Dünyanın ƏN ŞİRİN nəvəsi
Mənə eləgəlir ki, daha doğrusu, inanıramki, dünyada mənim nəvələrimdən şirin baba payı yoxdur. Bunu mənə günah saymayın. Çünki hər kəs üçün nəvə şirindir. Axı şirin nəvələrimin sonbeşiyi ola Fateh kişi bu gün 2 yaşını tamam edir. Doğulduğu gündən hər kəsə qaynayıb-qarışmağı, hə kəsi sevindirməyi bacaran Fateh kişi artıq uşaq bağçasında da müəllimələrinin sevimlisi olub. Deməli, adı dürüst seçilib. O, ürəkləri fəth etməyə başlayıb. Arzu edirəm ki, sağlam və uğurlu həyatı ilə həmişə istəklərinə qovuşsun. Necə deyərlər, məqsədi yolunda Fateh olsun!
Baxışından ələnir,
Üst-başına bələnir,
Görən dərhal dillənir -
Fatehdi bu, Fatehdi.
Duruşu da yerində,
Yerişi də yerində,
Ucada, həm dərində,
Fatehdi bu, Fatehdi.
Bir evdə mütləq hakim,
Onunu kimi var ta kim,
İstədim nəzmə çəkim,
Fatehdi bu, Fatehdi.
Şah eyimdə-kecimdə,
Diqqətlidi seçimdə!
İki yaşın içində,
Fatehdi bu, Fatehdi.
Bütün nəvələrə cansağlığı arzusuyla Nigarın, Aysunun, Atillanın, Nərgizin və birdə
ikiyaşlı Fatehin babası Əbülfət Mədətoğlu
Digər Xəbərlər
21 Sentyabr 2026 08:59
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
21 Sentyabr 2026 08:53
Yatarkən işığı söndürmək üçün yeni səbəb
21 Sentyabr 2026 07:21
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
21 Sentyabr 2026 07:11
Həftədə 25 saat hosteldə işləyib... - Bu ölkədə pulsuz yaşamaq olar
18 Sentyabr 2026 15:22
Yeni pişik növü kəşf edilib
18 Sentyabr 2026 09:34
Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
18 Sentyabr 2026 09:17
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
17 Sentyabr 2026 17:05


Bakı -°C

