adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Viktoriya Nuland siyasətdən gedir? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
572 | 2024-03-07 09:16

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland elan edib ki, yaxın vaxtlarda otuz ildən artıq davam edən siyasi karyerasını sona yetitəcək. 

Vaşinqton administrasiyasının tənqidçilərinin fikirincə, Nuland "fəaliyyəti dövründə dünyaya xaos toxumu səpməklə məşğul olub". Altı prezidentlə çalışan bu xanım siyasətçinin ən "sevimli əyləncəsi" Rusuya ilə müharibəyə çalışmaqla, onu məğlub etmək arzusu  olub.

Ona görə də, NYT bu personajı birbaşa "Kremlə mübarizə veteranı" adlandırıb.

Bu cür qiymətli mütəxəsis Nulandın yola salınması, heç də Ağ Ev administrasiyasının siyasi kursunu birdən-birə 180 dərəcə dəyişmədi ilə əlaqədar deyil. KİV-lərin məlumatlarına görə, xanım Nuland kadr qarşıdurmasında məğlub olmağını sınıra bilmir. Neçə aylardır ki, prezident Co Bayden onu dövlət katibinin müavini postuna birdəfəlik təyin olunmasına qərar verməyib. Nuland bu vəzifəni müvəqqəti əbəzedici kimi  icra edir. Deyilənə görə, ABŞ prezidenti bu vəzifəyə, milli təhlükəsizlik məsələr üzrə köməkçisini gətirmək istəyir.

Viktoriya Njland ilə birlikdə böyük bir epoxa gedir. Bu xanım karyerası ərzində  Rusiyanın məğlubiyyətini yaşamaq istəyib. Lakin görünən odur ki, siyasətçi xanım siyasi gedişlərini düz hesablamayıb və məğlub duruma düşüb.

Əsas nailiyyəti hazırki Kiyev rejimini hakimiyyətə gətirməyi sayılsa da, bu nailiyyət yalnız başlanığıcda uğur qazana bilib. Sonrası isə göz qabağındadır. İki ildən artıq sürən, hələ də sonu görünməyən müharibə Ukraynanı demək olar ki, cəhənnəmə döndərməkdədir. 

Analitiklər hesab edirlər ki, Nuland Ukraynadakı çevrilişin əsas təşkilatçılarından biri olub.  Hətta xanım siyasətçini, ABŞ-ın antirusiya kursunun arxitektoruda adlandıranların sayı çoxdur. 

Rusiyanın xarici işlər nazirliyində hesab edirlər ki, Nulandın rusofobiya siyasəti istənilən nəticəni vermədi və xanımın bu siyasəti Co Baydenin onsuzda "batmaqda olan komandasını" suyun dibinə çəkdi. Məhz buna görə də, demokratlar Vikyoriyanı "öz gəmilətindən"  atmaq məcburiyyətində qaldılar.

Bu xanım siyasətçinin sonudurmu? Demək çətindir. Nulandın 62 yaşı var. Əgər Birlışmiş Ştatlarda 80 yaşlı Co Bayden yenidən prezident seçilmək istəyirsə, Vikyoriya nədən siyasi karyerasını davam etdirmək istəməsin? Nəzərə alsaq ki, xanım sitasətçi siyasi məğlubiyyəti ilə barışmaq niyyətində deyi, deməli noyabrda  başqa kimsə prezident seçilərsə, onda Nulandın "bəxti yenidən üzünə gülə bilər".

 Rüstəm Hacıyev

 Vesti. ru saytının materiallarından istifadə olunub.

TƏQVİM / ARXİV