adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 Noyabr 2019 14:06
91539
HÜQUQ
A- A+

Tariximiz şərəfimiz, həm də qürurumuzdur

Tariximiz milli özünüdərkin mənbəyidir, milli şüurun formalaşmasının və səviyyəsinin meyarıdır, varlığımızdır.Mənsub olduğun millətin, xalqın tarixini, onların ərazi, dil, ədəbiyyat, mənəvi -mədəniyyət, dövlətçilik tarixini bilmədən həmin millətin, xalqınmilli kimliyini,bəşər tarixində yerini müəyyənləşdirmək mümkün deyil. Həmin millətin, xalqın gələcəyini elmi əsaslarlı təhlil etmək, dinamiklik, dönməzlik, köhnənin yaxşı cəhətlərini özündə əxz etməklə inkişaf istiqamətlərini müəyyənləşdirmək mümkün deyildir. Tarixini unutmaq özlüyündə özünü məhvə məhkum etmək deməkdir. Daha dəqiqazərbaycanın dahi filosofuCəmaləddinin Əfqaninin sözləri ilə desək, "tarixini itirən xalq mənliyini itirmiş kimidir, vətən hissini itirən kəs insanlığını itirmiş kimidir, gələcəyindən məhrum edilmiş kimidir, xalq ona görə xalqdır ki, tarixi var, insan ona görə insandır ki, vətəni var”. Görkəmli türk tarixçisi Osman Turanın (1914-1978) dili ilə desək, "tarixini bilməyən və şüurunu daşımayan millətlər hafizə və idrakını itirmiş çaşqın kimsələrə bənzəyir. Belə bir durumda millətlərin yüksəlmələri və ya millət vəsfini mühafizə etmələri, hətta dağılmamaları çətindir. Bəşəriyyətin təkamülündə bu dərəcə əhəmiyyəti olan tarix, mədəniyyətin yüksəlməsi ilə paralel olaraq irəliləyir və millətlərin istiqbalını hazırlamaqda yardımçı olur. Bu səbəblə tarix kültürü və şüuru cəmiyyətlərin idarəçi və seçkinləri üçün bələdçi vəzifəsi görür”.

Hər bir millətin, xalqın milli şüurun səviyyəsi onun idarəetmə strukturunun, formasının yaradılmasına, formalaşdırılmasına, təkmilləşdirilməsinə, inkişafına böyük təsiri edir. İdarəetmə strukturu, idarəetmə forması, qanunlar yaradılması səviyyəsi zaman etibarı ilə milli şüurun səviyyəsindən asılı olub. Qanunlar isə milli şüurun səviyyəsinin təsbiti olmaqla, mövcud quruluşun inkişaf meyillərinin tənzimləyicisidir. Milli şüurun inkişafı isə həmişə uyğun olan yeni forma, idarəetmə formasını tələb edir. Bu baxımdan dövlət idarəçiliyinin bir sahəsi olan ədliyyə idarəçiliyimiz milli şüurun məhsulu olmaqla zamanın tələbi olaraq formalaşaraq təkmilləşib. Heç də asan olmayan tarixi inkişaf yolu keçib.

Haqlı olaraq N.Y.Morr XX əsrin 30-cu illərində belə bir mülahizə irəli sürmüşdür ki, hər hansı tarix tarixə qədərki dövrdən başlayır. Tarix bizə məlum olan, tarixəqədərki dövr isə bizə məlum olmayan epoxaları əhatə edir. Məlum tarixlərin arxasında duran epoxalar isə həmişə sirli müəmmalarla dolu olur.

Dövlətçiliyimizin bir sahəsi: ədliyyə tarixi. 22 noyabr 1918-ci il

Hər bir ədliyyə əməkdaşının iftixar hissi ilə xatırladığı bir gün. Bu tarix bizə bəlli olandır. Ancaq bu tarixi zəruri, labüd edən nə olub? Bu tarixin arxasında dayanmış sirli dünya nədən ibarətdir? Hansı zəruri şəraitdə həmin tarix yaranıb və hansı çətinliklər ilə üzləşib?

Qeyd etmk lazımdır ki, dövləti olan hər bir millətin, xalqın dil, yerləşdiyi ərazi, mədəniyyət, ədəbiyyat, hüquq, dövlət tarixi, dövlətçilik tarixinin bir sahəsi olan ədliyyə tarixi və s. vardır. Millət tarixi ilə dövlət tarixi ərazi baxımından üst-üstə düşməyə bilər. Lakin ədliyyə tarixi həmişə dövlətçilik ilə dövlət idarəetməsi ilə bağlı olub. Şübhəsiz "Azərbaycanın dövlət idarəçiliyi” dedikdə isə Qacar dövləti ilə Rusiya dövləti arasında bağlanmış 12 oktyabr 1813-cü il Gülüstan və 10 fevral 1828-ci il Türkmənçay müqaviləsi ilə bölüşdürülmüş ərazilərdə olan Azərbaycan dövlətlərinin idarəçiliyi və onun bir sahəsi olan ədliyyə idarəçiliyi nəzərdə tutulur.

Bu baxımdan idarəçiliyin elmi əsasları antik dövrlərdən formalaşmağa başlayır. İnsanlar o zaman fəaliyyətin müxtəlif sahələrinə – istehsalda, ticarətdə, ictimai münasibətlərdə, siyasətdə və diplomatiyada yaşadıqları zaman və məkana uyğun daha effektiv idarəetmə üsulları axtarmağa çalışıblar. Qədim Yunanıstanda və qədim Çində ilk dəfə olaraq idarəçiliyin, onun bir hissəsi olan ədliyyə idarəçiliyinin sirlərini öyrənməyə çalışalar da, əsrlər ötdükcə bəşəriyyətin elmi bilikləri idarəetmə sənətinə, o cümlədən ədliyyə idarəçiliyinə yeni prinsiplər gətirilib. Bununla belə idarəetmənin, onun bir sahəsi olan ədliyyə idarəçiliyinin müasir modeli sənaye cəmiyyətinin yaranması ilə formalaşmağa başlayır və XX əsrin sonlarında idarəetmə inqilabının (menecment idarəçiliyi) baş verməsi ilə bitir.

Dövlət idarəçiliyi, onun bir hissəsi olan ədliyyə idarəçiliyi qeyd etdiyimiz kimi bilavasitə dövlətin mənşəyi ilə bağlıdır. Dövlətin özü olmadan onun idarəçiliyindən, onun bir hissəsi olan ədliyyə idarəçiliyindən söhbət açmaq belə yersizdir. Bu baxımdan "dövlət idarəçiliyi, onun bir hissəsi olan ədliyyə idarəçiliyi ” anlayışının dərinliklərinə varmaq lazımdır.

Eramızdan əvvəl III minilliyin axırlarından başlayaraq, bu günümüzə qədər olan zaman kəsiyində "dövlət” anlayışı, həm Azərbaycan ərazisində, həm də hər yerdə, bütün ölkələrdə, bütün zamanlarda eyni məna yükü daşıyıb. 1933-cü il Beynəlxalq Montevideo Konvensiyasına əsasən beynəlxalq hüquqi şəxs kimi "dövlət”: a) müəyyən ərazi; b) daimi əhali; c) hökuməti olması; ç) subyekt olaraq əlaqəyə girmə qabiliyyətinin olması kimi meyarlara cavab verməlidir. Dövlət anlayışının əsasını təşkil edən «hökumət»in olması bütün zamanlarda tərkibində hökumətin bir qolu kimi ədliyyənin olmasını şərtləndirilib. Bu baxımdan ədliyyə tarixi dövlət tarixi ilə başlayır.

