Dünya şöhrətli azərbaycanlı Fərman Salmanovun Moskvanın Fəxri xiyabanı sayılan Vaqankovsk qəbiristanlığındakı məzarı. O tək bütün karyerasını deyil, həm də həyatını risk altına qoyaraq uzaq Sibirdə ilk neft yataqlarını kəşf edib. Bu günkü Rusiya durduqca həm də ona minnətdar olmalıdır. Onun haqda kitablar yazılıb, onlarla sənədli və bədii film çəkilib. Şəninə bıstələnən mahnıları ən tanınmış müğənnilər ifa edib. SSRİ-nin demək olar ki, bütün Ali mükafatlarına layiq görülüb. Rusiyanın bir çox şəhərlərində adına küçə və prospeklər, abidələri, adına Ali və orta məktəblər, Elmi mərkəzlər, ismini daşıyan gəmilər və hətta aeroport var. O, Çin və ABŞ-ın Texas ştatının fəxri vətəndaşı seçilib. Təəssüf ki, keçən il bu dahi insanın 90 illik yubileyi nə bizdə , nə də Rusiyada yada düşmədi. 95-100 illiyi isə mütləq qeyd olunmalı, yeni nəslə tanıdılmalıdı Fərman Salmanov..
Allah rəhmət eləsin...
Etibar Hüseynov