adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7

Tam Xoşqədəmlik bir sevgi dramı… - Eminquey yazır

EMİNQUEY AKİF
356 | 2022-05-23 11:50

Elə indicə ya Barış Mançonun “Gülpembe”sini, ya da Sezen Aksunun “Sen ağlama”sını qoşun və bu mahnıların sədası altında yazını oxumağa davam edin.

Azərbaycanda “öyyıxan” Ukrayna qızlarına qarşı böyük bir marağın olduğunu, hətta bu marağın tez-tez zarafat mövzusuna çevrildiyini yaxşı bilirsiniz. Bəs yaxşı, xəbəriniz varmı ki, biz burda şirin-şirin zarafatlaşarkən Avropada bu zarafat gerçəkləyib?!

Deməli, Ukrayna-Rusiya müharibəsi ucbatından ölkəsindən qaçan 22 yaşlı ukraynalı Sofiya adını İngiltərə mətbuatında xəbər başlıqlarına yazdırmağı bacarıb.

Bəs bizim bu Sofiya neyləyib?

Bu yazığın suçu nədir?

Sofiya Karkadym Berlin vasitəsilə İngiltərəyə getməyi bacaran minlərlə qaçqından biridir.

O, informasiya texnologiyaları üzrə mütəxəssisdir.

Lvivdən qaçıb Berlinə gələn, daha sonra İngiltərə hökümətinin proqramı ilə İngiltərəyə gələn Sofiyaya qapılarını açan Toni və Lorna Garnett cütlüyü olub.

Belə ki, Toni 10 illik sevgilisi Lornanın saqqızını oğurlayıb sənəd-sünəd işlərini hazırlayır. May ayının əvvəlləri Sofiya Toni və Lorna cütlüyünün evinə köçür. Süftə-süftə cütlüklə Sofiyanın arasında münasibətlər çox yaxşı davam edir. Fəqət sonra Lorna Toni ilə Sofiyanın arasında münasibətin başqa ab-havada davam etməsini sezir və evdə dava-qırğınlara start verilir.

Nəhayət dava-dalaşların birində Sofiya evi tərk etməyə qərar verir. Olsun, Sofiya doğru qərar verib. İşin gündəm olan tərəfi Toninin reaksiyasıdır. Toni Sofiyanın qərarını bilən anda 10 illik sevgi münasibətinin üstündən xətt çəkərək “O yoxdursa, mən də gedirəm” deyib.

Sofiyanın evə gəldiyi gündən bəri Tonidə "gözünün olduğunu" iddia edən Lorna Sofiyanımn cütlüyün arxasınca danışdığını və onların evdə davamlı olaraq bir-birlərinə toxunduqlarını, fərqli dillərdə ünsiyyət qurduqlarını da odlana-odlana dilə gətirib.

Bu iddialara səssiz qalan 22 yaşlı ukraynalı qaçqın nəhayət ki, dilə gəlib və Britaniya mətbuatına danışıb. Sofiya “Mən ev-zad dağıtmamışam. O, iki üzlü qadın idi və bizdən daim şübhələnməsi bizi bir-birimizə daha da yaxınlaşdırdı”. Bu iddiaları "cəfəngiyat" olaraq şərh edən və yeni sevgilisi ilə mayın ortalarında, yəni evə köçdükdən 10 gün sonra evi tərk edən Sofiya iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Sofiya Britaniyanın The Sun qəzetinə deyib: “Onun sevgilisini aldatmaq fikrim yox idi. Mən o ailəni sevirdim. Mən Lorna ilə çox vaxt keçirirdim və ona kömək etmək istəyirdim. Həmişə nəsə səhv gedirmiş kimi davranırdı, amma heç nə yox idi. Bu, tamamilə onun günahıdır".

“Ömrümün sonuna qədər onunla yaşamaq istəyirəm” deyən Toni Qarnet isə iki uşağını Lornaya buraxıb və Sofiya ilə həyatını davam etməyə qərar verib.

Belə…

Ukrayna 3 aya yaxındır ki, torpaqlarını itirməmək üçün mübarizə aparır, ukraynalı qaçqın Sofiya isə 10 günə bir ingilis qızı Lornanın 10 illik sevgilisini işğal etməyi bacarır.

Azərbaycanda olsaydılar, Xoşqədəm bu işə bir əl atardı.

 

 

 

 

 

TƏQVİM / ARXİV