Dunyada mövcud olan hər bir dövlətdə, o cümlədən Azərbaycan ərazisində (Cənubi və Şimali Azərbaycanda) ilk dövlət olan, e.ə. III minilliyin birinci yarısında meydana gəlmişArattadövləti, e.ə. III minilliyin ikinci yarısında yaranmışLullubidövləti, e.ə. III minillikdə yaranmışKutium (Qutium)dövləti, e.ə. II minillikdə yaranmışTurukki və Sutayfalarının dövləti, e.ə. I minilliyin əvvəllərində meydana gəlmiş, e.ə. 590-cı ilə kimi mövcud olmuşMannadövləti, e.ə. 693-cü ildə yaranmişKimmer-iskit-sakpadşahlığının, e.ə. IX əsrdə meydana gəlmişMidiyanın, e.ə. IV əsrdə yaranmışAzərbaycan (Atropatena)dövləti, e.ə. IV-III əsrin əvvəllərində meydana gəlmişAlbaniyadövləti, eləcə də, III-V əsrlərdə ilkin feodalizm münasibətlərinini meydana gəldiyi dövrlərdə Albanıyanın bir neçə vilayətinin Çola, Şəki, Lpina, Arsak, Uti, Girdiman, Sisakan, Kolt vilayətləri, 224-651-ci illərdə AzərbaycanınSasanilərintərkibində olduğu dövr, 226-cı ildə Albaniyanın Sasanilərdən asılı vəziyyətdə olduğu dövr, 629-cü ildə Sasani Bizans müqaviləsinə görə Azərbaycanın Sasanilərin tərkibində qaldığı dövr diqqəti çəkir.

Şimali Azərbaycanın isə öz müstəqilliyini qoruyub saxladığı dövr, 630-1258-ci illərƏrəb Xilafətidövrü, 705-ci ildə Albaniyanın müstəqilliyini itirdiyi və ərəb vilayətiArannayaçevrilməsi dövr,861-1538-ci illərŞirvanşahlardövləti, 890-942-ci illərdəSacilərdövləti, 942-980-ci illərdəSalarilərdövləti, 980-1054-cü ildəRəvvadilərdövləti, 971-1086-cı illərdəŞəddadilərdövləti, 1038-1157-ci illərSəlcuqlarimperiyası, 1108-1227-ci illərdəAğsunqurlarfeodal dövləti, 1136-1225 illərAtabəylər və ya Eldənizlər (Eldəgəzlər)dövləti, 1256-1357-ci illərHulakilərin (Elxanilər)dövləti, 1356-1410-ci illərCəlairilərdövləti, 1410-1468-ci illərQaraqoyunludövləti, 1468-1501-ci illərAğqoyunludövləti, 1501-1736-cı illərSəfəvilərdövləti, 1736-1747-ci illərNadir şah, 1747-1868/69-cu illərUrmuya,1747-1822-ci illərMaku,1747-1820-ci illərƏrdəbil, 1747-1826-cı illərMarağa, 1747-1828-ci illərSərab, 1747-1820-ci illərXoy, 1747-1828-ci illərQaradağ, 1747-1780-ci illərTəbriz, 1747-1778-ci illərGilan,1747-1820-ci illərZəncan, 1747-1819-cu illərŞəki,1747-1822-ci illərQarabağ,1726-1810-cu illərQuba,1747-1804-cü illərGəncə,1747-1827-ci illərİrəvan, 1747-1828-ci illərNaxçıvan,1747-1806-cı illərBakı,1747-1826-cı illərLənkəran,1747-1820-ci illərŞamaxı,1747-1759-cü illərDərbənd,1747-1782-ci illərSalyan, 1747-1768-ci illərCavadxanlığı,Ərəş,İlisu,Qazax,Qəbələ,Şəmsəddil(Tabasaran, Borçalı) kimi sultanlıqlar, Qarabağ xanlığının tərkibində olan və 1813-cü ildə Rusiyaya tərəfindən ilhaq edilmişDizaq, Gülüstan, Vərəndə, Xaçın, Çiləbördməlikliklərində,1803-cü ildə Rusiya tərəfindən işğal etilmişCar-Balakəncamaatlığında, XX əsrin əvvəllərində və 1917-ci il fevral burjua inqilabından sonra (02 noyabr 1917-ci ildə Bakı Sovetinin İcrayyə Komitəsi (bolşeviklər) ələ almışdır) Azərbaycan Xalq Cumhuriyyəti yaranana kimi olan dövrlərdə ədliyyə funksiyalarını bu və ya digər formada müəyyən qurumlar həyata keçirmişlər. Həmin qrumlar necə adlanmasından asılı olmayaraq eyni funksiyanı həyata keçiriblər. Həmin dövrlərdə, eləcə də 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə kimi mövcud olmuş Şərqdə ilk demokratik Azərbaycan Xalq Cümhuriyyəti, 28 aprel 1920-ci ildən 30 dekabr 1922-ci ildə yaranmış SSRİ-nin tərkibinə daxil olana kimi, SSRİ-nin tərkibində olan dövrdə və Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra Azərbaycan Respublikasının ilk 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyasına qədər məhkəmə, prokurorluq və istintaq bəzən ədliyyə qrumunun tərkibində olmuş, bəzən ayrı- ayrılıqda fəaliyyət göstərmişlər, bəzən isə ədliyyə qrumunun funksiyaları başqa qrumlar arasında bölünməklə ədliyyə qrumu ləğv edilmişdir. Hərbi məhkəmələr, hərbi prokurorluqlar Müdafiə Nazirliyinin tərkibində olmuşlar. Hərbi Prokurorluq isə Hərbi məhkəmənin tərkibində fəaliyyət göstərmişdir.

1917-ci il Fevral burjua inqilabından sonra Zaqafqaziya seyminin tərkibində olan dövr və Azərbaycan Xalq Cümhuriyyəti yaranana kimi, 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə kimi mövcud olmuş Şərqdə ilk demokratik Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinin tərkibində ədliyyə idarəçiliyinin yaranma tarixi şəraitinə, mövcud çətinliklərlə üzləşmə faktlarına, həmin dövrdə tarixi misiyanı yerinə yetirməsi baxımından idarəetmə və onun təşkili öz dövrünün siyasi özəlliyinə görə fərqlənir. Eləcə də, 28 aprel 1920-ci ildən 30 dekabr 1922-ci ildə yaranmış SSRİ-nin tərkibinə daxil olana kimi, mövcud olmuş hakimiyyətin tərkibinə daxil olduqdan sonra sovet dönəmində Azərbaycan SSR-in ədliyyə idarəçiliyinin özünəməxsusluğu vardır. Mövcud qanunlar ictimai münasibətləri tənzimləyə bilmirdi. Siyasi böhran yaşanmışdır. Xalqa zülm edilirdi. Onların hüquqları tapdanır, özbaşınalıq, hərcmərclik, qanunsuzluq hökm sürürdü. Həmin dövrdə ədliyyyə orqanlarının qarşısında çox çətin, məsul tarixi bir vəzifə dayanırdı. Xalqı bəladan qurtarmaq. Onun mövcudluğunu qoruyub saxlamaq. Soyqrımın qarşısını almaq. Sivil, dünyəvi, demokratik, hüquqi, ərazidə yaşayan bütün millətlərin maraqlarını təmin edə bilən dövləti yaratmaq, onun inkişaf etmiş dövlətlərin idarəçilik sistemi ilə rəqabətə girə bilən, təpkilərə dözə bilən idarəçilik sistemini yaratmaq. Bunun üçün isə birinci növbədə xalqı maarifləndirmək, hüquqi baza yaratmaq, ərazinin qorunub saxlanmasını təmin etmək lazım idi. Belə bir çətin şəraitdə ədliyyə orqanı öz işinə başlamışdır. Həmin çətinlikləri daha dərin anlamaq üçün tarixə qısa ekskurs etmək lazımdır.

