Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib -FOTOAR

Milli Məclisin deputatı Könül Nurullayeva ofisinə daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Adalet.az xəbər verir ki, millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında işlə təmin olunma, ailə-məişət problemindən əziyyət çəkən sakinə dəstəyin göstərilməsi, mənzilinin çıxarışını almaqla bağlı vətəndaşın yaşadığı hüquqi çətinlik və s. bu kimi müxtəlif yönümlü mövzular başlıca yer almışdır.
Millət vəkilinin ofisindən verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Digər Xəbərlər

Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaq üstə alqışladı - VİDEO

DYP sürücülərə müraciət etdi

Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından BİR İL ÖTÜR

Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLAR

Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb

"Anadolu Ankası - 2025" təlimi başa çatıb - VİDEO
