!

Hörmətlə:

Millət vəkili Aqil Abbas

və “Ədalət” qəzetinin kollektivi