Yağış, dolu, qar… - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
2116 | 2023-05-15 12:12

…Heç may ayından baş açmaq olmur. Çünki bizim gənclik dövrümüzdə may ayı gələndə onun əvvəlindən qolsuz köynək geyinirdik. Bu da onunla bağlı idi ki, hava çox isti keçirdi, may yazdan çox yaya bənzəyirdi. Amma builki mayın oxşarı və bənzəri olmayıb. Bəlkə də olub, biz bilmirik! Ancaq bildiyimiz odur ki, bizim də az yaşımız yoxdur. Hələ bu yaşa qədər may ayının belə soyuq, küləkli, yağışlı, yağmurlu, dolulu və qarlı olduğunu görməmişik. Biz Allahın işinə qarışa bilmərik. Qurban olduğumuz nə veribsə, min şükür və verməyibsə, yenə min şükür!..

Məsəlinin bir tərəfi var ki, hava şəraitinin belə qeyri-sabit keçməsi kənd təsərrüfatına çox böyük ziyan vurub. Onsuz da həmişə bayaq deydiyimiz kimi, yaz aylarında yağış da yağıb, külək də əsib, dolu da düşüb. Lakin bu gün olduğu kimi, hava belə sərt üzünü insanlara göstərməyib. Hava sərt üzünü göstərdi, yağış, dolu, qar kənd təsərrüfatını bərbad günə qoydu. Başqa sözlə demiş olsaq, taxıl sahələrini, meyvə bağlarını, bostan-tərəvəzi bu fasiləsiz dolu və yağış məhv eləyib…

…O günü Şəkidən olan bir neçə fermer dəmyə torpaqda əkdiyi taxıl sahələrinə baxıb, qan ağlayırdılar. Onlar deyirdilər ki, vaxtında yağış yağmadı, taxıl su içmədi və yaxşı bitiş olmadı. İndi də yağan yağışın taxıla heç bir xeyri yoxdur. Amma biz burda 300 hektara yaxın taxıl əkmişik. Onun toxumuna, becərilməsinə və eləcə də digər lazım olan becərmə işlərinə ətək-ətək pul xərcləmişik. Nərticə də belədir! Heç bir inkişaf yoxdur. İndi biz dövlətdən və digər qurumlardan yardım istəyirik ki, heç olmasa, çəkdiyimiz maya dəyərini çıxaraq və kənd təsərrüfatının başqa bir sahəsində iş görə bilək. Bunları şəkili fermerlər deyirlər, amma onların səsinə səs verən, kömək eləyən və əl tutan bir kimsə yoyxdur! Bax, belə olan təqdirdə sahibkarın olan-qalan vəsaiti əlindən çıxır və el dilində demiş olsaq «onların beli qırılır».

Təkcə Şəkidə deyil, əksər rayonlarımızda havaların qeyri-sabit keçməsi əkin-biçin işlərinə, kənd təsərrüfatına, meyvəçiliyə və tərəvəzçiliyə böyük ziyan vurub. Füzuli rayounnuda da dəmyə sahələrində taxıl əkənlərin də ahı göyün yeddinci qatına qalxıb. Onar da bildirirlər ki, min hektara yaxın sahədə taxıl əkmişik, yağış yağmadı və taxıl da bitmədi. Hamısı quruyub əldən getdi. Belə olanda təbii ki, bu il kənd təsərrüfatı məhsulları sahəsində həm qıtlıq olacaq, həm də bahalıq.

İndi deyilənlərə görə, bir bağlama köhnə yoncanı 7-8 manata satırlar və kimsə də torpaq sahəsində yeni yonca əkibsə, onun becərilməsi üçün hər hektarın suvarılmasına 80-100 manat pul xərcləyir, hələ üstəlik yoncanın becərilməsi, biçilməsi və bağlamalanması üçün də bir ətək pul xərclənməlidir. Bəs onda bu kəndli o yoncanı neçəyə satmalıdır ki, nəsə qazansın?! Onu da baha qiymətə satanda ətin, südün, yağın, şorun, qatığın və ayranın qiyməti kəllə-çarxa qalxır. Fermerlər deyirlər ki, əgər belə getsə və bahalıq davam etsə, yay-payız aylarında ətin kiloqramı 20 manata yaxınlaşacaq.

Görünən odur ki, bu sahələrin inkişafı üçün dövlət həmişə lazımi köməklik göstərib, amma görünür bu da azdır. O, köməyi və yardımı bir qədər də dövlət tərəfindən artırmaq lazımdır ki, həmin adamlar taxıl əksin, bostan-tərəvəz məhsulları becərsin, mal-qoyun saxlasın və üstəlik məhsul bol olarsa, ucuzluq yaransın!.. Hər halda, ümid sonda ölür və yaz fəslidir, inşallah, bir azdan havalar düzələr, məhsul tstehsalı da artar. Ucuzluğun yaranması üçünsə, birmənalı olaraq bolluq olmalıdır. Bol məhsul olmadan ucuzluqdan danışmağa dəyməz!..

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV