Bahar Muradova: Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var
Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var və bu yolda əməkdaşlığı əzmlə davam etdirəcəklər.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: “İki ölkə “bir millət, iki dövlət” prinsipi ilə hərəlkət edirlər. Türkiyə ən çətin anlarda yanımızda oldu. Bu gün evlərinə qayıdan azərbaycanlı ailələrin arxasında bu qardaşlığın gücü dayanır. 30 ildir vətəndən uzaqda yaşayan biri kimi mən də torpaqlarımız işğaldan azad olunandan sonra ailəmlə birlikdə yurdumuza dönəcəyim üçün həyəcanlıyam”.
B.Muradova qeyd edib ki, ailə institutu həm Azərbaycanda, həm də Türkiyədə ictimai quruluşun təməl daşıdır: “Ailə milli kimliyimizin ən mühüm mövzusudur. Ailəyə göstərilən qayğı dövlətin və millətin gələcəyinə ən mühüm sərmayədir”.
Komitə sədri ailə siyasətlərinin ikitərəfli əməkdaşlığı gücləndirdiyinə diqqət çəkib: "Həm Türkiyədə, həm də Azərbaycanda ikitərəfli formatda bir çox layihələr həyata keçiririk və təcrübə mübadiləsi edirik”.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

