Bulvarda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
FHNin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1961-ci il təvəllüdlü Hacıyev İlqar Qəzənfər oğlu Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilib.
Digər Xəbərlər
13 Avqust 2026 11:49
Şuşakənddə insan sümüyünə bənzər qalıqlar tapıldı - Araşdırma aparılır
13 Avqust 2026 11:08
12 yaşlı Tapdıq öz maşınında həlak olub... - ŞOK DETALLAR
12 Avqust 2026 13:53
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
12 Avqust 2026 12:41


Bakı -°C