Orta əsrlərdə Azərbaycanda tətbiq olunan məhkəmə şəriət qanunlarına əsaslanırdı və elə şəriət məhkəməsi də adlanırdı. Əsrlər boyu şəriət məhkəməsi qazılar tərəfindən həyata keçirimişdir. Qazılar şəriət qanunlarına dərindən bələd olan savadlı, təmkinli, ədalətli axundlardan seçilirdilər. Lakin məhkəmə hakimiyyəti hökmdarın və onun tərəfindən yaradılmış "divan” adlı qurumun əlində idi. Dövlətin əyalət, vilayət, qəza, mahal və paytaxtında divanbəyi tərəfindən təyin olunmuş qazı var idi. Qazılar şəriət qanunları əsasında hüquqi işlər aparırdılar. Onlar əsasən dini işlərə, irsi, ailə və məişət məsələlərinə baxırdılar:

1. Məzhəb və ruhanilik;

2. Evlənmə və boşanma;

3. Küsmüş qohumları barışdırmaq;

4. Vərəsələr arasında əmlakı bölmək;

5. Şəxsi münasibətlərin nizama salınması;

6. Dul qadınları və yetimləri himayə etmək. Belə hallarda ruhanilər xüms və zəkatı bölməli, yaxud əhalidən vəsait yığmalı idi.

7. Vəsiyyətlərini, qəbalələrini və digər alqı-satqı sənədlərini təsdiq etmək.

İslamın yayıldığı ilk əsrlərdə bütün mübahisələr fiqh intizamı altında qurulmuşdur. Sonralar, müxtəlif ərazilərin və mədəniyyətlərin İslam dünyasına daxil olması ilə şəriət qanunları yerli xalqların bir-çox adət-ənənəsini də özünə daxil etməyə başladı. Bu cəhətdən Azərbaycan da istisna deyildi.

Orta əsrlərdə, məhkəmə sahəsində aparılan ən ciddi islahatlardan biri Hülakülər sülaləsinin nümayəndəsi Qazan xanın adı ilə bağlıdır. Ölkədə hökm sürən özbaşınalıqların və hüquq pozuntularının əsasında məhkəmə işinin dolaşıq olmasını görən Qazan xan "qazı” vəzifəsinin icarəyə verilməsini mənfi hal kimi qiymətləndirərək əsas diqqəti bu vəzifəyə təyin olunan şəxslərin ədalətli və layiqli din xadimlərindən seçilməsinə yönəltdi. O, məhkəmələrdəki qanunsuzluqlara son qoyulmasına, alqı-satqı işlərində qayda-qanun yaradılmasına çalışaraq son 30 ildə yığılıb qalmış iddia sənədlərini ləğv etdi, məhkəmələrin aparılması üçün toplanan ödəmələrin dəqiq məbləğini müəyyənləşdirdi, şəhər, mahal, kənd qazılarının səlahiyyətlərini dəqiqləşdirdi. Maraqlı faktlardan biri odur ki, Qazan xan məhkəmə sədri olan qazılara bu vəzifəyə təyin olunduqdan sonra qanuna ciddi şəkildə əməl edəcəklərinə dair qəbz alınmasını da tələb etmişdir. Onun tələblərindən biri də cinayətkarların etdiyi cinayətə uyğun cəzalandırılması olmuşdu.

Əlbəttə, Qazan xanın islahatları mütərəqqi hadisə kimi ölkənin sosial həyatında canlanma yaratsa da, məhkəmədə sui-istifadə hallarını azaltsa da, öz dövrü üçün keçərli olmadı. Belə ki, feodalların qəzəbinə səbəb olaraq, natamam həyata keçirildi.

Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi böyük tarixi ədalətsizlik idi – bir xalq iki hissəyə parçalandı. İşğal nəticəsində Şimali Azərbaycan torpaqları sənayeləşən Rusiya imperiyasının xammal mənbəyinə və satış bazarına çevrildi, öz siyasi mövqeyini möhkəmlətmək üçün onun tarixi torpaqlarını özünə sərfəli olan inzibati-ərazi dəyişikliklərinə məruz qoyaraq, xeyli sayda ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsini həyata keçirdi və apardığı müstəmləkəçilik siyasəti ilə Azərbaycan xalqının dövlətçilik ənənələrinə böyük zərbə vurdu.

İşğaldan sonra çar hökuməti Azərbaycanda komendant idarə üsulu adlandırılan hərbi idarəetmə sistemi yaratdı. Keçmiş xanlıqlar və sultanlıqlar əyalət və dairələrə çevrildilər (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Lənkəran əyalətləri, Yelizavetpol, Car-Balakən dairələri, Qazax və Şəmşəddil distansiyaları). Şəki, Şirvan, Qarabağ və Lənkəran əyalətləri mərkəzi Şuşa şəhəri olan "Müsəlman əyalətləri rəisliyinə”, Bakı və Quba isə Dərbənddə yerləşən hərbi dairə rəisliyinə tabe edildi. Bu qurumlar Tiflisdə yerləşən Qafqazın baş hakimi tərəfindən nəzarətdə saxlanılırdı. Komendantlar rus zabitləri arasından təyin olunurdu və yerlərdə mütləq hakim hesab olunurdular.

Komendant idarə-üsulunun vacib elementlərindən biri heç bir qanuna əsaslanmadan qərar çıxaran əyalət məhkəmələrinin təyin olunması idi. Qarabağ və Şəkidə komendantın sədrlik etdiyi əyalət məhkəmələri yaradılmışdı. Ağır cinayətlərə isə hərbi məhkəmə baxırdı. Bundan başqa, ailə-nikah, vərəsəlik və sair kimi mülki işlərə baxan dini məhkəmələr də öz fəaliyyətini əvvəlki kimi davam etdirirdi.

XIX əsrin 40-cı illərində komendant idarə-üsulunun çarizmin müstəmləkəçilik siyasətinə vurduğu zərbəni anlayan İ.F.Paskeviç, P.İ.Kutaysov, Y.İ.Meçnikov kimi ali rütbəli çar məmurlarının səyi nəticəsində bu idarəetmə sisteminin dəyişdirilməsinə dair Dövlət Şurasının qərarına nail olunur. 1840-cı ildə çar I Nikolayın fərmanı ilə Cənubi Qafqazda inzibati və məhkəmə islahatı keçirilməsi haqqında qərar verilir. Qanuna əsasən Azərbaycan da daxil olmaqla, Cənubi Qafqaz Ümumrusiya inzibati-ərazi bölgüsünə uyğunlaşdırılaraq iki hissəyə – mərkəzi Tiflis şəhəri olan Gürcüstan-İmeretiya quberniyasına və mərkəzi Şamaxı olan Xəzər vilayətinə parçalanır. Quberniya və vilayət qəzalara, onlar isə nahiyələrə bölünür. Bu inzibati-ərazi bölgüsü Azərbaycan ərazilərinin bütövlüyünü və sərhədlərini pozaraq yeni ərazi və milli münaqişələrin əsasını qoyurdu. Belə ki, Qazax və Şəmşəddil nahiyələri və Yelizavetpol qəzası, Car-Balakən dairəsi, İrəvan və Naxçıvan qəzaları Gürcüstan-İmeretiyanın tərkibinə daxil edilmişdir.

1844-cü ildə baş hakim vəzifəsi də ləğv edildi, əvəzində isə yalnız çarın qarşısında hesabat verməli olan və geniş səlahiyyətlərə malik Qafqaz canişinliyinin yaradılması haqqında fərman verildi. Yeni formalaşmış sistemə görə Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayətləri ləğv edildi, 1846-ci ildə onların yerində Tiflis, Kutais, Dərbənd və Şamaxı, 1949-cu ildə isə Naxçıvan və Ordubad qəzalarının daxil olunduğu İrəvan quberniyaları yaradıldı.

Qanuna əsasən məhkəmələr də yenidən quruldu. İmperiya məhkəmə sisteminə əsasən quberniya, vilayət və qəza məhkəmələri yaradıldı, dini məhkəmələr isə yenə də ləğv olunmadı. Yeni məhkəmə sisteminin üstün cəhəti onda idi ki, cinayətlərə hərbi məhkəmələr deyil, mülki məhkəmələr baxmalı idi. Lakin bununla belə yeni məhkəmə sisteminin formalaşdırılması feodal-asılı münasibətlərin tədricən aradan qaldırılmasında, müasir (modern) məhkəmə sisteminin yaradılması istiqamətində mühüm addımlardan biri idi.

