adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

“Yad et məni” - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
805 | 2023-02-22 10:17

Yazıçı- publisist Vasif Quliyevi Azərbaycan oxucusu yaxşı tanıyır. Ona görə bu fikri qəti və birmənalı ifadə edirəm ki, yazdığım sözün araxsında Vasif Quliyevin yaradıcılığı dayanır. Bu yaradıcılıq yuxusuz gecələrin, toz basmış arxivlərin və birdə yorulmaq bilməyən bir insann əziyyətinin bəhrəsidir. 

Belə ki, Vasif Quliyev bütün yaradıcılığını Qarabağa, onun aydınlarına, tarixinə, dünəninə- bu gününə həsr edibdir. Mən hətta onun Qarabağda halal haqqı olan, həm də özü gerçəkləri oxucuya çatdıran- “danşan ensklopediya” adlandırıram!

Hətta dəyərli Vaisf müəllimin 60 illik yubleyi ilə bağlı yazdığım yazıda da çox böyük ürəklə onu  " Qarabağda haqqı olan kişi!" - adlandırmışam!


Həm fərdi yaradıcılığında, həm də redaktoru olduğu “Şuşa” qəzetində , ondan öncə isə “Şuşa” nəşriyyatında V.Quliyev birmənalı olaraq Şuşanı, şuşalıları həm özü öyrənib,  həm də  oxucularna öyrədib- tanınıtmışdır. Və bu gün də həmin missiyanı əvvəlkindən də böyük coşqu ilə davam etdirri.

Kitabxanama nəzər yetirəndə diqqətimi Vasif Quliyevin  sıralanan kitabları arasında “ Yad et məni” çəkdi. Tərəddüd etmədən onu götürdüm və bu kitabda mənə tanış olan məqalələri, oçerkləri,şeirləri, müsahibələri bir   daha gözdən keçirdim. Onu da qeyd edim ki, mənim Vasif müəllimlə bağlı yazdığım  duyğusal yazılarımdan biri də  elə  bu kitabda yer alıb.


Ümumiyyətlə, kitabdakı bütün yazıların demək olar ki, qayəsi, məramı, mövzusu Qarabağdır. Ona görə də bu kitabla tanış olanda Şuşanın qədim dövrlərindən tutmuş bu günə  qədər uzanan  bir yolu keçib gəlmək mümkündür. Bu yolun da bələdçisi , həm də müşayət edəni də elə  yazıçı- publisist , araşdrmaçı Vasif Quliyevin özüdür.

İnanıram ki, “Yad et məni” deyən Vasif Quliyev bütün zamanlarda yad ediləcək. Çünki bu onun halal haqqıdır.

 

TƏQVİM / ARXİV