İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına “Xankəndi” Mehmanxana Kompleksinə aid “Xankəndi” hotelində yaradılmış şərait haqqında məlumat verdi.
Bildirildi ki, dördmərtəbəli hotel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılıb. Burada ümumilikdə 101 otaq var. Otaqlardan 92-si “deluxe”, 4-ü “superior”, 3-ü “deluxe suite” və 2-si isə “executive suite” kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər. Burada bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək.
Hoteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad edilmiş şəhər və rayonlardan olan sakinlərdir.
Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Xankəndidə də turizm infrastrukturunun inkişafına xüsusi önəm verilir. Qədim tarixə malik Xankəndi şəhərində müasir hotellərin, istirahət mərkəzlərinin və iaşə obyektlərinin yaradılması bu gün prioritet istiqamətlərdən biridir. Bu, qonaqlar üçün yüksək standartlara uyğun rahat mühit yaratmaqla yanaşı, Xankəndinin bərpasındakı sürətli dinamikanı və görülən işlərin real miqyasını birbaşa nümayiş etdirir.
Digər Xəbərlər
11 Iyul 2026 18:31
Prezidentin sosial media hesabında Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb
11 Iyul 2026 16:20
Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
11 Iyul 2026 16:09
Yol polisimiz MDB birincisi oldu - VİDEO
11 Iyul 2026 15:36
Prezident Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış olub
11 Iyul 2026 15:17
İlham Əliyev Şuşada daha bir açılışda iştirak edib - FOTOLAR
11 Iyul 2026 14:59
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
11 Iyul 2026 13:36
Balakəndə ərazilər yağış sularından təmizlənir
11 Iyul 2026 12:14


Bakı -°C

