adalet.az header logo
  • Bakı 25°C

 Ümumxalq məhəbbəti və  Allahın rəhməti -Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
716 | 2023-03-03 12:06

Ümumxalq məhəbbəti: o nə alına, nə satıla bilir! Birinin şəninə minlərlə şeirlər, poemalar qoş, cild- cild kitablar dərc elə! Minlərlə barelyef, abidə, heykəl ucalt, addımbaşı alim de, fədakar de, qəhrəman, igid, xilaskar de... Gecəni gündüzə qat məhd elə! Əgər xalq bir insanı mübarək əməllərinə görə sevmirsə, heç vaxt o şəxsə ümumxalq məhəbbəti yaratmaq mümkün olmayacaq!

Ümumxalq məhəbbətinin memarı insan özüdür!Doğulan gündən ölən günə qədər əxlaqıyla, xidmətiylə, bəşər övladına qayğısiyla ümumxalq məhəbbətini kərpic kərpic insan özü qurur! Ümumxalq məhəbbəti, Rəbbimizin rəhməti qədər önəmlidir!

Hər zaman ümumxalq məhəbbəti və Allahın rəhməti ilə ol Hacı!.

 

TƏQVİM / ARXİV