Dünyanın ƏN ŞİRİN  nəvəsi

147 | 2025-08-08 12:24

Mənə eləgəlir ki, daha  doğrusu, inanıramki, dünyada  mənim  nəvələrimdən  şirin  baba  payı  yoxdur. Bunu  mənə  günah  saymayın. Çünki  hər  kəs  üçün  nəvə  şirindir. Axı  şirin  nəvələrimin   sonbeşiyi  ola  Fateh  kişi  bu  gün 2 yaşını  tamam  edir. Doğulduğu  gündən  hər  kəsə  qaynayıb-qarışmağı, hə  kəsi  sevindirməyi  bacaran  Fateh  kişi  artıq  uşaq  bağçasında da  müəllimələrinin  sevimlisi  olub. Deməli, adı  dürüst  seçilib. O, ürəkləri  fəth  etməyə  başlayıb. Arzu  edirəm  ki, sağlam  və  uğurlu  həyatı  ilə  həmişə  istəklərinə  qovuşsun. Necə  deyərlər, məqsədi  yolunda  Fateh olsun!

 

Baxışından  ələnir,

Üst-başına  bələnir,

Görən  dərhal  dillənir -

Fatehdi  bu, Fatehdi.

 

Duruşu  da  yerində,

Yerişi  də  yerində,

Ucada, həm   dərində,

Fatehdi  bu, Fatehdi.

 

Bir  evdə  mütləq  hakim,

Onunu  kimi  var  ta  kim,

İstədim  nəzmə  çəkim,

Fatehdi  bu, Fatehdi.

 

Şah eyimdə-kecimdə,

Diqqətlidi  seçimdə!

İki   yaşın  içində,

Fatehdi  bu, Fatehdi.

 

Bütün  nəvələrə  cansağlığı  arzusuyla  Nigarın, Aysunun, Atillanın, Nərgizin  və  birdə

ikiyaşlı  Fatehin  babası  Əbülfət   Mədətoğlu

TƏQVİM / ARXİV