adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

YILMAZ ÖZDİL: QÜDS

YILMAZ ÖZDİL
59461 | 2017-12-12 15:38

9 dekabr 2017-ci il.

Qüdsü itirdiyimizin 100-cü ildönümü.

9 dekabr 1917-ci il idi.

İngilis ordusunun komandiri Allenby Yaffa Qapısındaavtomobilindən düşərək əsgərləri salamlayıb Qüdsə girdi.

Yəhva Qapısı Qanuni Sultan Süleyman tərəfindən tikilmişdir.

Londonda Westminister kilsəsinin zəngi çalınır.

Parisdə Notrdam kilsəsində xüsusi ayin düzənlənir. Papa bütün dünyayamesaj göndərir: "Türklərə yardım edən hər hansı bir xristian dövləti mürtədelan ediləcək”.

Orda 30 min övladımızı şəhid verdik.

Qüdsü itirməyimizə ən çox ərəblər sevinmişdi. İngilis casus Lawrence tərəfindənyönləndirilən ərəblər türklərin getdiyi, ingilislərin gəldiyi üçün "dua”edirdilər.

"Daily Telegraph” qəzetinin Qüdsdə olan jurnalisti W.T. Massey yazırdı: "Türk ordusunda xidmətedən ərəb Qızıl Xaç Xəstəxanasına gətirilmişdi.Yaşasın İngiltərə deyə bağırırdı”.

Ərəblər öz-özlərinəbir vəhy uydurmuşdular. Guya "bir peyğəmbərNilin suyunu Fələstinə gətirdiyi zaman türklər Qüdsdən чıxacaq…” Bu yalana tapınıb generalAllenbeyə Allahın peyğəmbəri deyirdilər.

Türkləri Qüdsdən çıxaran ingilis generala "peyğəmbər”adı verdilər.

Allenby Qüdsə girdi. Çox qısa danışdı.

Xalq sevinclə qarşıladı, "Xaç yürüşləri sona çatdı”,- dedilər.

O vaxt Mustafa Kamal Fələstində idi, İordan çayınınsahilində vuruşurdu. İstanbuldakı həmkarlarına göndərdiyi məktubda öz müşahidələrinibelə yazırdı: "Bu torpağlar çox acınacaqlı duruma düşüb, vali yox, komandiryox, ingilis təbliğatı çox. İngilis casusları hər yanda fəaliyyətdədir, yerli əhalibizim hökumətə nifrət edir. Bizdən üz döndərib, ingilislərin yolunu gözləyir. Hərgün təyyarələrdən bombadan çox vərəqələr atiılır. Düşmənin ordusu bizdənçox və qüvvətli, biz onun qarşısında bir pambıq ipliyi kimiyik”.

Şəkil altı


Qüdsdə Osmanlı alaynın bayrağı


Türk süvariləri Qüdsdə


Qəzzada türk pulemyotçuları


Türk əsgəriLut gölünə qayıq aparır


Qərbi İordanda türk əsgərinin çörək sobaları


Qüdsdəki türkyaralıları


 Qüds qalasında türk bayrağı



 İngilis ordusunun komandiri Allenby və bizə kürəyimizdənxəncər soxan, özünü kral elan edən Feysəl

Qüdsdə bu gün yaşananlar...

Ərəb xəyanətinin nəticəsidir. Bu gerçəyi ortaya qoymadan, bu gerçəklə üzləşmədən, bu gerçəyin işığında hərəkətetmədən ərəblərlə iş birliyi quraraq Qüds məsələsini çözməyimiz mümkün deyil.


TƏQVİM / ARXİV