Komitə sədri: Bəzi bölgələrdə və ucqar kəndlərdə təhsilə çıxışda müəyyən çətinliklər var

Bəzi bölgələrdə və ucqar kəndlərdə təhsilə çıxışda müəyyən çətinliklər mövcuddur.
Adalet.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu problemlərin aradan qaldırılması üçün layihələr vasitəsilə gənclərin təhsil imkanları genişləndirilir:
"Qızların təhsilinə xüsusi diqqət göstərməyin öz səbəbləri var. Bəzi ailələrdə, xüsusilə ucqar kəndlərdə hələ də müəyyən stereotiplər qalır. Bəziləri düşünür ki, qız uşağının təhsili vacib deyil, onun ailə təsərrüfatı ilə məşğul olması kifayətdir. Bu cür yanaşmalar, təəssüf ki, hələ də mövcuddur. Halbuki Azərbaycan qanunvericiliyi bu halların qarşısını almaq üçün bütün hüquqi təminatları nəzərdə tutub. Buna baxmayaraq, bəzi istisna hallarda biz müvafiq tədbirlər görməyə məcbur oluruq ki, təhsildən uzaq düşmüş istər qız, istərsə də oğlan uşaqları yenidən məktəbə qaytarılsın".
Komitə sədri əlavə edib ki, hər bir valideyn hansı bölgədə yaşamasından və hansı sosial durumda olmasından asılı olmayaraq, övladının təhsilə yaxın olmasına çalışmalıdır:
"Valideynlik hüququndan təhsildən uzaqlaşdırmaq üçün deyil, əksinə, övladını təhsilə təşviq etmək üçün istifadə etmək lazımdır. Qızlarımızın təhsilinə ikiqat diqqət göstərmək lazımdır. Çünki qadını, qızı təhsilli, savadlı və özünə inamlı olan cəmiyyət mütləq şəkildə mükəmməl və güclü bir cəmiyyət olacaq".
Digər Xəbərlər
27 Oktyabr 2025 17:52 Vilayət Eyvazov sıra baxışı keçirdi - 14 nəfər Vətən müharibəsi iştirakçısı polisə qəbul olundu - VİDEO
27 Oktyabr 2025 17:29 Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarladı
27 Oktyabr 2025 14:08 “Ətə möhür vurmaq üçün pul alınır” – Ekspert AQTA-ni ittiham etdi
27 Oktyabr 2025 11:40 Daha 16 itkin-şəhid dəfn olunacaq
27 Oktyabr 2025 11:16 Muxtar Babayev: UNEP Xəzərdə dayazlaşma ilə bağlı araşdırma layihəsini Azərbaycana təqdim edib
27 Oktyabr 2025 10:17 Ramiz Mehdiyevin həyat yoldaşı ilə bağlı daha bir fakt üzə çıxdı - FACİƏDİR
25 Oktyabr 2025 13:45 Cəlil Məmmədquluzadənin barelyefində “Azərbaycan” sözü bərpa olunub
25 Oktyabr 2025 12:00 

Bakı -°C 