İslahatlara əsasən 1866-cı ildə silki məhkəmələr ləğv edildi və bütün silklər üçün vahid məhkəmələr yaradıldı. Məhkəmə iclasları açıq keçirilməli idi. Bu, Azərbaycanın tarixində ilk dəfə olaraq müasir məhkəmə sisteminin tətbiq olunması demək idi. Lakin məhkəmə islahatının çatışmayan cəhətləri də var idi. Belə ki, Rusiyada hakimlər seçildiyi halda, Azərbaycanda onlar təyin olunurdu və ruslardan ibarət ola bilərdi. Məhkəmə iclasları da rus dilində keçirilirdi. Bu isə yerli əhalinin maraqlarına toxunurdu, belə ki, çox vaxt təqsirləndirilən şəxs (müttəhim), zərər çəkən və ya şahid məhkəmədə baş verənlərdən xəbərsiz olurdu.

Ümumiyyətlə, bu dövrdə Azərbaycanda dövlət və ədliyyə idarəçiliyi tamamilə rusların əlində idi. Çar Rusiyası azərbaycanlıları dövlət orqanlarından kənarda saxlayırdı. Məqsəd Azərbaycan xalqının dövlətçilik ənənələrini unutdurmaq, yerli əhalinin dövlət hakimiyyət orqanları yaratmaq cəhdlərini boşa çıxarmaq idi. Qafqazda bütün hakimiyyət canişinin, quberniyalarda isə qubernatorların və qəza rəislərinin əlində cəmləşmişdi. Azərbaycanın əzəli torpaqlarını parçalamaq məqsədilə çar hökuməti mütəmadi olaraq inzibati-ərazi dəyişiklikləri edirdi. 1860-cı ildə Dərbənd quberniyası ləğv edildi, Quba qəzası isə 1859-cu ildə Şamaxıda baş verən zəlzələ nəticəsində quberniyaya çevrilən Bakı quberniyasının tərkibinə qatıldı.

1868-ci ildə Bakı, Tiflis və İrəvan quberniyalarının hesabına, tərkibində Şuşa, Yelizavetpol, Zəngəzur qəzalarından ibarət, mərkəzi Yelizavetpol (Gəncə) şəhəri olan Yelizavetpol (Gəncə) quberniyası yaradıldı. Quberniyanın ərazisi 1883-cü ildə yaradılmış Cəbrayıl və Cavanşir qəzalarının hesabına daha da genişləndirildi. Yeni yaradılmış Cavad və Göyçay qəzaları Bakı quberniyasına, 1870-ci ildə yaradılmış Şərur-Dərələyəz və Naxçıvan quberniyaları isə İrəvan quberniyasına daxil edildi. Bunlara da uyğun olaraq ədliyyə, məhkəmə sistemi yaradılmışdır.

I Dünya Müharibəsi Çar Rusiyası üçün faciəvi nəticələnmişdi. 1917-ci ildə Fevral Burjua İnqilabı nəticəsində Çar II Nikolay hakimiyyətdən imtina etməli olmuşdur. İmperiyanı idarə etmək üçün Peterburqda Müvəqqəti Hökumət formalaşdırılmışdır.

Fevral inqilabı Azərbaycandakı partiyaların siyasi fəaliyyətini daha da genişləndirdi. Həmin illərdə azərbaycanlı bolşeviklərin (xüsusən də N.Nərimanov və M.Əzizbəyov) da daxil olduğu Müsəlman Milli Şuraları yaradıldı. Şuranın fəaliyyətindəki əzmkarlıq inqilabın başlanması xəbərinin gəlməsindən dərhal sonra, martın 27-də Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin seçilməsi ilə ifadə olundu. Həmin Komitənin tərkibinə Ə.Topçubaçov, F.Xoyski, M.Ə.Rəsulzadə və başqaları da daxil idilər. İcraiyyə Komitəsinin sədri M.Hacınski, onun müavini isə M.Ə.Rəsulzadə seçildi. Cənubi Qafqazın demək olar ki, bütün qəzalarında yaradılmış Müsəlman Şuraları arasında ən nüfuzlusu Bakı Müsəlman Milli Şurası xüsusilə fərqlənirdi. Onun tərkibinə Azərbaycanın ən qabaqcıl ziyalıları və burjuaziyası daxil idi. Həmin ziyallıların əksərimyyəti isə xaricdə təhsil almış ali hüquq təhsilli idi. 1917-ci il oktyabr inqilabından sonra 1917-ci il noyabrın 15-də Cənubi Qafqazı idarə etmək üçün Tiflisdə Zaqafqaziya Komissarlığı təşkil edildi. Cənubi Qafqazın hər üç milləti – Azərbaycan, gürcü və erməni bu qurumda təmsil olunmuşdular. Bu hökumət özünün Rusiya imperiyasından çıxdığını və müstəqil olduğunu elan etmişdi. 1918-ci ilin fevralında Komissarlıq istefaya getmişdir. Həmin hökumətin tərkibində Fətəli Xan Xoyski Ədliyyə Komissarı olmuşdur.

1918-ci ilin fevralın 10-da Cənubi Qafqazın idarə edilməsi forması olaraq Zaqafqaziya Seymi yaradıldı. Seymdə hər üç millətin Rusiya Dövlət Dumasında üzv olan nümayəndələri təmsil olunmuşdular. 1918-ci ilin may ayının 26-da Zaqafqaziya Seymi öz-özünü buraxdığını elan etdi.

1917-1918-ci ilin mayına qədər Zaqafqaziyada yaradılmış müxtəlif idarəçilik təsisatları göstərdi ki, bu regionda müstəmləkə siyasətini davam etdirmək, istənilən nəticəni əldə etmək çox çətindir. Bir tərəfdən Rusiya-Osmanlı müharibəsi, Azərbaycana, əsasən də İranla sərhəd boyu digər millətlərin (əsasən rus və erməni) köçürülməsinin, onlara yerli insanlardan fərqli yaxşı münasibətin göstərilməsinin, digər tərəfdən isə çarizm tərəfindən aparılmış düşünülmüş, uzunmüddətli, davamlı siyasətin nəticəsi olaraq, Bakıda erməni-rus bolşeviklərinin hakimiyyəti ələ keçirməsi və ermənilərin Azərbaycan torpaqlarına olan iddiaları vəziyyəti daha da gərginləşdirirdi. Zamanın diktə etdiyi belə bir vəziyyətdə Azərbaycanda müstəqil dövlətin yaradılması zərurəti Azərbaycan ictimaiyyətini daha da düşünməyə və ciddi addımların atılmasına sövq edirdi. Faktiki başsız qalmış, idarəetmə strukturları böhranda olan, yeni ortaya çıxmış, hələ kamil idarəetməyə malik olmayan millət təəssübkeşləri isə Azərbaycan xalqına qarşı edilmiş Mart soyqırımının qarşısını almağa qabil deyildi. Bu hadisələrə göz yumulması, soyqırımın geniş vüsət almasının qarşısını almaq əvəzinə, ona daha da geniş zəmin yaradılması, ədalətsiz mövqe tutulması millət təəssübkeşlərini daha da qətiyyətli, cəsarətli tarixi, millətin taleyini həll edə biləcək qərarlar qəbul etməyə vadar edirdi. Belə bir vəziyyətdə isə Azərbaycan xalqı adından danışmağa yalnız onun seçilmiş nümayəndələri olan Zaqafqaziya Seyminin deputatları çıxış edə bilərdilər.

