Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şahhüseynli kənd sakini Asif Eminov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanıb.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, A.Eminov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
08 May 2024 16:35
Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - VİDEO
08 May 2024 09:20Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
07 May 2024 17:38Suraxanıda 2 maşını qəsdən yandırdılar - VİDEO
07 May 2024 11:28Tərtərdə iki məktəbli arasında dava - Ölən var - YENİLƏNİB
06 May 2024 15:40