Ombudsman media subkyetlərinə və valideynlərə uşaqlarla bağlı çağırış edib
Ombudsman media subyektlərini, cəmiyyətin hər bir üzvünü, valideynləri uşaqlarla bağlı materialların paylaşılmasında etik prinsiplərə və hüquqi tələblərə riayət etməyə çağırıb.
Adalet.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.
Qeyd edilib ki, Azərbaycanda uşaqların hüquq və azadlıqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir:
"Uşaq hüquqlarının müdafiəsi və təbliği Ombudsmanın fəaliyyətində əsas istiqamətlərdən biridir. Müvəkkil uşaqların mənafelərinin hər zaman üstün tutulmasının, onların sağlam psixoloji mühitdə böyüməsinin dövlətin, cəmiyyətin və hər bir fərdin birgə vəzifəsi olduğunu vurğulayır. Uşaqların mənafelərinə uyğun olmayan paylaşım və fəaliyyətlər onların psixoloji inkişafına və təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, şəxsi həyatın toxunulmazlığı prinsipini pozur və istismar riskini artırır".
Bildirilib ki, Ombudsman media subyektlərində, sosial şəbəkələrdə uşaqlarla bağlı hər hansı materialın yayılmasından öncə bunun səbəb ola biləcəyi nəticəyə mütləq diqqət yetirilməlidir:
"Uşağın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir. Hazırlanan materialın məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı, onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir. Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə də şərait yaradılmalıdır".
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