Yaranmış vəziyyətdə mayın 27-də Seymin Azərbaycan fraksiyasına daxil olan deputatları fövqəladə iclas keçirərək, Azərbaycanın idarəetmə formasını -Azərbaycan Müvəqqəti Milli Şurasının yaradılması haqqında qərar qəbul etdilər. M.Ə.Rəsulzadənin sədrlik etdiyi Milli Şura Azərbaycanın idarə olunmasını öz üzərinə götürdüyünü elan etdi. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün F.Xoyskinin rəhbərlik etdiyiyi doqquz nəfərdən ibarət Müvəqqəti İcraiyyə orqanı yaradıldı. Xəlil bəy Xasməmmədov Ədliyyə Naziri təyin edilir.

Bununla da müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin timsalında müasir əsaslar üzərində formalaşmış dövlət idarəçiliyi və onun bir hissəsi olan ədliyyə idarəçiliyi təsis edildi. Məhz belə bir tarixi şəraitdə Azərbaycan öz dövlətini, onun hökumətini, hökumətin tərkibində ədliyyə qrumunu yaratmış olur.

İqtisadiyyatı dağıdılmış aqrar ölkədə, qorxu, həyacan içərisində, hələ də hansı hadisələrin baş verməsinin təfərrüatında, fərqində olmayan, onu mahiyyətcə anlamayan vətəndaşlara malik olan, çox gərgin siyasi bir vəziyyətdə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti bir çox tale yüklü məsələləri həll etməli idi. Bu məsələlər əslində Azərbaycanın bir dövlət kimi varlığını həll edəcəkdi. Ən əvvəl bir tərəfdən Rusiya-Türkiyə müharibəsi, Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi, digər tərəfdən erməni təcavüzü və Azərbaycan torpaqlarının təcavüzə məruz qalması Milli Şuranın ciddi qərarlar qəbul etməsini tələb edirdi. Bakıda və ətraf rayonlarda azğınlıq törədən ermənilər AXC-nin yaranmasından ciddi narahat olurdular. Törətdikləri azğınlıqların cavabını verəcəkləri vaxtın gəldiyini hiss edirdilər, başa düşürdülər. Ona görə də daha da azğınlaşırdılar. Hər cür fitnə-fəsad törədirdilər.

Tənzimləmə mexanizminin normal həyata keçməsi üçün respublika ərazisində sabitliyi təmin etmək başlıca vəzifələrdən biri idi. Buna görə də erməni-bolşeviklərin törətdikləri cinayətlərin açıqlanması və cinayətkarların cəzalandırılması hökumətin qarşısında duran əsas məsələlərdən birinə çevrildi. Bu məqsədlə hökumət fövqəladə İstintaq Komissiyası yaratmalı oldu. İstintaq Komisiyyası əvvəl Xarici İşlər Nazirliyinin nəzdində olmuş, sonra isə Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir. İstintaq Komissiyasının qarşısında qoyulan vəzifə bütün zorakılıq hadisələrinin qeydə alınması, zorakılıqların törədildiyi şəraitin qiymətləndirilməsi, günahkarların və dəyən ziyanın müəyyənləşdirilməsi idi. Komissiya qısa müddətdə Bakı quberniyasında törədilən cinayətlər haqqında külli miqdarda material toplaya bilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illər bütövlükdə dünya tarixinin ən keşməkeşli dövrü hesab olunur.V.İ.Lenin və İ.Stalinin dəstəyi ilə bolşeviklər (S.Şaumyan rəhbər olur) Bakıda hakimiyyəti ələ almışdılar. Lenin nəyin bahasına olursa-olsun, Bakını əldən vermək istəmirdi. Bu məqsədlə Almaniya ilə separat danışıqlara gedib, 27 avqust 1918-ci ildə müqavilə bağlayaraq, Bakı neftinin dörddə birini onlara verməyi vəd edərək, Türkiyəni Bakı şəhərinə girməkdən çəkindirmək istəyirdi. Gələcəkdə istehsalı artırmaqla, həmin pay hissəsinə baxılması da nəzərdə tutulmşdur . 12 sentyabr 1918-ci ildə M.Ə.Rəsulzadə müqavilənin Azərbaycanla bağlı hissəsinə öz etirazını Almaniya dövlətinin nümayəndəsinə bildirir. Bu barədə dəfələrlə Rusiya dövləti separat danışıqlara uyğun olaraq, Almaniyanın müttəfiqi Türkiyəyə təsir etməsi üçün notalar vermişdir. Hətta Almaniya əgər Türkiyə Azərbaycandan çıxmaq istəməsə, onu məcbur edəcəyini Rusiyaya vəd etmişdi. Hələ Rusiyanın xarici işlər naziri Çiçerin iyulun 29-da Rusiyanın Almaniyadakı səfiri İoffeyə göndərdiyi teleqramda bildirirdi ki, Bakı Soveti hakimiyyətinin xilas edilməsinin başlıca yolu oradakı türk qüvvələrinin geri çəkilməsidir. Rusiya Xarici İşlər Nazirliyi Bakının türklər tərəfindən ələ keçiriləcəyini həm Rusiya, həm də Rusiyanın iqtisadi münasibətlərdə olduğu ölkələr üçün böyük bir fəlakət kimi qiymətləndirirdi.Almaniya ilə Türkiyə arasında bu barədə müəyyən danışıqlar olsa da, Almaniya Türkiyənin Bakı şəhərinə girəcəyi halda, Türk ordusunda xidmət göstərən zabitləri geri çağıracağı ilə hədələyərək, ona təsir göstərmək istəyirdi. Türkiyə baş verənlərin əsl mahiyyətini anlayır və tezliklə Bakının azad edilməsini istəyirdi. Ona görə də Türkiyə üzdə Almaniya ilə olan Brest-Litovsk Müqaviləsinin şərtlərini pozmamaq üçün komandan Nuru paşaya Almaniyanın maraqlarına xidmət edən açıq göstərişlər verir, onu Bakı şəhərinə girməkdən çəkindiridi. Lakin mahiyyətdə Nuru paşanın Bakı şəhərinə girməsi dəstəklənirdi. Bakı şəhəri ətrafında olan qüvvələrin Azərbaycanın milli qüvvələrinin özlərinin olmasını bildirirdilər.Belə vəziyyətdə V.İ.Lenin və İ.Stalin Bakı Sovetinin rəhbəri S.Şaumyana hər cür hərbi, maddi köməklik göstərirdilər. Silah, sursat, hərbi texnika və maliyyə vəsaiti göndərirdilər. V.İ.Lenin yazırdı: "Bakı bizim üçün hər şeydir və onu müdafiə edib saxlamaq lazımdır”.İ.Stalin isə S.Şaumyana məktub göndərmişdi ki, Bakını hərbi və maliyyə cəhətdən möhkəmləndirmək lazımdır.Nuru paşa komandanlıq etdiyi Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını azad etdikdən sonra Almaniya Türkiyə dövlətinə qarşı təhdidlərini daha da artırdı. Türkiyə silahlı qüvvələrinin Bakıdan çıxmasını tələb edirdi. Almaniya ilə Rusiya arasında bağlanmış müqavilənin çözülməsi üçün baş nazir Tələt paşa sentyabrın 6-da Berlinə gedir. Müqavilənin bəzi şərtlərinin Türkiyənin mənafeyinə yaratdığı təhlükəni xarici işlər naziri F.Hinzenin diqqətinə çatdırır. Eləcə də, Qafqazda onlardan xəbərsiz belə müqavilənin bağlanmasının narahatçılığını bildirir. V.F.Hinze nəinki bu narazılığı qəbul etdi, hətta onları (türkləri) vədlərinə əməl etməməkdə günahlandırdı. Belə halda Tələt paşa yeni bir anlaşma imzalanmasını təklif edir. Təklifdə isə bildirilir ki, Qafqazda müstəqil dövlət yaransın. Bakı məsələsində isə onun yalnız Azərbaycana məxsus ola biləcəyi vurğulanır. Arqument kimi, Bakının coğrafi mövqeyi və Azərbaycanın dövlətçilik ənənəsi göstərilir. Həmin təklifdə həm də göstərilir ki, Bakısız Azərbaycan güclü dövlət ola bilməz. Bakı da daxil olmaqla, Azərbaycanın müstəqilliyi tanınmalıdır. Eyni qaydada Gürcüstan və Ermənistanın müstəqil dövlət olması təklifi də verilir. Almaniya xarici işlər naziri həmin təklifləri Rusiyanın Almaniyadakı səfiri İoffeyə göstərir. İoffe isə Rusiya ilə həmin təklifləri müzakirə etdikdən sonra bildirir ki, Türkiyənin Qafqaz dövlətləri ilə bağladığı müqavilələri tanımır. Həmin şərtlər ilə razı deyillər. Qafqazda Rusiya ilə Türkiyə arasında bir dövlətin yaranmasına razıdırlar. Lakin həmin dövlətin Şimali və Cənubi Qafqazdakı azərbaycanlıların (müsəlmanların) bir araya gətirilməsi ilə yaranmasına Sovet hökuməti razı deyildir. Almanlar da buna münasib olaraq (Gürcüstanla bağlı məsələdən başqa) həmin təklifləri rədd etmişlər. Deməli, Türkiyədən başqa, heç bir dövlət Cənubi Qafqazda müstəqil dövlətlərin yaranmasında maraqlı deyillər. Konkret olaraq, Rusiya Azərbaycanın müstəqil olmasını qəbul etmirdi. Ən yaxşı halda, Azərbaycanı xristianların (erməni və gürcülərin) idarə etməsini müdafiə edirdi.

