Trampdan Ukraynaya: Rusiyanın şərtləri ilə razılaşın

ABŞ Prezidenti Donald Tramp Ukraynaya açıq şəkildə bildirib ki, atəşkəsə nail olmaq üçün Rusiyanın şərtləri əsasında razılaşmaya getməlidir.
Adalet.az xəbər verir ki, bu barədə “NBC News” Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.
Kanal bildirib ki, Tramp avqustun 21-də “Truth Social”dakı paylaşımında Ukraynanın müdafiə mövqeyində olması səbəbindən Rusiya ilə münaqişədə qalib gəlmək iqtidarında olmadığını qeyd edib.
“Bu, Ukraynanın Rusiyanın şərtləri əsasında razılaşmaya getməli olacağına dair siqnal kimi qəbul edilməlidir”, - mənbə deyib.
Telekanalın digər mənbəsinin sözlərinə görə, Tramp administrasiyası münaqişənin həlli məsələsində təslim olmağa hazır deyil və əmindir ki, bunu hərbi yolla həll etmək olmaz.
Digər Xəbərlər

ÜST rəhbəri: Qəzzada 15 mindən çox insan buna möhtacdır

BMT İŞİD və əl-Qaidə dəstəkçilərinə qarşı sanksiyalar tətbiq etdi

Vitse-prezident: Türkiyə Şimali Kiprin inkişaf strategiyasını davam etdirəcək
