ABŞ prezidenti Donald Tram, Ukrayna münaqişəsinin həlli ilə bağlı 28 bənddən ibarət "sülh planı"nın həyata keçirilməsi üçün Kiyevi tələsdirir.
Xəbər verdiyimiz kimi, Ukrayna tərəfi "sülh planının" bir sıra bəndlərinin bu sənəddın çıxarılmasına nail ola bilib. Lakin, Rusiya tərəfindən işğal olunmuş ərazilər məsələlərində kompramissə gəlmir.
Trampın "sülh planı" əslində birtərəfli olaraq Rusiyanın xeyrinə, Ukraynanın isə əleyhinə tərtib olunmuş plan kimi qiymətləndirilə bilər və heç bir halda Ukraynanın suveren hüquqlarını təmin etmir. Belə ki, bu plana uyğun olaraq , Kiyev təkcə işğal olunmuş ərazilərindən deyil, hazırda nəzarət etdikləri Donbas və digər vilayətlərin də, Rusiyaya verilməsi ilə razılaşmalıdır. Yəni, utanverici bir müqaviləyə imza atmalıdır.
Rəsmi Kiyev və prezident Volodimir Zelenski qətiyyətlə belə bir alçaldıcı "sülhlə" razılaşmır və ərazilərin itirilməsiylə bağlı kompramissə getməyəvəyini bəyan edir.
Rusiya prezidenti Vladimir Putin isə, Hidistan səfəri zamanı "İndia Today" telekanalına müsahibəsində, istənilən halda Donbass və Novorossiyskin "azad" olunacağını bəyan edir.
Rusiya prezidentinin bu bəyənatında "azad edəcəyik" kəlməsi hansı məntiqə, hansı beynəlxalq hüquqa əsaslandığı qaranlıq olaraq qalır. Rusiya kimi böyük bir dövlətə başçılıq edən Putin açıq şəkildə, qeyri-insani olsada , "işğal edəcəyik" desəydi daha yaxşı olardı.
ABŞ prezidenti Donald Tramp da, Ukrayna faciəsi üzərindən Putinin simasında özünə dost qazanmaq istəyir.


Bakı -°C