Bütün bunlara görə, Azərbaycanın bütövləşməsinə və müstəqil dövlət yaratmasına kimlərin ən böyük əngəl olduğu aydın və başadüşüləndir. Şimali və Cənubi Azərbaycanın bir yerdə olması, vahid Azərbaycan dövləti olmasının dünyanın siyasi mənzərəsinin necə dəyişə biləcəyini təsəvvür etməmək mümkün deyildir. Bu, Rusiya, Almaniya, Fransa, İngiltərə, Amerika, İran dövlətlərinin Şərqdə işğalçı siyasətinin sonu demək idi.Elə buna görə də İranda baş vermiş inqilabların olması nəticə etibarı ilə rusların loyallıq göstərməsi, ingilis və amerikanların isə köməklik göstərməsi ilə minlərlə azərbaycanlıların qırılmaları, edam edilmələri, şoran torpaqlara, farslar yaşayan əraziyə köçürülmələri, zindanlara salınmaları, zülm verilmələri, azadlıq hisslərinin boğulması, milli mənlik şüurlarının, dövlətçilik hisslərinin əllərindən alınması ilə nəticələnmişdir. Beləliklə, 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində misilsiz rol oynadı. Öz siyasi quruluşuna, demokratik təsisatlarına, dövlət quruculuğuna, apardığı daxili siyasətinə görə, Avropanın modern dövlətləri ilə müqayisə edilə bilərdi. AXC Azərbaycan xalqının dövlətçilik ənənələrini müasirliklə culğalaşdıra bildi, sübut etdi ki, xalqın ürəyində yaşayan milli dövlətçilik ideyaları məhvedilməzdir. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, bu dövlətin tarixdə mövcudluğu "Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır”.

Bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Sosialist Respublikasının yaradıldığını elan edirlər. Bütün hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə həvalə edilir. Həmin gün Azərbaycan SSR Xalq Komissarları Soveti yaradılır. Hakimiyyətin ilk illərində Komissarlığın heyətinə insanların etimadını qazanmaq üçün sədr N.Nərimanov başda olmaqla, bir neçə azərbaycanlı nümayəndə (H.Sultanov, Ə.Qarayev, Q.Musabəyov, M.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Vəzirov) də daxil edilir. May ayının 3-də qəbul edilmiş qərara əsasən yerlərdə də inqilab komitələri yaradılır. A.Qarayev Ədliyyə Komissarı təyin edilir.

1920-ci ildə idarəetmədə aparılan köklü dəyişikliklər nəticəsində Fövqəladə Komissiya (gizli polis), Ali İnqilabi Tribunal, yoxsul komitələri (sonralar kənd sovetləri ilə əvəz olundular) yaradıldı.12 mart 1922-ci ildə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR əvvəl Zaqafqaziya Federatif Respublikaları İttifaqı yaradır. Sonra bu Bakı şəhərində 10-13 dekabr 1922-ci ildə keçirilən qrultayda ZSFSR kimi təşkil olunur. Həmin qrum1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikalarıİttifaqı(SSRİ) formasında yeni birlik yaranana kimi fəaliyyət göstərir.1936-cı ildə formal olaraq Rusiyanın idarəçiliyi altında fəaliyyət göstərən Azərbaycan SSR rəsmi olaraq SSRİ-nin tərkibinə daxil olması haqqında qərar verir.

Çar hökuməti kimi, Sovet hökuməti də dövlətin idarə olunmasında azərbaycanlılara etibar etmir, onları dövlət vəzifələrindən bacardıqca uzaqlaşdırırdılar. Bu azmış kimi xalqa düşmən kəsilmiş ünsürləri idarəçiliyin ən yüksək səviyyələrinə qədər qaldırırdılar. Məsələn, M.Bağırovun zamanında R.Markaryan, X.Qriqoryan, Y.Sumbatov-Topuridze kimi məmurlar xalqımızın təzyiqlərə məruz qalmasında ad çıxarmışdılar.

Beləliklə, müasir məhkəmə sisteminin tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır. Hələ 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə eyni gündə – may ayının 28-dəƏdliyyəNaziliyii təsis edilmiş və Xəlil bəy Xasməmmədov ilk Ədliyyə Naziri təyin olunmuşdur .

Nazirlər Şurasının qərarı ilə 01 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq edilmişdir. 22 noyabr 1918-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmiş, 16 mart 1919-cu ildə Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı olmuş və bundan etibarən palataya Bakı və Gəncə dairə məhkəmələrinin işləri daxil olmağa başlamışdır. Tərkibində Azərbaycan Məhkəmə Palatası fəaliyyət göstərən Ədliyyə Nazirliyinin yanında 1919-cu ilin əvvəllərində məhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə xüsusi komissiya yaradılmışdır.

1920-ci il aprel ayının 27-28-də Azərbaycan Demokratik Respublikası bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra ədliyyə sistemində də köklü dəyişikliklər başlandı. Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. 1930-cu ildə komissarlıq ləğv edilərək onun səlahiyyətləri aidiyyəti üzrə Ali Məhkəməyə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmiş, müstəqil Baş prokurorluq yaradılmışdır. 1933-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, Ədliyyə Komissarı eyni vaxtda Respublika Prokurorunun, onun müavini isə Ali Məhkəmə Sədrinin səlahiyyətini daşımışdır. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilərək onun səlahiyyətləri xeyli məhdudlaşdırılmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edilmiş, məhkəmə orqanlarının bütün fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmişdir.Ulu öndərHeydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Ədliyyə Nazirliyi yenidən yaradılmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələ başlanmışdır.

Müasir Azərbaycanın banisi Ümummilli lider Heydər Əlirza oğlu Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri, eləcə də 03 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Azərbaycanda yeni idarəetmə mərhələsi başlanmış, 12 noyabr 1995-ci ildə Konstitusiayanın qəbulu ilə Azərbaycan Respublikası üçün məqbul hesab edilən prezidentli respubilika idarəetmə forması qanunla təsbit edilmiş, hakimiyyətin üç qolu- icra hakimiyyəti, qanunvericilik hakimiyyəti və məhkəmə hakimiyyəti bir – birindən ayrılmışdır. Ədliyyə qrumu icra hakimiyyətinin tərkibinə daxil edilmiş, məhkəmə hakimiyyəti müstəqil hakimiyyət kimi tanınmış, prokurorluq məhkəmə hakimiyyətinin tərkibinə daxil edilmişdir.

Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Konstitusiyanın 125-ci maddəsində təsbit olunmuşdur. Onun fəaliyyəti dövlət hakimiyyətinin funksiyalarına daxildir və ədalət mühakiməsini həyata keçirən, bütün hüquqi və inzibati mübahisələri həll edən yeganə dövlət orqanıdır. Başqa sözlə, ədalət mühakiməsi məhkəmənin timsalında yalnız dövlətə mənsubdur və qanunla müəyyən olunmuş qayda və üsullarla həyata keçirilir. Bu isə o deməkdir ki, məhkəmənin əsas işi Konstitusiya ilə müəyyən olunmuş insan hüquqlarının, vətəndaş azadlıqlarının, siyasi və ictimai mövqeyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə, təşkilat, idarə, siyasi partiyaların, ictimai birliklərin, fiziki və hüquqi şəxslərin hüquqlarını müdafiə etməkdən, onlara qarşı istifadə olunan qanun pozuntularından müdafiə etməkdən, qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi cinayət məsuliyyətinə cəlb etməkdən ibarətdir.

Məhkəmə hakimiyyətinin bir qolu olan prokurorluq Rusiyada I Pyotrun vaxtında təsis edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti vaxtında qeyd etdiyimiz kimi, Bakı dairə məhkəməsinin nəzdində 01 oktyabr 1918-ci ildə prokurorluq fəaliyyət göstərmişdir. Sovet dönəmində prokurorluq müstəqil olmaqla, aşağıdan yuxarı tabeçilik olmaqla vahid sistem olmuşdur. Müttəfiq respublikalarda fəaliyyət göstərən prokurorluq SSRİ prokuroruna tabe idi. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra keçid dövründə həmin ənənədən kənarda qalmamış, Azərbaycan Respublikası Baş Prokurorluğuna tabe olmaqla, bir müddət həmin sistem saxlanılmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il Konstitusiyası qəbul edilməklə, qanunla prokurorluğun yeri və fəaliyyəti müəyyən edilmişdir. Prokurorluq aşağıdan yuxarı tabeçiliyə əsaslanan vahid sistemi təşkil edir. Fəaliyyətinin təmin edilməsi üçün Baş prokurorluqda idarələr, şöbələr, mətbuat xidməti, tədris mərkəzi təşkil edilmişdir.

Faktlar sübut edir ki, Azərbaycanın özünəməxsus dövlət idarəçiliyi və onun bir sahəsi olan ədliyyə idarəçiliyi mövcuddur. Həmin idarəetmə fəlsəfəsi isə tarixi şəraitin özəlliklərinə çevik adaptasiya olma qabiliyyətinə malikdir.

Bunun işığında ölkədə dövlət idarəçiliyi və onun bir sahəsi olan ədliyyə idarəçiliyi ənənəsinin Rusiyanın buraya nüfuz etməsi ilə bağlı qırılmasının və eyni zamanda, yeni təkamül xəttinə keçməsinin fəlsəfi, geosiyasi, siyasi, təhlükəsizlik və hüquqi aspektləri üzərində düşünmək üçün geniş nəzəri üfüqlər vardır.Bu zərurətin daha aydın görsənməsi üçün fikrimi bir misal ilə konkretləşdirmək istərdim. Birinci dünya müharibəsindən sonra eyni soykökə, eyni düşüncə tərzinə, eyni təfəkkürə, eyni mentaliteta malik alman xalqının Almaniya dövləti 1945-ci ildə eyni xalqdan ibarət olan iki Alman dövlətinə parçalandı. Onlardan birində sosialist idarəetmə sistemi, digərində isə kapitalist idarəetmə sistemi mövcud olmuşdur. Təxminən 45 ildən sonra 1990 –cı ildə həmin xalq vahid Alman dövlətini yaratmışdır. 45 il müxtəlif idarətetmə sistemlərinin, o cümlədən ədliyyə idarəetmə idarəçiliynin bir xalqın həyat tərzində, təfəkküründə, düşüncəsində, həyata baxışlarında yaratmış olduğu fərqlər birləşdikdən sonra 30 il vaxt keçməsinə baxmayaraq özünü qabarıq göstərir. Onların uyğunlaşmasında, birləşməsində, birgəyaşayışında çətinliklər yaradır. Bu misalları Veytnam, Koreya, Azərbaycanın və s. timsalında da görmək olar. Sovet idarəetmə sistemi insanları elə bir hala salmışdı ki, evdə ər -arvad bir – biri ilə siyasi məsələlərdən danışmaqdan çəkinirdi. Rejim sovet adamına satqınlıq, ikiüzlülük, yalitaqlıq, riyakarlıq, mütilik, robortsayağı hərəkətlər etmək, azadfikirlilikdən daşınmaq, müstəqill qərar qəbul etmək cəsarətini unutmaq kimi halları təlqin edirdi. Elə bu hallar da sovet dönəminin süqut etməsini labüdləşdirmişdir. Başqa bir misal ilə fikrimi daha da aydınlaşdırmaq isttərdim. Bu gün vaxtı ilə dünyaya dahilər, dühalar vermiş, sərkərdələr yetişdirmiş yer kürəsi əhalisinin 56 faizi yerləşən Asiya və yer kürəsi əhalisinin 25 faizi yerləşən Afrika qitələri, yer kürəsi əhalisinin 8 fazi yerləşən Avropa və yer kürəsi əhalisinin 11 faizi yerləşən Amerka qitələrinin əsarəti, təsiri altındadır. Amerika və Avropa insanları özünü ali irq hesab edirlər. Faktiki olaraq da Afrika qitəsində yerləşən insanların həyata baxışı, düşüncələri, təfəkkür tərzləri ilə Avropa və Amerika qitələrində yaşayan insanların həyata baxışı, düşüncələri, təfəkkür tərzləri arasında kəskin fərqlər vardır. Sual olunur. Bialoji varlıq kimi həyata gəlmiş insanların həyata baxışı, düşüncələri, təfəkkür tərzləri arasında kəskin fərqlərin yaranması nə ilə izah olunur? Avropa və Amerika qitələrində yaşayan insanlara bu kimi düşüncə tərzini aşılayan nədir? Bu güvənlik onlarda haradan yaranır?

Məlum olduğu kimi insan harada doğulmasından asılı olmayaraq həyata bialoji varlıq kimi gəlir. Ancaq düşdüyu mühit onu formalaşdırır. İctimai muhiti isə idarəetmə sistemi təmin edir. İdarəetmənin təkmilliyi, çevikliyi, idarəetmədə ədalətliliyin gözlənilməsi, ədliyyə sahəsində, o cümlədən məhkəmə sistemində sərbəstliyin, mustəqilliyin, yalnız qanuna tabeliliyin gözlənilməsi, həmin sistem tərəfindən insan və vətəndaş huquq və azadlıqlarının qorunması insanın yksək düşüncə tərzini təmin edir. Azadfikirlilik insan kapitalının təməlidir, onun dünyaya baxışının, özünüdərkinin, ictimai aləmdə yerinin müəyyənləşdirməsinin meyarıdır. İdrakın ölçü meyarıdır. Qeyd edilən halların təminatı isə ən çox ədliyyə idarəçiliyinin təkmil, çevik, ictimai sifarişlərə cavab verə biləcək olmasından asılıdır.Bubaxımdan bugünədliyyəidarəçiliyimiz qloballaşma vəinformasiya cəmiyyətinin tələblərinəuyğun, inteqrativ vəeyni zamanda intellektual xüsusiyyətlərəmalik resursların idarəolunması, müasir elmi idrakda müşahidəedilənyeni tendensiyaların olması, intensiv olaraq inkişaf edən yeni idraki texnologiyaların geniş tətbiq edilməsi, ilk olaraq nanotexnologiyaları və informasiya texnologiyalarını geniş tətbiq edilməsi, hazırki tarixi mərhələdə elm və təcrübənin inteqrasiyasının intensivləşməşi kimi xüsusiyyətləri nəzəra alır. Bu proses müxtəlif aspektlərdə idarəetmə məsələsini son dərəcə universallaşdırır vəhəmin keyfiyyəti dəaktuallaşdırır.

