23 Avqust 2025 17:33
116
DÜNYA

BMT İŞİD və əl-Qaidə dəstəkçilərinə qarşı sanksiyalar tətbiq etdi

BMT Təhlükəsizlik Şurası beynəlxalq terror təşkilatlarına dəstək verən şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Adalet.az xəbər verir ki, sanksiya siyahısına Liviya, Tunis, Küveyt və Tacikistan vətəndaşları daxil edilib.

Təşkilatın məlumatına görə, həmin şəxslər ekstremistlərin maliyyələşdirilməsi, cəlb edilməsi və logistikasında iştirak ediblər.

Sanksiyalar çərçivəsində onların bütün maliyyə aktivləri dondurulacaq, beynəlxalq səfərləri qadağan ediləcək və silah tədarükünə embarqo tətbiq olunacaq.