Ronaldo "Əl-Nəsr"dən ayrılır: Yeni klubla danışıq aparır
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo ilə bağlı növbəti dəfə transfer xəbərləri gündəmdədir.
Adalet.az xəbər verir ki, Ronaldo FIFA Klublararası Dünya Çempionatında iştirak edəcək bir klubla danışıqlar aparır. Bu isə onun hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu tərk etməsi ehtimalını artırıb.
"Əl-Nəsr"in sözügedən turnirə vəsiqə qazana bilməməsi səbəbilə Ronaldo bu yarışda oynamaq arzusu ilə yeni klub axtarışına çıxıb. Qeyd edək ki, onun Səudiyyə təmsilçisi ilə olan müqaviləsi iyun ayında başa çatır.
Eyni zamanda, FIFA prezidenti Canni İnfantinonun məsələ ilə bağlı verdiyi açıqlamalar Ronaldonun nümayəndələri tərəfindən narazılıqla qarşılanıb. Onlar danışıqların ictimailəşməsini vaxtsız və uyğun olmayan addım kimi qiymətləndiriblər.
Ronaldo karyerası ilə bağlı yekun qərarını yaxın günlərdə verməlidir. O, ya "Əl-Nəsr"lə müqaviləsini uzadacaq, ya da Klublararası Dünya Çempionatında iştirak etmək üçün yeni klubla qısa müddətli anlaşmaya imza atacaq. (Offsideplus.az)
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

