27 Oktyabr 2025 16:03
88
ŞOU-BİZNES

Mehriban Xanlarova efirlərdən uzaqlaşır?

Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.

Adalet.az bildirir ki, o AzTV və Mədəniyyət kanalı istisna olmaqla bütün efirlərə getməkdən imtina edir:
O, “Əziz tamaşaçılar və hörmətli media nümayəndələri!Səhnəyə qədəm qoyduğum ilk gündən tamaşaçı sevgisini və mətbuatın diqqətini yüksək qiymətləndirmişəm. Bu gün isə aldığım bir qərarı sizinlə bölüşmək istəyirəm.

24.10.2025 tarixindən etibarənAzTV və Mədəniyyət kanalı istisna olmaqla, digər televiziya kanallarının verilişlərinə çıxmayacağam. Eyni zamanda mənim icazəm olmadan adımı və ya ailəmi reytinq naminə müzakirə mövzusuna çevirmək  cəhdləri olarsa, bu halın qarşısını almaq üçün hüquq mühafizə orqanlarına müraciət edəcəyəm.Mənim sənətimi sevən, məni səhnədə görmək istəyən tamaşaçılarımı isə uzun illərdir çalışdığım Akademik Milli Dram Teatrının səhnəsində qarşılayacağam” qeyd edib.

Əntiqə