TÜRKPA ATƏT Nazirlər Şurasının toplantısında iştirak edə bilər
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Vyanaya rəsmi səfəri çərçivəsində Azərbaycanın Avstriyadakı səfiri, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın Vyanadakı Daimi Nümayəndəsi Rövşən Sadıqbəyli ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüş zamanı TÜRKPA ilə ATƏT PA arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi, eləcə də bu istiqamətdə üzv dövlətlər tərəfindən göstərilə biləcək dəstək məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, TÜRKPA-nın yaxın gələcəkdə ATƏT Nazirlər Şurasının toplantısında iştirak perspektivləri nəzərdən keçirilib.
Rəsmi və işgüzar formatda keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Öz növbəsində, Rövşən Sadıqbəyli Daimi Nümayəndəlik adından TÜRKPA-nın ATƏT, eləcə də ATƏT PA ilə əməkdaşlıq prosesinə mümkün dəstəyi göstərməyə hazır olduqlarını bildirib, bu istiqamətdə TÜRKPA-ya uğurlar arzulayıb.
Digər Xəbərlər
16 Aprel 2026 19:26
"Azərbaycan Rusiya ilə münasibətlərin inkişafına böyük maraq göstərir" - Overçuk
16 Aprel 2026 18:53
İlham Əliyev Ərdoğana başsağlığı verdi
16 Aprel 2026 18:34
Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı verildi
16 Aprel 2026 16:32
Sahibə Qafarova İstanbulda Simonyanla görüşdü
16 Aprel 2026 16:24
Gənclərin idmana cəlb olunması, innovativ yanaşmaların tətbiqi və...
16 Aprel 2026 14:56
İlham Əliyev Türkiyəyə getdi - FOTOLAR
16 Aprel 2026 14:12
“İndi bu oyunda bütün kartlar Paşinyanın əlindədir...” – Politoloq
16 Aprel 2026 13:12


Bakı -°C

