“İslam coğrafiyasında böyük bir anti-Qərb nifrəti...”
“1991-ci ilin Birinci, 2003-cü ilin İkinci Körfəz savaşları Yaxın Şərqdə - İslam coğrafiyasında ABŞ və İsrailin hərbi-siyasi üstünlüyünü və regiona nəzarətini nə qədər gücləndirsə də, 2026-cı ildəki İran müharibəsi situasiyanı köklü şəkildə dəyişdi.İran müharibəsi göstərdi ki, artıq nə İsrail, nə də onu qorumağa mükəlləf ABŞ bazaları, eləcə də bu bazaların yerləşdiyi ölkələr təhlükəsiz deyillər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
O, bildirib ki, bir tərəfdən, ABŞ-İsrail tandeminin Qəzzada törətdikləri hərbi cinayətlər, o biri tərəfdən də İrana qarşı hərbi əməliyyatların uğursuzluğu və qarşıya qoyulan məqsədlərin heç birinə nail olunmaması regionun müsəlman ölklərinin həm hakimiyyətlərində, həm də cəmiyyətlərində əhəmiyyətli düşüncə və siyasət dəyişikliyinə gətirib çıxarıb:
“İslam coğrafiyasında böyük bir anti-Qərb nifrəti yaranıb və belə bir ərəfədə Qərblə əməkdaşlığa can atan, öz təhlükəsizliyini ABŞ-İsrail tandemiylə birgə təmin etmək istəyən, onlarla yenidən ittifaqa meyl edən istənilən hakimiyyətin sütunları laxlayacaq, istənilən məzhəbin ideoloji-siyasi təməlləri sarsılıb çökəcək. Üstəlik, bu durum müsəlman həmrəyliyi ideyasını da çox sürətlə coğrafiyamızda genişləndirəcək. Yəmən husilərinin Bab əl-Məndəb boğazını qısa müddətdə ələ keçirməsi, uzun illər bir-birinə qarşı vuruşan islamçı silahlı dəstələrin bircə anda öz aralarında razılığa gələ bilmələri bu durumun gerçək mənzərəsidir.Yəmən husiləriylə Səudiyyə Ərəbistanı arasındakı hazırki vəziyyət onu göstərir ki, müsəlman dövlətlər arasında ədalətli hakim statusunda çıxış edə biləcək dövlət, lider və ya təşkilat yoxdur.İslamın Kitabı “Qurani-Kərim”in hökmüyləsə, müsəlmanlar məsələni öz aralarında və dialoq yoluyla çözməli, günahsız müsəlmanların qanının axıdılmasına rəvac verməməlidirlər! Əgər yenicə formalaşan və İslam adıyla qurulan “Məkkə İttifaqı” bu missiyanı öz üzərin götürə bilsə - savaşan iki tərəfdən birini dəstəkləmək yox, hər iki tərəfi danışıqlar masası arxasına gətirmək mövqeyi tutsa və buna da nail olsa, bu, gələcəkdə İslam ölkləri arasında həmrəyliyi gücləndirməklə, Sülhməramlı Missiyanın formalaşdırılmasına və müsəlmanlar arasındakı digər münaqişələrin də sülh yoluyla həllinə gətirib çıxara bilər.Bir daha xatırladırıq ki, hazırda “Məkkə İttifaqı”nda birləşən Türkiyə və Pakistan İslamın sünni məzhəbinin hənəfi, Səudiyyə Ərəbistanı isə hənbəli fiqhinə əsaslanır. Yəmən əhalisinin yarısı isə sünni məzhəbinin şafeyi fiqhinə, digər yarısı - husilər isə şiə məzhəbinin Zeydiyyə qoluna aiddir. Beləliklə, “Məkkə İttifaqı”nın imkanı var ki, hənəfi, hənbəli, şafeyi və şiələri tezliklə eyni masa arxasında əyləşdirə, müsəlmanlar arasında dialoq mühiti və vəhdət yarada bilsin!Məkkədə doğulan və dünyaya nur saçan Həzrəti Peyğəmbərimiz (s.ə.s.) necə demişdi? "Sizə Yəmən əhli gəldi. Onlar qəlbləri ən incə və ürəkləri ən yumşaq insanlardır. İman Yəməndədir, hikmət də Yəməndədir”.İndi görək, özünü müsəlman lider sayan neçə dövlət başçısı bu hikməti anlayaraq, yeni bir məzhəb toqquşmasına yox, vəhdətə can atacaq?”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Sentyabr 2026 10:53
“Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək”
22 Sentyabr 2026 09:04
”Daxili sabitliyin qorunması bütövlükdə cəmiyyətin məsuliyyətidir”
21 Sentyabr 2026 23:49
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
21 Sentyabr 2026 12:38
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi
21 Sentyabr 2026 12:20
"Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında..."
21 Sentyabr 2026 12:19
"Koreya Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirmək istəyir"
21 Sentyabr 2026 12:19
"Ermənistanın seçim qarşısında qaldığı yeni Cənubi Qafqaz reallığı"
21 Sentyabr 2026 12:17


Bakı -°C