Təbii ki, qlobal dünyada başverən inqilabi dəyişikliklər dövlətin vəidarəetmənin bütün, o cümlədənədliyyənin subyektlərinəköklüsürətdətəsir etməkdədir. Məhz bu, idarəetmənin subyekti iləobyekti arasındakıziddiyyətlərin həll olunmasıtələblərinin başlıca səbəbi kimiçıxışetməkdədir. Bu mənada ictimai inkişafın, bunun ardınca isəidarəetmənin, o gümlədənədliyyə idarəçiliyinin yeni vədaha müasir yollarının işlənib hazırlanmasımüasir dövrün başlıca tələblərindən biridir. Bu baxımdanədliyyəidarəsiliyinin təkmilləşdirilməsi, məhkəməsistemində islahatların dərinləşdirilməsi, zamanın tələblərinə cavab verəcək zəmindəolmasının təmin edilməsiüçün 03 aprel 2019-cu ildə «Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında»,İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632 VQD nömrəli Qanunun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidenti tərəfəindən sərəncamlarimzalanmışdır. Həmin fərmandan irəli gələn məsəllər isə uğurla icra edilir.Bu istiqamətdə Məhkəmə- Hüquq Şurası, Ədliyyə Nazirliyi və Ali Məhkəmə tərəfindən müvafiq və konkret tədbirlər görülməkdədir.

Beləliklə, aydın olur ki, müasir dövrümüzdədövlət vəonun bir sahəsi olanədliyyəanlayışına hüquqi yanaşmanınəsas mahiyyəti ondan ibarətdir ki, dövlət vəonunədliyyəsi bir subyekt kimi xalqın iradəsini ifadəedən hüquqişəxsdir, dövlət isəhüququnözüdür. Ədliyyə darəetməsi dövlətin hüquqi idarəçiliyidir.

Ədliyyənin inkişaf modelinin hazırlanması bir tərəfdən idarəçiliyin təkmilləşdirilməsini, digər tərəfdən isə yeni təsiretmə və tənzimləmə mexanizmlərinə malik idarəetmə sisteminin formalaşdırılmasını tələb edir. Bu mexnizmlərin fəaliyyəti isə ilk növbədə cəmiyyətin vahidliyini təmin etməyə, hüququn aliliyni, insan hüquqlarını, vətəndaş azadlıqlarını, iqtisadi liberalizmi və plüralizmi, demokratiyanı təmin edə biləcək siyasi doktrinanın müəyyənləşməsindən asılıdır. Buna görə də qarşıda duran başlıca vəzifələrdən biri kimi cəmiyyətlə hakimiyyət arasında vəhdəti təmin edə biləcək idarəetmə sisteminin yaradılmasıdır.

Beləliklə, Azərbaycanda 1993-cü ilin iyunundan başlayaraq müstəqillik dövründə dövlət quruculuğu prosesi davamlı və sistemli olaraq aparılmaqdadır. Ulu Öndərin müəyyənləşdirdiyi kurs bütün istiqamətlərdə müasir, sivil və demokratik dövlətin inkişafı naminə həyata keçirilir. Ulu Öndər Heydər Əliyev hüququn aliliyinə əsaslanan idarəetmə, o gümlədən ədliyyə idarəetmə üsulunun formalaşması üçün mükəmməl addımlar atmışdır. Konstitusiyanın qəbulu, idarəçilikdə islahatların aparılması bu sahədə mühüm rol oynayır.

Bu mənada qətiyyətlə demək olar ki, Ulu Öndər Heydər ƏliyevinAzərbaycan cəmiyyəti üçün seçdiyi prezidentli respublka idarəetmə üsulu siyasi, iqtisadi, mədəni, huquqi, geosiyasi cəhətdən məqbul olmaqla, min illərlə dövlətçilik ənənələri məhv edilməyə çalışılmış bir mllətin, qoruyb saxladığı, zaman – zaman istibdadlara tab gətirərək düşüncəsində, təfəkküründə yaşatdığı dövlətçilik ənənəsini özündə əxs edirən milli şüurun tələblərinə cavab verir. Onunyaratdığı bu idarəçilikməktəbi müstəqil dövlət quruculuğu prosesinin tam olaraq baş tutmasına imkan verib.

Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin başçılığı ilə müasir mərhələdə formalaşan dövlətçilik,onun tərkib hissəsi olan ədliyyə idarəçiliyiənənəsiinsan amilini, onun rifahını əsas götürməklə"bir tərəfdən güclü dövlət hakimiyyətini, digər bir tərəfdən isə iqtisadi fəaliyyət sərbəstliyini dəstəkləyən” kursun yaradılmasını tələb edirdi. Bu isə Azərbaycanın dövlətçilik ideologiyasının işlənib hazırlanmasının prioritet məsələ kimi qəbul edilməsi demək idi. Bu işin öhdəsindən Ulu Öndər məharətlə gəldi. Onun yaratdığı konsepsiyada güclü dövlət quruculuğu ilə demokratik dəyərlər optimal şəkildə sintezləşdirilib. Təbii ki, burada «azərbaycançılıq» ideologiyasının ayrıca yeri vardır. Eyni zamanda, idarəetmə fəlsəfəsinin təkmilləşməsi faktoru da həmin kontekstdə mühüm elementlərdən biri kimi qəbul edilməkdədir.Prezident İlham Əliyevin müstəqil dövlət idarəçilik sistemini,o cümlədən onun bir hissəsi olan ədliyyə idarəçilik sisteminidaim təkmilləşdirməsi, bu sferada sistemli islahatlar həyata keçirməsi və bütün bunları demokratik idarəçilik prinsipi çərçivəsində reallaşdırması başqa vacib məqamlarla yanaşı, həm də vurğuladığımız kontekstdə strateji əhəmiyyət kəsb etməkdədir.

Azərbaycan Respublikasının müasir idarəetmə fəlsəfəsi, onun bir sahəsi olan ədliyyə idarəçiliyinin fəlsəfəsi"azərbaycançılıq” ideyasını rəhbər tutaraq, dövləti sosial həyatı formalaşdıran ali struktur olaraq götürür. Öz vətəndaşlarının sərbəst fəaliyyətini, təhlükəsizliyini, sosial rifahını təmin etməyə qadir ən böyük qüvvə unitar, dünyəvi, demokratik, hüquqi dövlət hesab olunur. Məhz dövlət bütün sosial elementlərin özünütəşkilini və institutlaşmasını təmin etmiş olur. Bu mənada, azərbaycançılıq ideyası əhalinin sosial təbəqələri arasında əlaqələrin qurulmasına xidmət edən inteqrativ xüsusiyyətlərə malikdir. İlham Əliyev də həmin kursa sadiq qalaraq, ona XXI əsrin çağırışlarına cavab verə biləcək forma və məzmun verir. Bu prosesin sosial-fəlsəfi dərkində başlıca məqamlardan biri isəondan ibarətdir ki, ölkə rəhbərliyi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunu müntəzəm və ardıcıl qaydada sistemli olaraq aparmaqdadır. Bu da idarəetmədə şəffaflığı və demokratiyanı təmin etməklə yanaşı, milli dövlətçiliyi qoruyub saxlamağa da imkan yaradır.

Bu mənada zaman göstərir ki, İlham Əliyevin idarəçilik siyasəti möhkəm təməllər üzərində qurulmaqla Ulu Öndər Heydər Əliyev irsinin davamıdır.

Rəşid Hüseynov,

Şəki Ağır Cinayətlər Məhkəməsininhakimi