ABŞ Prezidenti Donald Tramp bu gün - avqustun 8-də Ağ Evdə Azərbaycanın prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli, ardınca üçtərəfli görüş keçirəcək.
Adalet.az modern.az-a istinadla xəbər verir ki, Ağ Ev görüşlərin cədvəlini açıqlayıb.
Ağ Evin rəsmi cədvəlinə əsasən, görüşlər belə planlaşdırılıb:
- 14:30 (Bakı vaxtı ilə saat 22:30): Prezident Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı qarşılayır.
- 14:35 (Bakı vaxtı ilə saat 22:35): Tramp və Paşinyan arasında Oval Ofisdə ikitərəfli görüş keçirilir.
- 15:05 (Bakı vaxtı ilə saat 23:05): Tramp və Paşinyan arasında sənəd imzalanma mərasimi keçirilir.
- 15:10 (Bakı vaxtı ilə saat 23:10): Tramp Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayır.
- 15:15 (Bakı vaxtı ilə saat 23:15): Tramp və İlham Əliyev arasında Oval Ofisdə ikitərəfli görüş keçirilir.
- 15:45 (Bakı vaxtı ilə saat 23:45): Tramp və İlham Əliyev arasında sənəd imzalanır.
- 16:15 (Bakı vaxtı ilə saat 00:15): Tramp, İlham Əliyev, Paşinyan arasında üçtərəfli imzalanma mərasimi keçirilir.
Dövlət Departamentinin cədvəlinə görə, dövlət katibi Marko Rubio Tramp və İlham Əliyev arasında keçiriləcək üçtərəfli görüşə və üçtərəfli imzalanma mərasiminə qatılacaq.