“ABŞ Prezidenti Donald Tramp Ukraynanın danışıqlar masasına oturmasına çağırıb. Nə qədər gec deyil, Ukrayna Rusiya ilə razılaşmalıdır. Belə başa düşülə bilər ki, Volodimir Zelenski danışıqlara getmir. Amma, bütün danışıqlara Ukrayna gedir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, sadəcə Tramp bununla demək istəyir ki, Ukrayna Donbası tam Rusiyaya verib, onunla razılaşıb kaputilyasiya aktına imza atmalıdır:
“Bunun nəticəsində Tramp sülh adamı olur və Rusiyanın 12 trilyon dollarlıq birgə iqtisadi əməkdaşlıq təklifini qəbul edir. Hazırda ABŞ prezidenti yenidən Zelenskini Rusiyanın şərtlərinə razı salmaq üçün təzyiqlər edir. ABŞ ilə Ukrayna ilə bağlı razılaşan Rusiya Azərbaycana təzyiqlər etməyə çalışır. Fikir versək, Rusiya Ukrayna ilə bağlı mövqeyini gücləndirəndə qonşu ölkələrə qarşı təzyiqlər etməyə başlayır. Əgər, Ukraynada qalib olarsa, Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiyaya qarşı hərbi təzyiqlər edəcək. Hazırda Trampın Ukrayna ilə bağlı siyasətinə Böyük Britaniya və Avropa İttifaqı ciddi mane olur. Nə qədər ki, Böyük Britaniya və Avropa İttifaqı danışıqlar prosesindən kənarda qalacaqsa, ABŞ və Rusiyanın Ukrayna ilə bağlı sövdələşməsi baş tutmayacaq”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
