GNN-nin şərhçiləri hesab edirlər ki, Türkiyənin İsveçin terrorustləri himayə etməsi barədə verdiyi bəyənat, Stokolmun NATO-ya qəbulunu bloklamaq üçün bir bəhanədir. Ərdoğan alyansın ölkəsinə gəlməsinə siyasi baxımdan öz reytinqini qaldırmaq və zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Rusiya ilə iqtisadi əlaqələrini genişləndirmək məqsədi güdür.
"Ərdoğanın türk xalqı qarşısında güclü adam obrazı yaratması, dəhşətli zəlzələnin dağıntıları arasında itirilməkdədir Rusiya iqtisadiyyatı Türkiyə ücün xilasedici dairə ola bilər. Ərdoğan, zəlzələdən sonra kütləvi bərpa işlərinə başlanacağını vəd edir. Ona görə də Rusiya bu məsələdə Türkiyə üçün cəlbüdici həmkar ola bilər"- deyə Vaşinqtonun Yaxın Şərq üzrə ABŞ İnstitutunun araşdırıcısı Könül Tol bildirir.
Təbii ki, öz xarizması və güclü siyasi xadim kimi bütün dünyada əyilməz lider kimi tanınan Rəcəb Tayib Ərdoğanın nüfuzu ABŞ-dakı siyasi qüvvələri narahat etməyə bilməz. Artıq bir neçə ildi ABŞ siyasətinə baş əyməyən bir liderin hakimiyyətdən uzaqlaşdırılması üçün geniş planlar hazırlanıb.
Türkiyənin müxaluf qüvvələrinin ABŞ-ın kəşviyyat orqanları tərəfindən idarə olunması heç kimə sirr deyil. Bu mənada Vaşinqtonun Türkiyədəki səfiri xüsusi canfəşanlığı ilə fərqlənir. CHP başqanı Kamal Qılıcdaroğlunun Vaşinqtona səfəri və orada bir çox dövlət nümayəndələri ilə keçirdiyi gizli görüşlər hər halda nələrdənsə xəbər verir.
ABŞ-ın dəstəyi ilə müxalif partiyaların təşkil etdikləri "Altılar masası" (altı müxalif partiya liderlərindən ibarət), Vaşinütonun fikirincə Rəcəb Tayib Ərdoğana güclü müqavimət göstərməliydi. Lakin Ağ Evdə oturanlar bu liderlərin şəxsi ambisiyalarını nəzərə almamışdılar. Onların may ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə vahid namizədlə getmək planları elə ilk müzakirələrdəcə puça çıxdı. Artıq ölkədə nüfuzunu itirməkdə olan CHP ıideri Kamal Qılıcdaroğlunun vahid namizəd kimi seçkilərə getməsi, son vaxtlar az-cox nüfuz qazanmış digər partiyanın lideri Meral Akşener tərəfindən etirazla qarşılandı və o, masanı tərk etdi. CHP istisna olmaqla, masada qalan digər partiyaların vətəndaşlar arasında elə də böyük nüfuzları yoxdur.
ABŞ-ın illərdi Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı bu planı çat verdi. Ona görə də, Könül Tol adlı trolu vasitəsi ilə növbəti hücumlarını artırmaq qərarına gəlib. Tol özü də etiraf edir ki, ki, Ərdoğanın NATO-ya münasibətdə apardığı xarici siyasəti, Türkiyədə antiqərb və antikürd əhval-ruhiyəsində olan vətəndaşları qane edir və bu insanların sayı gündən-günə artmaqdadır. "Analitik" də qeyd edir ki, hər şey seçicilərin prezident seçkilərində kimə səs verəcəyindən asılı olacaq.
Bəli, təbii biz də inanırıq ki, Qərbin məkrli planlarını anlayan Türk xalqı seçimini edəcək və Rəcəb Tayib Ərdoğana səs verəcək.